Dördüncü bab. Fatimeyi-Zəhra vəfatın bəyan edər
Pərdədari-hərəmsərayi-qüdrət əbkari-aləmi-hücərati-ərvaha rüxsəti-təzvicitə’əyyünati-işba’ verdükdə hilyeyi-iste’dadi-alamla müzəyyən qılmadanxəlvətgahi-xəfadan münəssəi-zühura çıxarmaz və məşşateyi-nihanxaneyi-hikmətmüxəddərati-nüfusun dəstitəəllüqlərin daməni-əqdi-əbdana yetürdikdə hiləli-istehqaqi-səqamla zinət vermədən cülusi-məsnədi-şühuda rüxsət verməz. Şe’r:
Xakü əflak madərü pedəri,Cüft olanda məgər nəticələri.Ələmü şiddətü məşəqqət imiş,Qəmü ənduhü dərdü möhnət imişKi, cəhan içrə yox bulardan qeyr,Həmnişini-sülukü həmdəmi-seyr.
Qaliba, ərusi-xudarayi-bivəfayi-cəhanın peyvəndinə rəğbət qılan və əqdi-ittisalinərağib olan bilməz ki, anın mehri-müəccəli nəqdirəvan və cəhazi qətarihəfteyi-əyyama yüklü əmti’əyi-[möhnəti]- bikərandır və həmişə mənzilgəhifəraşixaki-fəna və ətası əbri-bəla və həmvarə gülguneyi-rüxsarı məzlumlarqanıdür və lə’aliyi-ətrafibinaguşi sitəmzədələr əşki-rəvanı. Şe’r:
Zali-məkkarədür cəhani-xərab,Qəmzeyi-şuxi afəti-əhbab.Rəngi-gülguneyi-üzari’ əyan,Didədən əhli-dərd tökdügi qan.Tərfi-ruyində lö’lö’i-lala,Gövhəri-əşki-aşiqi-şeyda.Daneyi-xali-ruyi daği-cigər,Türrəsi dudi-ahi-əhli-nəzər.Müztərib xəstələr müdam andan,Bulmamış hiç xəstə kam andan.
Mücmələn, zəmaneyi-qəddar və cəhani-sitəmkarın ədəmivəfasinə şahid buyetər və qilləti-səfasinə dəlil bu kifayət edər ki, Bətuli-Zəhra kibi gövhəri-pakizəhərimi-qeybdən fəzayi-şühuda qədəm basduğı zəmandan pərdənişini-aləmi-bəqaolanadək bir dəm güli-rüxsarından qətərati-əşki-həsrət kəm olmadı və bir saətgeysuyimüşkbarından əqdi-məlal açılmadı. Gah möhnəti-tə’ni-xəvatiniQüreyşçəkdi və gah ələmi-müfariqəti-pedəri-büzürgvarin görüb əşki-laləgun tökdü. Gahmüfariqəti-Murtəza müsibətin gördü və gih əxbari-şəhadəti-övlad ona ələmyetürdi. Şe’r:
Vəh ki, dövrani-fələk Fatimeyi-Zəhranın,Qönçeyi-lalə kibi qıldı qara bağrını qan.Bir zaman keçmədi əyyami-həyatından kim,Dili-pürxunini yandırmadı min daği-nihan.
Məhrəmi-hərimi-qəmxaneyi-suzü güdaz rüxsareyi-şahidi-razdan bu tərzləpərdə salmış və Məryəmi-xameyi-müşkintərazdan Məsihi-təkəllüm bu təriqləmütəvəllid olmuş ki, Həzrəti-Rəsulun Xədiceyi-Kübradanaltı övladı olub, ikisi zükur: biri Qasim ki, Həzrəti-Rəsul anın ismiləmükənna idi və biri Əbdullah ki, təyyibü tahir deməklə mə’ruf idi. Və bənatimütəhhəratınbiri Zeynəb və biri Ruqiyyə və biri Ümm Gülsüm və biri Fatiməidi. Və cəmi’i-övladı zəmaniİslamda mütəvəllid olub cümləsindən əsğər Fatiməidi və məcmu’i-əyyami- həyatində aləmi-bəqaya intiqal edüb təcərrö’i-zəhrifəraqiZəhradan qeyrə nəsib olmadı. Fatimə viladətində ixtilafi-rəvayət çoxdur.Bə’zi derlər ki, vaqieyi-Fildən iyirmi beş il keçdikdə mütəvəllid oldu. ŞeyxMəhəmməd İmam Məhəmməd Baqirdən nəql edir ki, məb’əsdən beş il keçdikdəmütəvəllid buldu. Və "Rövzətül-Vaizin" də məsturdur ki, Xədicə Fatiməyəhamilə olduqda HəzrətiRəsul buyurdu ki: "Ey Xədicə, Cəbrail bana xəbər verdiki, sədəfibətnində olan lö’lö’i-şahvar bir səbiy-yədir Fatimə nam ki, anın nəslicəvahiri-rişteyi-imtidadi-zəman olub, Qiyamətədək təsəlsül bula və ol silsileyicəvahirgərdənbəndi-ərusi-kainat ola".
Rəvayətdir ki, müddəti-həml münqəzi olub, zəmani-viladət qərib olduqda,Xədicə xəvatini-Qüreyşdən qabilə tələb qıldı. XəvatiniQüreyş ayıtdılar: "Sənbizə ’asi olub Əbu Talib kəfalətində olan yetimə razı oldun, biz sənə intisabetməkdən ar edəriz". Xədicə buxəbərdən mütəəllim ikən nagah xəlvətində dörd xatun xəvatini-Qüreyşdən vəBəni Haşim vəz’ində zahir olub, ana tə’zim etdilər. Xədicə anları müxəddərati-qəbaili-ərəb təsəvvür edüb, əslü nəsəblərin sual etdikdə ayıtdılar: "Ey Xədicə,Həq bizi sənin xidmətinə mə’mur etdi". Bu xatunların biri Sara zövcəti-Xəlil vəbiri Məryəm binti-İmran və biri Külsüm rəzieyi-Musa və biri Asiyə zövcəti-Fir’on; və bunlar sənə dünyada xidmətkar və axirətdə rəfiqü yar olalar. Pəs, biriyəminində və biri yəsarında və biri qəfasında və biri müqabiləsində qərar dutub,Fatimə mütəvəllid oldu. Tahirü mütəhhər aləmi-vücuda qədəm basdıqda nuri-rüxsarıasimana ələm çəkdi və rayiheyi-müşkbarından səfheyi-ruyi-zəminəqübari-əbirü ənbər çökdü. Şe’r:
Şər’ gülzarinə rövnəq verdi bir növrəs nihal,Asimani-dinə pərtöv saldı bir fərrux hilal.Ol nihalın bərgü barindən dolub daməni-dəhr,Ol hilala qıldı ənvari-hidayət intiqal.
Rəvayətdir ki, həm ol saətdə behiştdə on ədəd huri, hər biri bir təşt və ibriqiləhazır olub, qabilə olan xatun ol ibriqlərdən abi Kövsər töküb, Fatiməyi qüsledüb, bir kafurgun hərirə sarub, Xədicəyə təslim edüb qeyb oldular. Həzrəti-Rəsul qüdumi-Fatimədən xəbərdar olub hücrəyə gəldikdə, Xədicə Fatiməyi olxirqə ilə Həzrəti-Rəsul kənarında qoyub, Həzrət ana Fatimə nam etdi və künyətiÜmmü Məhəmməd və ləqəbi Raziyyə və Mərziyyə və Məymunə və Zəkiyyə vəZəhradır və anın fəzaili həddən ziyadə və mənaqibi latü’əd və latühsadır."Rövzətül-Əhbab"da Ayişədən mənquldur ki, andan sual etdilər ki: ÖvraticənnətdənHəzrəti-Rəsul kimə ziyadə ehtiram edərdi? "Ayişə ayıtdı: "Fatiməninziyadə hörmətin dutardı. "Dedilər: "Cinsi-zükurdan kimin ri’ayətin əfzun edrdi?" Dedi: "Əli İbn Əbi Talibin". Və bu xəbər səhhətə yetmişdir ki: "Fatiməbiz’ətun minni".
