Ey sənə iqbali-ruzəfzun ətayi-kirdigar,Müttəsil tə’ziminə mə’mur dövri-ruzigar.

Afitabi-asimani-ədlsən, olmaz əcəb,Qılsa iqbalın təqazayi-ülüvvi-iqtidar.

Qürbi-dərgahi-xilafət şövqi cazibdir sana,Eylər isən nola təğyiri-məkan biixtiyar.

Ədl bir məqbul taətdir ki, qalmaz əcrsiz,Adilin əlbəttə qədrin artırır Rərvərdigar.

Gərçi təhrikin sənin hikmət təqazasiylədir,Qanda əzm etsən olur səndən münəvvər ol diyar.

Pərtövi-iqbal ilə şəm’i-cahanəfruzsən,Zövqi-didarindədir xasiyyəti-feyzi-bəhar.

Qanğı xari-xüşkə lütfün yetsə, eylər barvər,Qanğı səhrayə güzar etsən qılırsan laləzar.

Əbri-nisansan, degil bihudə təhrikin sənin,Bər gül eylər kəsb səndən, bəhr dürri-şahivar.

Qanda olsan, olduğun kişvərdə olmaz inqilab,Qanğı qəm əhlinə kim, yetsən, olursan qəmküsar.

Leyk səndən ayrılan xəlqin işi düşvardır,Bir şəbistanın çirağın alsalar olmazmı tar?

Tirə olmazmı cəhan pünhan olcaq afitab,Gedicək gül dövri bağın gülbüni olmazmı xar?

Xəstə kəsməzmi həyatından təmə’, getsə təbib,Getsə can, olmazmı cismi-dərdpərvər xakisar?

Ey fələk, billah, nədir mövcib ki, bu mülk əhlinəCövri-bihəd etdinü bidadi qıldın bişümar!

Nişə qıldın afiyət mülkini viran zülm ilə,Nişə saldın zövq mir’atına möhnətdən qübar?

Sən bilirsən kim, bu mülk əhlinə olmuşdur şəfiqHəzrəti-paşayi-sahibrif’ətü gərdunvüqar.

Ol salıbdır bunda asari-kərəm avazəsin,Ol qılıbdır bunda cəm’iyyət əsasın üstüvar.

Nişə aldın başımızdan sayeyi-iqbalini,Nişə etdin əhli-idrakə bu zülmü aşikar?

Etmədinmi vəhm ondan kim, qılam bir ah iləHəft taqü nöh rəvaqin rəxtü bəxtin tarümar?

Üzr ilə gərdun dönüb verdi cəvabım, k’ey fəqir,Bitəkəllüf olmuşam mən həm bu işdən şərmsar,

Leyk mə’lum eylə kim, bu macəra məndən degil,Sən qılırdın iltimasın bu işin leylü nəhar.

Eyləyib əczü niyazilə duayi-biriya,Ol sərəfrazə sən istərdün ülüvvi-e’tibar.

Lacərəm olmaz təzaüf məsnədi təğyirsiz,Yetməyincə mənzilə bulmaz tələb əhli qərar.

Necə qılsın arizuyi-ixtilatın əhli-qürb,Necə çəksin əhli-rif’ət məqdəminə intizar.

Nola gər xurşidvəş dur olsa ol sahibnəzər,Gər iraqdır, gər yaqın, ehsanına ümmid var.

Qanda olsa görməsin tabi-həvadisdən zərər,Zati-pakin saxlasın hər fitnədən Pərvərdigar.

Ey ki, hicranın dili-əfkarə salmış iztirab,Firqətin tə’siri etmiş canı məhzun, cismi zar,

İstərəm daim görəm didarin, əmma neyləyim,İxtiyarım yox, mənim rə’yimcə çərx etməz mədar.

Var ümidim, qanda olsa dövlətü iqbal ilə,Ola bəxtin kamiyabü kamiranü kamikar.

Ola vasil qanda olsan dövlətü iqbalınaHər dua kim, sidqilə eylər Füzuli xakisar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов