Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər,Təqalibi-zaman izhari-sün’i-Kirdigar eylər.

Qəradən ağı fərq etməz bu rəmzin bilməyən dəhrinKi, niçün gəh nəhari leylü gəh leyli nəhar eylər.

Bəyaz üzrə səvadi-nüsxə kim əsrari-hikmətdir,Xirəd hər hərfini mənzuri-eyni-e’tibar eylər.

Əsiri-dərd olanlar ruzigarın inqilabından,Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər.

Fələk dövranının əhvalinə vaqif olan arif,Təriqi-səbrü təslimü təvəkkül ixtiyar eylər.

Müqarin olsa asari-səadət tirə toprağə,Nəsimi-növbahar ol tirə toprağə güzar eylər.

Mücəlla eyləyib ayineyi-təb’in küdurətdən,Qılıb xürrəm, verib lütfi-təbiət laləzar eylər.

Verir hər xəstəyə əlbəttə dövrani-fələk dərman,Vəli bir qaç zaman bimari-dərdi intixar eylər.

Qılır hər namuradi aqibət məqsudinə vasil,Vəli bir neçə müddət zilli-hirman ilə zar eylər.

Zəmanə hər diyarə istəsə asari-əmniyyət,Ona sahibliva, bir sərvəri-rif’ətşüar eylər.

Qəza hər kişvərin əhlinə cəm’iyyət murad etsə,Ona əlbəttə bir danayi-kamil şəhriyar eylər.

Bihəmdillah bu gün bu mülkə salmış sayə bir adilKim, onun nisbətilə izzü rif’ət iftixar eylər.

Sərəfrazi ki, feyzi-xakbusi-asitanındanEnib hər dəm günəş kəsbi-ülüvvi-iqtidar eylər.

Səfayi-zikri-xaki-payidir ol seyqəli-rəhmətKi, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər.

Fələk məşşatəsi verdikdə ziybi-şahidi-dövlət,Onun mahi-livayi-rif’ətin ayinədar eylər.

Zəmanə inqilabından fərağət istəyən arif,Onun mə’mureyi-iqbalına hisni-həsar eylər.

Səmiyyi-Əhmədi-Mürsəl Məhəmməd bəy, o dəryadilKi, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər.

Əya sərdari-rövşənrə’y mülkaray, fərruxrüxKi, hər mənsəbdə ismin iqtizayi-iştihar eylər.

Kəmali-mə’rifət hər xandavü hər dövrdə olsa,Səni sərdəftəri-ərbabi-təmkinü vüqar eylər.

Bu mülkə sayeyi-dövlət buraxmışsan bihəmdillah,Yeridir gər sənə mülk əhli can nəqdin nisar eylər.

Neçin kim zati-pakin məzhəri-feyzi-ədalətdir,Bu mülkün hər günün novruzü hər fəslin bahar eylər.

Məşahid rövnəqinə əzm qılmışsan, zəhi himmət,Bu himmətlə səni Xəllaqi-aləm kamikar eylər.

Şəhidi-Kərbəlayə su yetirmək qəsdin etmişsən,Səni əlbəttə aləmdə bu niyyət payidar eylər.

Sərəfraza, Füzuli xəstəyə bu mülki-qürbətdə,Sipehri-namüvafiq dövri cövri-bişümar eylər.

Əgərçi biqərar etmişdir ol biçarəyi möhnət,Bulub təmkin sənin zövqi-vüsalinlə qərar eylər.

Cəmii-xəlqdən qət’ eyləmiş sərrişteyi-ülfət,Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər.

Sən ol pakizətəl’ət, afitabi-aləmarasanKi, lütfün könlümü yüz məqsədə ümmidvar eylər.

Verir mədhi-şərifin cövhəri-göftarinə rövnəq,Sədəfdir qətreyi-barani dürri-şahivar eylər.

Qılır şəm’i-cəmalın nuri təb’i-tirəmi rövşən,Günəşdir səngi-bimiqdarı lə’li-abidar eylər.

Ümidim var kim, var olasan aləmdə qədr ilə,Qəza hər necə kim yoxdan cahan əhlini var eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе