Gah gözdə, gəh könüldə xədəngin məkan tutar
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.
Dil çəksə, nola, canü təni xaki-kuyinə,Xarü xəs iltər onda ki, quş aşiyan tutar.
Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,Onun kimi ki, oxuyub əfsun ilan tutar.
Dil tutdu qönçə ilə bərabər dəhanını,Bu əqli-naqis ilə özün xurdədan tutar.
Xurşid xirməninə ura şö’lə-şö’lə od,Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.
Can eylədikdə meyli-təmaşayi-qamətin,Göz rövzənin sirişki-rəvanım rəvan tutar.
Макта — последний бейт с тахаллусом поэта. Tutmaq dilər qapında Füzuli məqam, leykBu sirri kimsəyə aça bilməz, nihan tutar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-gah-gozde-geh-konulde-xedengin-mekan-tutar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Gər deyil bir mah mehrilan mənim tək zar sübhGər deyil bir mah mehrilən mənim tək zar sübh,Başin açib nişə hər gün yaxasın yırtar sübh.
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdənGərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sanaGərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!
Стихи других поэтов · О любви
Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.