Ey könül, yarı istə, candan keç
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan keç!
Ya təmə kəs həyat zövqindən,
Ya ləbi-ləli-dilsitandan keç.
Mülki-təcriddir fərağət evi,
Tərki-mal eylə, xanimandan keç.
Laməkan seyrinin əzimətin et,
Bu xərab olacaq məkandan keç.
Etibar etmə mülki-dünyayə,
Etibari-ülüvvi-şandan keç.
Əhdi-dünyanın olmaz axirəti,
Gər bunu istər isən, ondan keç.
Məskənin bəzmgahi-vəhdətdir,
Ey Füzuli, bu xakidandan keç!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ey-konul-yari-iste-candan-kec
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim,Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin.
Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmamEy könül, mütləq ibadət qılmayıb, ömrün təmamEylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf.
Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylərXirədməndi ki, daim aləmi-elm içrə seyr eylər,Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir.
Padişahi-mülk, dinarü dirəm rüşvət veribПадишах золотой земли подкупает людей серебром,Он готовит полки для захвата другой страны,
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.