Görməsəm hər söz açanda ol güli rəna üzün
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Görməsəm hər göz açanda ol güli-rəna üzün,
Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Gərçi kafirsən sənə, ey büt, yetər ol əcr kim,
Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün.
Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin,
Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.
Olma, ey səhranişin, qafil deyil hər su sərab,
Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün.
Yadi-ruxsarilə ol mahın gözüm qan-yaş tökər,
Hər görən saətdə xyrşidi-cahanara üzün.
Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,
Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.
Ey Füzuli, dudi-ahim tirə eylər aləmi,
Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-gormesem-her-goz-acanda-ol-guli-rena-uzun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən yurdumu andıqca dərindən,Qəlbim qopuyor sanki yerindən,
İşçiİsti gündə buğda əkdin,Yoldan keçən karvanlara
Derd-i yârum çün olısar der-diyâr olsa nolaDerd-i yârum çün olısar der-diyâr olsa nolaDer-diyâr olsam yalunuz derd-i yâr olsa nola
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,