Rəvayətdir ki, Həzrəti-Rəsul bir ğəzaya mütəvəccih olub və Murtəzayihəmrah alub, Həsən və Hüseyn tifl olmağın mürafiqət qılmadılar. İttifaqənzəmani-qeybətlərində bir gün Hüseyn Mədinə xurmalığında seyr edərkən, Salehbin Rüq’eyi-yəhudi fürsət bulub Hüseyni alub mənzilində pünhan etdi. Bir günpeyda olmayub, atəşi-müfariqət Zəhra cigərin yaxıb, yetmiş növbət hücrə qapısına gəlüb bir kimsənəbulmadı ki, anın mütalibətinə irsal edə. Aqibətüləmr İmam Həsənə ayıtdı: "Eycigərguşə, Hüseyn qaib olmuşdur, tələb et". Həzrəti-Həsən iztirabla Mədinəbağına gəlüb, "Ya Hüseyn İbn Əli və ya qurrətə’əynən-Nəbiyyi eynə əntə", –deyüb təcəssüs edərkən bir guşədən bir ahu çıxdı. İmam Həsən ayıtdı: "Ya zəbiyə’raəytə əxi Huseynən?". Ahu Həq fərmanilə mütəkəllim olub ayıtdı: "Eynuridideyi- Mustəfa və Murtəza, vey süruri-sineyi-Zəhra! Əxəzəhu Salih əbniRüq’ə əl-yəhudi və əxbihu fibeytihi". İmam Həsən Salehiyəhudinin mənzilinəgəlüb ayıtdı: "Ey Saleh, qarındaşım Hüseyn sənin mənzilindədür, mənə təslim et,tə’əllül etmə, yoxsa validəsinə ərz edərəm küngüreyi-gərduna kəməndi-ahicigərsuzatub və dəstiniyazla daməni-ərş dutub bir dua ilə cəmi’i-yəhud cinsinyer yüzündən götürüb və ya validi-büzürgvarinə surəti-halı şərh edərəm ki, tiğiabdarvə Zülfiqari-sainəkirdar ilə yer üzün yəhudilər qanından laləzar edər və yacəddi-alimiqdarinə bu vaqi’ədən xəbər verürəm hədəfi-Qabi-qövseynə navəkiduarəvan edüb taifeyi-Yəhuda müjdeyi-nüzuli-bəla gətürür və xirmənicəm’iyyətlərinəbərqi-fəna yetürür". Şe’r:
Həzər qıl naleyi-məzlumdan, ey səngdil zalimKi, tiri-ahının peykanı gərdundan güzar eylər.Sinani-bərqdir ahi-təzəllüm, ehtiraz et kim,Əgərçi səngdilsən, zəxmi anın daşa kar eylər.
Salehi-Yəhudi ol fəsahətdən mütəəssir və mütəhəyyir olub ayıtdı: "Ey əziz,validən kimdür?" İmam Həsən ayıtdı: "Vali dəm səfvətixanədani- risalət vəqüdvəti-dudmani-nübüvvət, sədəfi-səffətü ismət qürreyi-çöhreyi-elmü hikmət,nöqteyi-daireyi-mənaqibü məfaxir, ləmə’eyi-nasiyeyi-məhamidü məasir, madərisadatiməcmə’i-səadət, şəm’i-ərse’i-ərəsat, Bətuli-Əzra yə’ni Fatimeyi-Zəhra".Saleh ayıtdı: "Validən mə’lum oldu, validün kimdür?" İmam Həsən ayıtdı:"Validim şiri-Yəzdan, şahi-mərdan, mühəddidi-cəhati-məkarim, müxtəre’iqəvanini-mərahim, müsəllili-qibləteyn, qürrətül-’eyni-seyyidüs-səqəleyn rəisül-övliya, ənisül-ənbiya yə’ni Əliyyi-Murtəza". Salehayıtdı: "Validin dəxi mə’lum oldu, cəddin kimdür?" İmam Həsən ayıtdı:"Cəddim gövhəri-xəzaneyi-Xəlil, səməreyişəcəreyi- İsmail, nuri-qəndili-tə’zimütəbcil, Həbibi-Məliki-Cəlil ol İmami-müftərizüt-ta’ə ki, Məkkədə nəmazi-fəraizqılub, MəscidiƏqsada sünnət əda qıldı və əhvali-qüruni-sabiqə və ümuri-atiyəniəhkami-haliyyədən əvzəh buldu. Mənzili-fürqan, vazihi-iman, rəsuli-səqəleyn,məhrəmi-hərimi Qabi-qövseyn, cəddi-sibteyn, sərvəri-ənbiya yə’ni MəhəmmədMustəfa".
Şahzadə ədayi-mənaqib qıldıqca seyqəli-kəlami-mö’ciznizamı Salehi-yəhudininmir’ati-zəmirindən zəngi-küfrü zəlalət tədric ilə rəf’ edüb və nükatimöizəamizitə’siri-təmam qılub, qətərati-əşk gözdən töküb ayıtdı: "Ey şahzadə,təsəlsüli-ibarati-dilpəzirin kəməndi-gərdəni-can oldu və tərəşşühi-zülali-kəlimatibinəzirinhədiqeyi-e’tiqada tərvihi-təravət buraxub, riyazi-rəvanimi xürrəmqıldı". Şe’r:
Gövhəri-dəryayi-hikmətdir kəlami-dilkəşin,Tairi-dil seydinə hər nüktəsi bir danədür.Rişteyi-irfana canpərvər sözün dürlər düzər,Söz budur kim, sən dedin, qeyrin sözü əfsanədir.
Ey nuri-didə, bəradərin sənə ol zəman təslim olunur ki, məni daireyi-imanaçəküb kəlimeyi-İslam ərz edəsən". İmam Həsən ana iman ərz edüb, Salehiyəhudiixlasla müsəlman olub, HəzrətiHüseyni evindən çıxarub, üzərində birtəbəq dirəm nisar edüb Həsənə təslim etdi və Həsən Hüseyni Fatimə hüzurunagətürüb şərəfiqüdumindən möhnəti-müfariqət nəhayətə yetdi. Şe’r:
Ol ki, eşq içrə bəni şöhreyi-dövran etdi,Getdi qəm, gəldi [fərəh, cümlə] küdurət getdi.
Salehi-yəhudi bir gündən sonra yetmiş nəfər yəhudi əqrəbasindən müsəlmanedüb, dəri-hücreyi-təharət ziyarətinə gəlüb, dərgahi-aləmpənaha üz sürüb təzərrö’etdi ki: "Ey Mə’sumə, xəta qıldum, günahımı əfv et". Fatimə ayıtdı: "Ey Saleh,bən günahından keçdüm, əmma pedəri-büzürgvarimdən dəxi istifa tələb qıl ki, olsərvəri övliya və sərdəftəri-əsfiyadır.
Əlqissə, Salehi-yəhudi Həzrəti-Mustəfa səfərdən müraciət edənədək səbredüb, Murtəzanın xidmətinə müşərrəf olub surəti-halın ərz etdikdə Həzrəti-Murtəza ayıtdı: "Ey Saleh [bən] təcavüz qıldum, əmma cəddi-alimiqdarindəndəxi istid’ayi-əfv etmək gərək ki, seyyidi-ənbiya və əfzəli-xəlqi-Xudadır". Salehgiryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Həzrəti-Rəsulullahbuyurdu ki: "Bana şərti-İslamla mə’zirət məqbuldur; əmma Həsən və HüseynHəzrəti-Izəd möhtərəmləridür və anların izasindən əlbəttə Həzrəti-Həq mütəəzziolmuşdur, istiğfar etmək gərək". Salehi-biçarə səhralara düşüb fəryadü fəğanedirdi ki. Şe’r:
Ya Rəb, əsiri-dami-bəlavü müsibətəm,Müstəğrəqi-təlatümi-bəhri-zəlalətəm.Bərqi-günah yaxdı binayi-vücudimi,Rəhm et ki, zillət ilə tələbkari-rəhmətəm.
On yeddi gün sərgəştəvü sərasimə gəzüb təəssüf və təhəyyürlə növhələrqılub, on səkkizinci gündə Cəbrail Həzrəti-Rəsula səlamiMəliki- Cəlil gətürübayıtdı: "Ey Seyyidi-[Kainat], ol biçarənin tövbəsini qəbul etdim və günahınaqələmi-əfv çəkdüm, bəşarət ver və müjdə yetür".
Ey əziz, təəmmül qıl və nəzər et gör ki, bir kimsənə Həzrəti Hüseyni birzəman məhbus edüb, xatiri-mübarəkin azürdə qılmağilə nə miqdar təzərrödənsonra məğfur oldu. Aya, nə ola anların əhvalı ki, də’vayi-İslamla ol mə’sumi-tiğisai-qəbarlaparə-parə qılub, etdükləri əməldən istiğfar etməyələr və əsla daməni-təəssüfvə təhəyyür dutmayalar. Şe’r:
Ey tökən zülmilə övladi-Rəsulun qanını,Olmamış guya xəbər qovğayi-məhşərdən sana.Məsti-cami-cəhdü qəflətsən özündən bixəbər,Xövf yox Həqdən, xəcalət yox Peyğəmbərdən sana.
Hüzeyfə Yəmanidən nəqldir ki, "Bir gün Həzrəti-Rəsul xidmətində idim,məğrib nəmazın əda qılub fariğ olduqda, hücreyitəharətəmütəvəccih oldu, bəndəxi əqəbincə rəvan oldum, [gördüm] bir şəxsi-mühib xidmətinə gəlüb anınlamüşavirət qıldı və qaib oldu. Ol Həzrət bəndən vaqif olub ayıtdı: "Ey Hüzeyfə,nə hacətin var?"
Ayıtdım: "Ya Rəsulullah, gəlmişəm ki, bənim üçün və validəm üçün tələbiğüfranedəsən". Buyurdu ki: "Ğəfərallahu ləkə və li-ummikə" və buyurdu ki,"Ey Hüzeyfə, ol şəxs ki, bənümlə müşavirət edərdi, gördünmü?" Dedim: "Bəli,ya Rəsulullah". Buyurdu ki: "Ol bir mələkdür ki, hərgiz bundan əqdəm yeryüzünə nüzul etməmişdür. Həzrəti-İzəddən rüxsət hasil edüb bənim səlamımlamüşərrəf olmağa gəlmiş. Bana bəşarət yetürdi ki, Fatimə seyyidətün-nisa’i-behiştdirvə Həsən və Hüseyn behişt növcavanlarının seyyidləridir. Pəs,Fatiməyə ayıtdı: "Ey fərzənd, sənə bu səadət yetər ki, əfzəli-xəvatini-dünya vəaxirət olasan". Həzrəti-Hüseyni-Əlidən nəqldir ki, çün Həq-tə’ala behişti Adəmvə Həvvaya ərzani qıldı və Həvvanın lətafəti-cəmali tə’siri-həvayi-behiştdənmütəzaif və mütəzaid oldu, bir gün Adəm diqqətlə Həvvaya nəzər salub və anıncəmalın mənzuri-nəzəri-e’tibar qılub ayıtdı: "Ey Həvva, aya, nəqqaşi-qüdrətkargahi-fitrətdə sənin peykəri-cəmiləndən əcməl surət çəkmişmi ola?" Filhalbargahiizzətdən Cəbrailə hökm oldu ki, Adəmi firdövsi-ə’la seyrinə hidayət qıl.Adəm nüzhətsərayi-firdövsə qədəm basdıqda gördü bir büsatimürtəfe’ üzrəəlbiseyi-mükəlləl və mürəssə’ylə bir cəmilə qərar dutmuş ki, şə’şə’eyi-nuricəmalindənsahəti-behişt münəvvər olmuş və lətafəti-rüxsarinə dideyi-hurüqılman mütəhəyyir qalmış, nurdan fərqi-mübarəkində bir əfsəri-dirəxşan və hərqulağında bir guşvareyiqəltan. Şe’r:
Laleyi-rüxsarı olmuş zivəri-baği-behişt,Xaki-payi xüld bağın eyləmiş ənbərsirişt.Sün’ me’marı bina qıldıqda qəsri-hüsnünü,Müşki-nabü laleyi-həmradan etmiş xakü xişt.
Adəm mütəhəyyir olub ayıtdı: "Ey Cəbrail, bu nə cəmilədir ki, müşahideyihüsnüheyrətəfza və mülahizeyi-cəmali dilrubadür". Cəbrail ayıtdı: "Bu,Fatimeyi-Zəhradır, binti-Məhəmmədi-Mustəfa və başındakı əfsəri-dirəxşan zövciƏliyyi-Murtəzadır. Bu guşvarələrinün biri Həsəni-Muctəbadır və biri Hüseyni-Kərbəla". Adəm ayıtdı: "Ey Cəbrail, bunlar nə zəmanun xəlqidir[lər]?". Cəbrailayıtdı: "Ey Adəm, əgərçi bunlar aləmi-surətdə səndən zühur edəcəkdirlər, əmmaxilqətləri dörd bin il səndən müqəddəm vaqe’ olmuşdur". Şe’r:
Bən sərbüləndi-aləm idim aləm olmadan,Xaki-dərin məqamım idi Adəm olmadan.Dövlət buraxmış idi bəni asitaninə,Adəm behişt xəlvətinə məhrəm olmadan.
Ayişədən mənquldur ki, bir gün Həzrəti-Rəsul üzərində bir kəsayi-pəşminəolub, Murtəza və Fatimə və Həsən və Hüseyni ol kəsay altına alub buyurdu ki:"İnnəma yuridullahu liyüzihibə ənkumur-ricsə əhləlbeyt?" və həm ol dördkimsənənün xüsusunda buyurdu: "İnni hərəbə-limən hərəbəkum və sələmə limənsələməkum", yə’ni mən hərb edərəm anlarla ki, sizinlə hərb edər və sülhedərəm anlarla ki, sizinlə sülh edər.
Həzrəti-Fatimə səkkiz il Məkkədə mülazimi-Mustəfa olub kəramət vəişaratının nihayəti yoxdur. Ol cümlədəndir bu ki, bir gün Həzrəti-Rəsul Məscidihəramdadivara təkyə qılub qərar dutmuşdu. Xəvatini-ərəbdən bir güruhi-müzəyyənvə mürəttəb xidmətinə müşərrəf olub ayıtdılar: "Ya Məhəmməd,əgərçi millətlə səndən biganəyüz, əmma bir şəhərdə həmxanəyüz. Bu gün bircəmiyyətümüz olub xəvatini-ərəb cəm’dür, iltimas edərüz ki, Fatimeyi-Zəhrayarüxsət verəsən ki, bizi müşərrəf qıla, şayəd hüsni-ixtilatla münqəti’ olan rişteyiülfətimiztəcdidi-ittisal bula". Xaceyi-Kainat rəddi-sual caiz görməyübiltimaslərin qəbül edüb buyurdu ki, siz gedin, bən Fatiməyi mütəaqəb irsaledəyim. Pəs Fatimə hüzuruna gəlüb ayıtdı: "Ey nuri-didə və ey nütfeyibərgüzidə,bizə divani-qəzadan hökm olmuşdur ki, cəfa gördükcə vəfa ərzedəyüz və biganəlik müşahidə qıldığca aşinalıq qılayuz". Şe’r:
Xardan xunrizlig gördükcə gül xəndan olur,Səbr edən xeylü həşəm bidadinə sultan olur.Möhnətə səbr eyləyən rahət bulur kim, Yusufa,Səltənət təxtinin əvvəl payəsi zindan olur.
Ey Fatimə, bu gün xəvatini-ərəb bəndən hüzurini iltimas etdilər ki,cəmiyyətlərin feyzi-qüduminlə müşərrəf qılasan və bən dəxi qəbul etdim. İmdişərti-vəfayi-əhd hüsni-rizayi-şərifindür". Fatimə ayıtdı. Şe’r:
Sən şəhənşahi-səriri-ədlsən,Bən sənin bir bəndeyi-fərmanınam.Ribqeyi-hökmündən etmən inhiraf,Nişə kim, pərvərdeyi-ehsanınam.
Ey pedəri-büzürgvar, vəfayi-əhdinə iqdam edərəm, əmma mütəhəyyirəm ki,nə kisvətlə ol məhfilə girəm. Hala Ütbənin və Şeybənin və Əbu Cəhlin bənatüəzvacı əlbiseyi-əlvanla məsnədirif’ətdə oturmuşlar, bən bu cameyi-mürəqqə’ vəçadiri-pəşminə ilə hazır olduqda Həmmalətəl-Hətəb bir yandan mütə’ərriz ola vəHindicigərxar bir tərəfdən təşni’ qıla". Ey nuri-didə, anların nəzərləri qasirdir,nəzzareyi-aləmi-mə’na qılmazlar və aləmi-surətdən qeyr aləm olduğunbilməzlər. Şe’r:
Mərdümi-surətpərəstin himməti kutah olur,Məhvi-surət zövqi-mə’nadan qaçan agah olur.
Bunu deyüb [Həzrəti-Fatimənin]əşki-həsrət dideyi-əşkbarindən rüxsarinətökülürdü. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, məlul olma ki, bizə nisbətəlbiseyi-faxir libasi-təqvadür və taci-mürəssə’ əklili-elmü rizadır; ərusinövbaharınpirayeyi-cəmalinə nə e’tibar, çün sərsəri-xəzan təsəllütilə tarac olurvə şahidi-şəm’in əfsərizərnigarinə nə e’timad, çün rişteyi-həyatın yel qət’ qılur.Şe’r:
Məqsudin əgər din isə dünyadan keç,Allaha yapış, cümleyi-əşyadan keç.Tapşur nəmi-əşkü şö’leyi-ahainan,Yə’ni ki, səradan və Sürəyyadan keç.
Bu mühavirə, əsnasında Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, hökmdürki, Fatiməyi ol cəmiyyətə irsal edəsən ki, yümniqüdumindən bə’zi əsrari-nihanmünkəşif olsa gərək". Həzrəti-Rəsul buyurdu ki, ey Fatimə, Cəbrail irsalinəfərman yetürdi, Fatimə ayıtdı: "Ya Rəsulullah, bəndə müxali-fət yox idi, əmmamülahizə qılurdım ki, dünya matəmsərayi-axirətdir, bu matəmsərada surü sürurahazır olmaq nə münasib, çün hökmi-müta’I İzəd müəkkəd fərmani-şərəfinüzvaqe’ oldu, dəxi nə çarə". Pəs, müqnə’eyi-iffət fərqi-mübarəkinə alub və çadiri-ismətpərdeyibədəni- lətif qılub, hücrədən afitabi-taban kibi tənha dışraya qədəmbasdı. Şe’r:
Tulu’ etdi bürcündən ol afitab,Buraxdı cəmalindən afaqa tab.Qədəm xaka basdıqda ol nuri-pak,Qənadili-nur oldu əczayi-xak.
Xəvatini-ərəb dideyi-qürur açub mütərəssid və müntəzir idi ki, Fatimə çadiriparə-parə və cameyi-rüq’ə-rüq’ə ilə gəlüb bizim səriri-rif’ətümüz və əfsəri-şövkətimizgördükdə atəşi-həsrət binayi-vücudin yaxacaqdır və seyli-sirişkmə’mureyi-həyatın yıxacaqdır. Nagah gördülər heybət və səlabətlə bir xatuni-üzmavə banuyi-kübra əncümənlərinə sayeyi-sə’adət buraxdı ki, şə’şə’eyi-nuri-cəmalindənbasirə xirə olub, dəbdəbeyi-həşmətindən dideyi-əql heyrət alur.Fərqi-mübarəki əklili-mürəssə’ylə gərdunsay və bədəni-lətifi dibayi-müləvvənləcilvənümay, səlasili-lə’alidən qürreyi-cəbini pürzivər və həmaili-mütəlladansərvi-xuramanı barvər. Ətrafü cəvanibində məhvəş cariyələr və gülrüxsarxadimlər: kimi şəqqeyi-çadiri-ismətin ədəb əlilə götürmüş ki, xakdani-dünyadanqübaralud olmaya və kimi daməni-miqnəeyi-iffətin dutmuş ki, xarzari-dəhrdənazar bulmaya, kimi xaki-rəhgüzarinə gülabəfşan və udsuz və kimiməsmərrimürurində xaşakrub və şəm’əfruz. Əlqissə, ol əsasü əsbabla olməcmə’ə qədəm basdıqda xəvatini-sənadidi-Qüreyş ol şükuhü şövkətə və zibüziynətə mütəhəyyir qalub və kim olduğun bilməyüb, təvəqqüfsüz sədri-məclisiana təslim qılub, ayəti-qürurləri mənsux və surəti-cəmiyyətləri məmsux olub,bir-birinə ayıtdılar: "Aya, bu nə şəhzadədür ki, qəbailimizdə görməmişüz və bunə əsbabitəcəmmüldür ki, daməni-təmlikinə dəsti-təsərrüf yetirməmişüz". Şe’r:
Kimdir aya bu ki, nurilə münir oldu cəhan,Məhi-rüxsarinədir dideyi-dövran nigəran.Özü sərvər, qədi dilbər, rəvişi canpərvər,Oturur şəm’, durur sərv, yürür ruhi-rəvan.
Rü’bü dəhşətləri rəf’ olub, nəzəri-əəmmül qıldıqda təhqiq etdilər ki, Fatiməbinti-Rəsulullahdır, tərtibi-müqəddəmatları əksi-mətlub nəticə verüb, bə’zi ki,cibilliyətlərində iştidadi-küfr rüsux bulmuşdu, ol kəramati-sehrə həml edüb tabinəzzarəgətürməyüb məclisdən çıxdı; və bə’zi ki, qabili-islah idi, zəbani-mə’zirətaçub ayıtdılar: "Ey məxdumzadə, səfa gətürdün və bizi topraqdan götürdün,mə’akilüməşaribdən xatiri-mübarəkin nə istərsə hökm et hazır olsun". Fatimə dürci-cəvahirdəngövhəri-məva’izə nisar edüb ayıtdı: "Ey əizzeyi-Qüreyş. Şe’r:
Biz cəhanı paymal etmiş cahanpeymalərüz,Qülleyi-Qafi-qəna’ət bəsləyən ənqalərüz.Fəqriləndir fəxrimiz, dünyaya rəğbət qılmanuz,Cifəyə meyil etmənüz, tutiyi-şəkkərxalərüz.
Bizim maideyi-fəqrdən qidamuz təsbihü təhlil və hasilimiz ol qidadantə’zimü təbcil; və kəlimeyi-"Əcu’u yovmən və əşbə’u yovmən" pedəribüzürgvarımmübahatıdır və ne’məti-vilayətü kəramət ol sülukin bərəkatıdür.Əgər bizim rizayi-xatirimüz məqsud isə, zülməti-kufrdən fəzayi-imana çıxun vəxəlvəti-e’tiqadınızda şəm’i-iman yaxun".
Əksəri-hüzzari-məclis Fatimənin ləfzi-gövhərbarindən mütəəssir olub, olkəramətləri müşahidə qılub müsəlman oldu və şərəfi-iman buldu.
Və bu surət "Şəvahidün-Nübüvvət"də məsturdur: Rəvayətdir ki, müddəti-hicrətdənbir il tamam olduqda Fatimə doqquz yaşına və bir rəvayətdə on dördyaşına və bir rəvayətdə iyirmi yaşına yetmişdi və əkabirü əşrafi-Qüreyşdəntəzvicinə rəğbət etdikcə ol Həzrət buyururdu ki, Fatimə təzvicində müntəzirivəhyəm."Kitabi-Mənaqibi-Əbül-Müəyyəd Xarəzmidə" məsturdur ki, HafizƏbül-Mə’ali-Hüseyn bin Əlidən nəql etmiş ki, bir gün Həzrəti-Rəsul ÜmmSələmə sarayində idi, [bir mələk nüzul etdi] ki, igirmi başı olub hər başında bindili var idi və hər dililə müsəbbih və mühəllili-İzədi-Cəbbar idi; və kəfi-dəstifəzayi-asimana müqabil, şəkli mühib və şəmaili hail. Həzrəti-Rəsul anı Cəbrailtəsəvvür qılub ayıtdı: "Ey bəradər, hərgiz səni bu surətdə gərməmişəm". Mələkayıtdı: "Ey məliki-mülki-risalət, bana Sərsail derlər. Həzrəti-Həq bəni irsal etdibir nuri bir nura tapşırmağa, yə’ni Fatiməyi Murtəzayaəqd etməyə".
Həzrəti-Rəsul həsbül-hökmi-İlahi həm ol saətdə Cəbrail və Mikail şəhadətiləFatiməyi Murtəzaya əqd etdi. Və Şeyx Tirmizi kitabi-"Nəzmi-Darüs-Sibteyn"dəzikr edər Ənəs bin Malikdən ki: "Bir günHəzrəti-Rəsul xidmətində idim, bəşəreyi-mübarəkində asari-vəhy zahir olubmütəcəlli olduqda buyurdu ki, "Ey Ənəs, Cəbrail gəlüb bana bu pəyamı gətürdiki: "İnnəllahə yə’murukə ən-tuzəvvicə Fatimətən bi-Əliyyin". Ayıtdı əşrafimühacirvə ənsarı cəm’ et". Bən dəxi əmri-şərifi müqtəzasincə sənadidi-Qüreyşicəm etdikdən sonra ol Həzrət xütbeyi-bəliğ əda qılub ayıtdı: "Ey qövm,əmriVacibülvücud və hökmi-nafizi-Mə’bud cari oldu ki, Fatimeyi-zəhrayıƏliyyi-Murtəzaya əqd edəm sizin şəhadətinizlə". Pəs ƏliyyiMurtəzanı hazır edübayıtdı: "Ya Əli, Fatiməyi sənə verdim, dört yüz misqal nüqreyi-xalis mehrlə,qəbul etdinmi?" Əli ayıtdı: "Ya Rəsulullah, qəbul etdim".
Və bir rəvayət dəxi oldur ki, Həzrət dua qılub buyurdu ki, "Cəm’ə Allahubeynəkuma və əs’ədəkuma və barəkə əleykuma və əxrəcə minkuma kəsirəntəyyibən". Və kitabi-"Mənaqibi-Xarəzmi"də məzkurdur ki, Cəbrail Həzrəti-Rəsulun xidmətinə gəlib behiştdən bir miqdar sünbül və qərənfil gətirüb ayıtdı:"Ya Rəsulullah, Həzrətiİzəd buyurdu ki, səhni-behişt müzəyyən olub və nihali-Tuba bara gəlüb və məlikə ərzi-əsma günü Adəm xətib olduğu mənzildə cəm’olalar və hurü qılman məcmə’i-sur mürəttəb qılalar; və Rahil nam firiştə ki,hicabi-bargahi-rübubiyyətdən və ə’yani-dərgahiüluhiyyətdəndür, nurdan minbərqurub zəbani-fəsihilə xütbeyi-nikah inşa qılub, Fatiməyi Murtəzaya əqd bağlayavə məlaikə güvah olub kitabi-divani-qəzada səbt edələr, bu surət vaqe’ olub, bənki, Cəbrailəm bu əqdnamənin surətin bir hərirə təhrir edüb xazini-behiştə təslimetdim. Və mühümmi-əqd sərəncam olduqda müxəddəratihücərati- behişt təbəqtəbəqsünbül və qərənfil nisar edüb və nihaliTuba gətürdügü şükufələri üzərlərinəsaçub və ərayisi-həvra hüləlü hilyələrin rəhgüzarlərinə buraxub, qaideyi-surmürəttəb oldu və bu gətürdügüm sünbül və qərənfil ol nisarlərdəndür". Və birrəvayət dəxi oldur ki, nihali-Tuba rüq’ələr nisar etdi; ol rüq’ələrin hər birində birmüxlisin ismi mərqum olub məzmunu bu ki, behişt ruzi-Qiyamət əshaba vasilqıla. Ya Rəsulullah, sən dəxi Fatiməyi Murtəzaya əqd et". Pəs, Həzərti-Rəsul oləmr mövcibincə Fatiməyi Murtəzaya əqd etdi. Və Ümm Sələməyə buyurdu ki,Əlinin hücrəsinə varıb Fatiməyitəslim etdi. Ümm Sələmə rəvan olduqda Həzrəti-Rəsul dəxi nəmaz edüb,mütə’aqib rəvan olub, bir kuzə su gətürüb və lüa’bi-şəhdamizlə məmzuc edüb,üzərinə müəvvizəteyn və münasib ayətlər oxuyub Həzrəti-Əliyə ol kuzədən vüzuqıldırub təcərrö’ etdürdikdən sonra Fatimənin sineyi-bikinəsinə saçub ayıtdı ki:"Əllahummə inni ə’izuha [bəkə] və zurriyyətəha minəş-şeytanir-rəcim". Və birmiqdar dəxi Murtəzanun ə’zasinə saçub ayıtdı: "Əllahummə kəma əzhəbtəənirricsə və təhhərtəni fətəhhirhuma". Andan sonra dışra çıxmaq istədikdəFatimə giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, ağlama, əl-minnətülillah, səni bir kimsənəyə vermişəm ki, qədri cəmi’i-xəlqdən füzun və elmicümlədən ziyadədir, ol bənim əqrəbi-Əhli-Beytim və əfzəli-ə’vanım və əşrəfi-ənsarımdür.Ol Mə’bud həqqiçün ki, bənim nəfsim anın qəbzeyi-qüdrətindədürki, səni bir kimsənəyə vermişəm ki, sultandır dünyada və seyyiddir axirətdə".Fatimə ayıtdı: "Ya Rəsulullah, mən qilləti-mal və üsrəti-haldan əndişə qılubƏli canibindən məlalət çəkməzəm, əmma xidməti-şərifindən filcümlə müfariqətlazım gəlüb riqqətim onunçündür". Şe’r:
Səndən ayrılmaq mə’azallah bir ölməkdir bana,Bil ki, ayrılmaqdan ölmək bəlkə yegrəkdir bana.
Rəvayətdir ki, Həzrəti-Fatimənin cihazı iki ədəd qəmisi-bürd və ikibazubəndi-nüqrə və bir qətifeyi-mürəqqə’ və bir qədəh və bir asyasəng və birardbiz və iki səbu və bir məşk və bir məşrəbə və iki nihali [ki,] birinin həşvitiraşeyi-səxtiyan idi və birinin lifi-xurmadan və dört ədəd balış: iki pəşmdənməmlu və ikisi lifi-xurmadan məhşu. İmam Seyf "Kitabi-Sünənül-Cami"də nəqletmiş ki, münafiqlərin biri Mədinədə Murtəzaya tə’n edüb ayıtdı: "Ey Əli, sənəşcə’i-əhlizəmanə və fəridi-yeganəsən, nişə bir kimsənə ilə ittisal etdin ki, şamiçaştinə vəfa qılmaz və çaşt bulsa şam bulmaz; əgər bənim ittisalım qəbuletsəydün, sərayimdən sərayinədək cihazla məmlu qılaydım və sənin mə’işətinəcəmi’i-ömrümdə kəfil olaydım". Həzrəti-Murtəza ayıtdı: "Ey gümrah, bu əmrbənim tədbirimlə degil, "Əl-hukmu lillahil- əliyyil-kəbir". Şe’r:
Ey mürəssə’ tac məğruru olan, bil kim, fələkHər kimi aləmdə bir rəng ilə eylər xaksar.Lə’l sanma kim, firibi-firqeyi-ətfal üçün,Rəng vermişdir qara toprağa dövri-ruzigar.
Və heç şək yox ki, Həzrəti-İzəd əhsəni-əhval bizə lütf etmişdür və xəzaneyi-iltifatindənəfzəli-məvahib bizə yetmişdür. Şe’r:
Biz məta’i-mülki-dünyadan fərağət qılmışuz,Kimyayi-fəqrdən kəsbi-səadət qılmışuz.Qeyrə et, ey çərx, ərzi-cahü mülkü mali kim,Biz qənaət əhliyüz, fəqr ilə adət qılmışuz.
Rəvayətdir ki, Həzrəti-Əli tə’neyi cühhaldan mütəəssir olmayub, istiğnatəriqin məsluk etməgin nida gəldi ki: "Ey Əli, mütəvəccihi-asiman olub tamaşaqıl". Həzrəti-Əli nəzarə qıldıqda gördü ki, payeyi-ərşdən fəzayi-fərşədək dürügövhər və müşkü ənbər yüklü naqələr; hər birinin [məhari] bir pəriçehrə qulaməlində və hər birinin üzərində bir mahpeykər cariyə. Nida qılurlar ki: "Hazacihazi-Fatimə binti-Rəsulullah". Həzrəti-Murtəza bu mövhibət müşahidəsindənvə bu səadət mülahizəsindən məğrur olub, mütəvəccihi-hərəmsəray olduqdaFatimə istiqbal edüb ayıtdı: "Ya Əli, bana ərz edənləri sənə dəxi ərz etdilər.Əlminnətü lillah, cihazı gördün". Şe’r:
Mülki-dünyada bizi cahil mühəqqər görməsün,Biz bəqa mülkün müsəxxər eyləyən sultanlərüz.Aləmi-mə’nidə ə’ladır qamudan qədrimiz,Gərçi surətdə həqirü bisərü samanlərüz.
Rəvayətdir ki, bir gün Xaceyi-Aləm buyurdu ki, Süleyman nəbi damadına birtac mürəttəb etmişdi yeddi yüz danə [inci] ilə mürəssə’. Həzrəti-Əli hücreyi-təharətəgəldikdə Fatiməyə nəql etdi. Fatimə istima’ etdikdə xatiri-şərifinə xüturetdi ki, şayəd Əli cihazü cihati-düxtəri- Süleymanı ol əzəmətlə eşidüb və bənimcihazımı bu həqarətlə görüb xəyal edə ki, Həzrəti-Rəsul Süleymanca gəlməz. Budəğdəğə xatirində idi ol vəqtədək ki, aləmi bəqaya rehlət etdi.
Bir gecə Həzrəti-Əli vaqi’əsində gördü ki, behiştə bir mürəssə təxt mənsubolub, ətrafinda hura səf çəküb, Fatimə üzərində qərar dutmuş. Və bir düxtəri-büləndəxtərnəhayəti-hüsni-cəmalla nisar üçün iki təbəq cəvahir mühəyya qılub,müntəzirdir ki, Fatimə ana nəzər qıla. Həzrəti-Əli Fatimədən sual etdi ki, aya, bukimdür? Fatimə ayıtdı: "Ya Əli, bu Süleyman qızıdur. Həq-tə’ala bənimxidmətümə mə’mur etmişdir. Ya Əli, bu əzizənin bir gün cihazı hekayətin nəqletdün və bu əndişə bənim xatirimdə idi və ol əndişədən ələm çəkdigimin əcrinəbu səadət müyəssər oldu. Ya Əli, ol tac əvəzinə ki, Süleyman nəbi damadınamürəttəb olmuşdu, həmli-livayi-həmd bana müqərrər oldu. Və livayi-həmd birələmdir ki, xasseyi-Həzrəti-Rəsuldur.
İrtifa’i həddən ziyadə olub üç şəqqəsi var: biri Məğribdə və biri Məşriqdə,biri Məkkə üzərində. Bir şəqqəsinün üzərinə yazılmış ki: "Bismillahir-rəhmanir-rəhim" və birinin üzərində "Əl-həmdu lillahi rəbbi’l aləmin", və birininüzərində "Lailahə illəllahMühəmmədən Rəsulullah". Nəqldür ki, ərəsati-qiyamatdə ol livayi hazıredüb nida qılalar ki: "Qandadur ümməti-Məhəmmədi-ərəbi, qandadur təvabe’i-Xaceyi-Haşimi? Və Həzrəti-Nəbi ol livayi mübarək əlinə alub, təmami-ənbiya vəövliya və kaffeyi-əhli-İslam ol liva altında cəm’ olub, netə ki, buyurmuş ki:"Adəmu və zurriyyətihi təhtəllivai-yovməl-qiyaməti" və fərqi-mübarəkinənurdan bir taci- [səbz] örünüb və həriri-əxzərdən bir xəl’ət geyüb, Büraqa binübvə sair ənbiya dəxi səvar olub və ol ələmi Həzrəti-Əli əlinə verüb, mütəvəccihibehiştolalar.
Rəvayətdir ki, Həzrəti-Əlinin fərqi-mübarəkində ol ələm bir tac [hey’ətində]məlhuz olunub, nida qılalar ki, "Ya Əli butac əfzəlmidür, yoxsa ol tac ki,Süleyman nəbi damadına vermişdi?".
İmam Nəcməddin [Ömər], rəziyəllahü ənhu, rəvayət edər ki, bir gün HəzrətiRəsul Fatimə hücrəsinə gəlüb, Fatiməyi məlul görüb, səbəbi sual etdikdə ayıtdı:"Ya Rəsulullah, üç gündür ki, sərayımdə mə’kulat qismindən nəsnə yoxdur vəHəsən və Hüseyn müztərib olmuşlar. Və bu əhvalı Həzrətünizdən məxfidutaram, əmma bu günHəsən və Hüseynin iztirabın [ziyadə] gördüm, derlər ki: "Aya, aləmdə heçtifl riyazəti bizim riyazətimizə yetərmi?" Ey pedəri-büzürgvar, Həzrətünizdənrüxsət olurmi ki, küstaxanə dərgahi-İlahidən bir təvəqqö’ edəm. Xaceyi-Aləmayıtdı: "Ey fərzənd, Həzrəti-İzəd müxlislərin küstaxlığın qəbul edər". Fatiməicazət edüb iki rik’ət nəmaz qılub, mübarək əllərin götürüb ayıtdı: "Ya Rəb,bilürsən ki, övratün və ətfalın riyazətə taqətləri olmaz, ya taqətimizcə möhnətmüqərrər et, ya möhnətimizcə taqət müyəssər et". Bu duayı təmam etdikdə,zə’fdən bihuş olub, həm də ol saət Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah,Fatimənin naleyi-dilsuzi məlaikeyi-asimanı xüruşa gətürdi, fəryadına yet".Həzrəti-Rəsul hücrəyə girüb gördü Fatimə ixtiyarsız düşmüş. Fərqi-mübarəkindizi üzərinə alub, pənceyiqəmərşikafın sinəsi üzərinə qoyub dua qıldı ki: "YaRəb, Fatiməyi ələmi-cu’dən mühafizə qıl". Xaceyi-Kainatun rayiheyigisuyimüşkbarindənistifadeyi-qürbət qılub kəndüsinə gəldikdə üzərində minbə’dələmi-cu’ ehsas etmədi. [Fatimədən nəqldir ki: "Ol dua bərəkatindən həyatimolduqca kəndimi hərgiz ələmi-cu’ə mübtəla görmədim"]. "Dürəri-Mə’aric"dəməsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimənin hücrəsinə gəlüb təfəqqüd təriqiləayıtdı: "Ey fərzənd, halın nədür?" Fatimə ayıtdı: "Ya Rəsulullah, əlminnətülillah, fəqrimiz bir qayətə yetmişdir ki, mənzilimizdə üç gündür əsəri-tə’ambulunmaz". Həzrət buyurdu ki: "Əllahummə ənzil əla Muhəmmədin vəƏhliBeytihi kəma ənzəltə əla Məryəmi binti İmran". Dedi: "Ey Fatimə, mətbəxətəvəccöh edüb mülahizeyi-hikmət qıl". Fatimə mətbəxə təvəccöh edüb, əqəbincəHəsən və Hüseyn rəvan olub gördülər cəvahirlə mürəssə’ bir kasə içində birmiqdar tə’am. Fatimə ol kasəyi götürüb Həzrəti-Rəsul xidmətinə yetürdi vəHəzrət buyurdu ki: "Qulu bismillah". Pəs, Nəbi və damad və Fatimə və Həsənvə Hüseyn ol tə’amın tənavülinə məşğul oldular. Rəvayətdir ki, yeddi gün oltə’amdan tənavül edərlərdi tükənməzdi; bir gün İmam Həsən hücrədən çıxub,əlinə bir miqdar ol tə’amdan alub, bir yəhudi övrət görüb tələb etdi. İmam Həsənkərəmi-cibilli müqtəzasincə imsaketməyüb iltifat etdikdə əsəri-ittila’i-naməhrəmdən ol kasə və tə’am qayib oldu vəHəzrəti-Rəsul buyurdu ki, əgər bu halət vaqe’ olmasaydı, hərgiz münqəte’olmazdı.
Bə’zi təfasirdə məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə hücrəsinə gəlübayıtdı: "Ey cigərguşə, üç gündür tə’am tənavül etməmişəm, mənzilində mə’kulatqismindən nə var?" Fatimə ayıtdı: "Ya Rəsulullah, bizə dəxi bu halət vaqe’olmuşdur". Həzrəti-Rəsul mə’yus çıxdıqda Fatimə xəcalət çəküb dua qıldı ki:"İlahi, məni bu xəcalətdən qurtar və bir tə’am kəramət qıl". Duaya müqarinFatimə gördü ki, astaneyi-hücrədə bir qərib durub, bir kasədə bir miqdar tə’ambir xadimə verdi ki, bu hədiyyədir. Fatimə ol tə’amı alub, Hüseyni Rəsulehzarinə rəvan etdi. Həzrət hazır olduqda ol tə’amı hüzurinə gətürdilər. Gördi ki,əsla ət’immeyi-dünyaya şəbih degil. Həzrət bu ibarətlə Fatimədən sual etdi ki,"İnni ləki haza". HəzrətiZəhra bu cavaba mülhim oldu ki: "Huvə min’indi’llahyərzuqu mənyəşa’u biğeyri-hesabin". Bu xəbərdən Həzrəti-Rəsul münbəsit olubbildi ki, mətbəxi-qeybdəndir, şəraiti-sipas əda qılub ayıtdı: "Ey cigərguşə,əlminnətü lillah ki, Həzrəti-İzəd sənə mərtəbeyi-binti-İmran nəsib etdi". Pəs, Əlivə Fatimə və Həsən və Hüseyn ol tə’amdan tənavül edüb, sair Əhli-Beytə dəxihissə irsal etdilər. Şe’r:
Nola gər ən’amını amm etsə xani-lütfdən,Ol ki, xasü amm xani-lütfünün mehmanıdır.Nola gər Məryəmdən əfzun görsə nəqdi-pakini,Ol ki, İsa bir kəminə bəndeyi-fərmanıdır.
Və bu xəbər dərəceyi-vüzuha yetmişdür və bu nüktə cəmi’ialəmdə iştiharetmişdür ki, Həzrəti-Rəsul Fatiməyi cəmi’i-ƏhliBeytdən ziyadə görüb,tə’zimində mübaliğə qılurdı. Və HəzrətiFatimə ol Həzrəti kəndü ruhi-şərifindənə’əzz və əşrəf bilürdi.
Əmma raviyi-əxbari-cigərsuz və haviyi-asari-qəmənduz bu tərzlə tətmimihekayətqılmış və bu təriqlə [mütəmmimi]-rəvayət olmuş ki, Xaceyi-Aləmaləmi-fənadan mülki-bəqaya intiqal etdikdə zəminü zəman mütəzəlzil olub,qayəti-hərqəti-[zəmin cinnü] insü vühuşü tüyuru fəğana gətürdi. Və kəmaliriqqəttəmami-nizami-aləmə xələlyetürdi və mərkəzi-xak fərqi-əflaka gərdi-məlalət saçdı və xazininihanxaneyiqəzaafərinişi yüzünə əbvabi-küdurət açdı. Şe’r:
Dəhr nüzhətxaneyi-iqbalı viran eylədi,Gənci-İslamı fələk topraqda pünhan eylədi.Tey qılub rahət büsatın dəhrdən fərraşi-çərx,Surəti-cəm’iyyətin xəlqin pərişan eylədi.
Bu vaqieyi-hailə və hadiseyi-nazilə vüqu bulduqda və cəmi’iəhli- aləmnövhəyə məşğul olduqda, Həzrəti-Murtəza FatiməyiZəhraya ayıtdı: "Eycigərguşeyi-Həzrəti-Xeyrül-Bəşər və ey zübdeyi-ərbabi-Peyğəmbər, təhacümiməsaibdətəhəmmül şiveyiərbabi- vəfa və [tüğyani]-nəvaibdə təsəbbür qaideyi-Əhli-Beyti-Mustəfadır.
Olmaya ki, hücumi-seylabi-sirişk pərdeyi-hicabı afitabi-cəmalindən buraxubvə atəşi-ahi-cigərsuz xirməni-səbr qərarın yaxub, sədayi-fəğanindənnaməhrəmlər xəbərdar olalar və surətiiztirabindən bidərdlər fərəh bulalar. Səbr etvə təhəmmül pişə qıl ol zəmanadək ki, afitabi-aləmtab Həzrəti-Rəsulullah kibimünzəviyi-zaviyeyi-hicab və sayənişini-səhabi-niqab olub və asimanzümreyiəhli- matəm kibi cameyi-müşkfam geyüb, rüxsarində qətərati-sirişki-kəvakibzahir qılub tərəddüdi-naməhrəm münqəti ola və hər kimiməqamında təskin bula. Ol vəqt Həzrəti-Mustəfanın məzari-şərifin ziyarət edüb,dərdi-dilin ərzə yetür və suzü güdazla ol Həzrətə şəm’iməzar olub, keyfiyyəti-mafiz-zəmirin zəbana gətür". Şe’r:
Ey xoş ol saət ki, dildar ola, dəyyar olmaya,Yar ola xəlvətdə, ətrafinda əğyar olmaya.Yar halın yara izhar etməyə fürsət bulub,Müddəi agah, naməhrəm xəbərdar olmaya.
Həzrəti-Fatimə Murtəzayi-Muctəbanın nəsihətindən təcavüz etməyüb ol daği-nihanlaqanlar udub və suzi-dilini pünhan dutub qönçeyi-lalə kibi növbaharivə’dəyəmüntəzir və mütərəssid olub səbr etdi ol vəqtədək ki, çiraği-xəlvətxaneyi-tarəmi-çaharüm intifa bulub, şiddəti-zülmətdən qəriblər fəğanıasimana yetdi. HəzrətiZəhra şiddəti-qəmdən bihuş ikən göz açub Həzrəti-Murtəzaya təzərrö etdi ki: "Ya Əli, nə vəqt ola?" Murtəza Əli ayıtdı: "Ey Fatimə,şəbi-deycurdan bir sumn keçmişdür". Fatimə ayıtdı: "Ya Əli, rüxsətiziyarət müyəssər olurmu? Murtəza ayıtdı: "Ey Fatimə, rüxsət müyəssər olur buşərtlə ki, sədayi-bülənd ilə fəğan etməyəsən". Pəs, Fatimə qiyama gəlüb, Həzrəti-Murtəza hidayət qılub rövzeyimübarəkə gəldilər və dideyi-Zəhra ki, mərqədi-Mustəfaya düşdü, fəryadü fəğani mələ’i-ə’laya irişdi; əyaqdan düşüb, bu sürudlamütərənnim və bu əda ilə mütəkəllim oldu. Şe’r:
Ey fələk, darüş-şəfayi-şər’i viran eylədin,Əhli-dərdi mübtəlayi-daği-hirman eylədin.Pərdeyi-idbara çəkdin çehreyi-iqbalimi,Cəm’ edüb yüz qəm bana halım pərişan eylədin.Asimani-şər’ xurşidinə göstərdin zəval,Mahi-mülki tirə topraq içrə pünhan eylədin.Gər desəm kafirsən, ey gərdun, əcəb yox nişə kim,Qəsdi-qətli-müqtədayi-əhli-iman eylədin.
Zar-zar ağladıqca Həzrəti-Murtəza təskin verüb derdi: "Ey Fatimə,[növhədən səbr] ə’la və əsvəbdir və cəzə’dən təhəmmül övla və əsvəbdir".Fatimə ayıtdı: "Ey əmmzadeyi-əziz, bəni mən’ etmə ki, əfzəli-cəhanunmüfariqəti ə’zəmi-məsaibdür". Və bu bir beyt HəzrətiRəsulullah mərsiyəsindəHəzrəti-Zəhradan sadir olan əbyatdəndür. Şe’r:
Sübbət ’əla məsaibun ləv-ənnəha,Səbbət ə’ləl-əyyami sirnə ləyaliya.
Nəqldür ki, mərqədi-mübarəkdən bir qəbzə xak alub, dideyi-əşkbarinə dutubağazi-növhə qıldı bu məzmunla ki. Şe’r:
Hicri bağrım qan edən gülbərgi-xəndanım qanı?Rahəti-cani-həzinü cismi-suzanım qanı?Dideyi-nəmnakimə tar oldu aləm, ey fələk,Ləm’eyi-rüxsari-xurşidi-dirəxşanım qanı?
Və bu xəbər səhhətə yetmişdir ki, Həzrəti-Rəsulun vəfatından sonra hərgizFatimə təbəssüm etməmişdür və mütləq səfheyi-xatirindən küdurət getməmişdür;ol qayətdə ki, bir gün əhli-Mədinəəfğanindən müt’əzzi olub dedilər: "Ya binti-Rəsulullah, ya gündüz nalə qılubgecə aram dut, ya gecə növhəyə məşğul olub gündüz təhəmmül et ki, xəlqə birvəqt rahət mümkün ola". Həzrəti-Zəhra xəlqin ol iltimasın qəbul edüb gecələrnövhə qılub, gündüz dağisəbrlə cigərin dağlayub təhəmmül edərdi. İmam Cə’fəriSadiqdən nəqldür ki, ifrati-giryə beş kimsənədə münhəsirdir: biri Adəm ki,behişt fəraqindən nalan idi və biri Yə’qub ki, Yusuf hicrindən giryan idi və biriYusuf ki, Yə’qub yadilə pərişan idi və biri Fatimeyi-Zəhra ki, Həzrəti-Rəsulunatəşi-fəraqindən büryan idi və biri Əliyyi-Zeynəlabidin ki, qırx il vaqieyi-Kərbəladan sonra layənqəte’ sirişkəfşan idi". Rəvayətdir ki, Müflih nam birbəndəsi olub, bir gün ayıtdı: "Ya İbni-Rəsulullah, olmaya ki, bunca giryəndənhəlak olasan?" Dedi: "Ey Müflih həqqa ki, giryə bana biixtiyar gəlür, hərgah ki,mə’rəkeyi-Kərbəlada validi-büzürgvarimin və ixvanü ə’mamialimiqdarinintəşnələb şəhid olduqların və övratü ətfali-Əhli-Beytin güruhi-füccara əsir olubihanət çəkdiklərin yad edərəm, kəndümi giryədən mühafizət qıla bilməzəm".Şe’r:
Düşdükcə yadimə ələmi-dəşti-Kərbəla,Könlüm fəğanü naləyə biixtiyar olur.Gəldikcə yadimə ləbi-xüşki-şəhi-şəhidBiixtiyar çeşmi-tərim əşkbar olur.Əyyam üçün bəlalərə salmışdürür bəni,Bən gördügüm bəlaləri kim görsə zar olur.
Əlqissə, Həzrəti-Rəsulun vəfatindən bir rəvayətdə üç ay keçdikdə və birrəvayətdə altı ay keçdikdə bir gün Həzrəti-Murtəza mənzilinə gəlüb gördü ki,Fatimə bir miqdar xəmir edüb və övladi-əmcadinin gisulərin yumağa bir miqdargil müxəmmər qılub və rəxtlərin yumağa bir miqdar su hazır etmiş. Həzrəti-Murtəza ol halətə heyrət edüb ayıtdı: "Ey məxdumeyi-zəman və eymüxəddəreyi-cəhan, hərgiz dünya əşğalinə sənin bu miqdar iltifatıngörməmişəm; aya, bu nə hikmətdür ki, bu gün üç əməl əncaminə iqdametmişsən?" Həzrəti Zəhra qətərati-əşk dideyi-əşkbarindən töküb ayıtdı: "Eytacdari-HəlƏta və ey şəhsüvari ərseyi-La-Fəta, və ey xətibi-minbəri-Səluni və eyvarisi-mərtəbeyi-Haruni və ey güli-baği-"Vali mən vallah" və eyatəşi-daği-"Adi mənə’dah" və ey tirazi-məsnədi-sidqü səfa və ey razdari-Həzrəti-Mustəfa və ey şiri-bişeyi-həqiqət və ey kəştiyilücceyi- təriqət və eyşükufeyi-gülzari-Əbu Talib və ey əsədullahi-ğalib və ey mehtərü behtəri-əhlizəminüzəman və ey mə’dəni-cövhəriHüseynü Həsən, "Haza fəraqun beyni vəbeynəkə" rə’yi-üqdəgüşay və zəmiri-aləmarayinə məxfi və məstur buyrulmayaki, rişteyiittisali- suri miqrazi-qəza ilə inqita bulub və müddəti-müqaribətiməcazimüruri-ömrlə münqəzi olub, vəqt oldu dəsti-təəllüqüm daməni-dövləti-mülazimətindəndur və dideyi-ümidim müşahideyi-pərtövi-cəmalindən məhcurola. Şe’r:
Vəqt oldu ki, şami-hicr ola sübhi-vüsal,Təğyirpəzir ola bu keyfiyyəti-hal.Vəqt oldu ərusi-vəsl olub pərdənişin,Ərz eyləyə şahidi-qəmi-hicr cəmal.
Ey Əli, dün gecə Həzrəti Rəsulullahı vaqiəmdə gördüm, balinim üzərinədurub, hər tərəf mülahizə qılub fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah,fəraqindən həlak oldum, aya qandasan?" Həzrətül-Rəsul ayıtdı: "Ey Fatimə, sənəbəşarət verməyə gəlmişəm, dəmdir ki, rabiteyi-qeydi-həyati-müstə’ari qət qılub,məzyəqi-təngnayi-fənadan fəzayi-bəqaya qədəm basasan. Ey Fatimə, səngəlməyincə getməzəm. Əgər dövləti-vüsalim istərsən, şitab eylə və sə’y qıl ki,yarın gecə bana mehman olasan". Və bən bidar oldum və hala ol ümidləmüvtəvəccehi-aləmi-bəqayam. Ya Əli, əgərçi sənin atəşi-ələmifariqətincigərsuzdur və möhnəti-müba’idətin qəmənduz, əmma ol Həzrətin dəxi müjdeyivüsalıdilfiruzdur; ətmək tədarükün etdiğum oldur ki, yarın sən müsibətiməməşğul olduqda övladım əndişeyi-qida çəkməyələr və rəxt yuduğum oldur ki,bəndən sonra qeyrlərdən məmnun olmayalar. Gisulərin yuduğum oldur ki,mə’lum degil ki, məndən sonra qəmxarlıqların kim edə".
Ey əziz, Fatimə onların gisularına qübar qonmaqdan mükəddər olurdu [vəcamələri gərdalud olmaqdan izhari-məlalət [qılurdı.] Ah, əgər görsəydi dəşti-Kərbəlada rüxsarləri ağüşteyi-xakü xun və bədənləri xuni-cigərdən laləgun. Şe’r:
Kərbəla dəştində Xatuni-qiyamət, ah, əgərQərqi-xun görsəydi Şahi-Kərbəlanın halini.Hiç şək yox kim, qılurdı Kərbəla toprağini,Qərqi-xun, gözdən töküb seylabi-əşki-alini.
Əlqissə, Murtəza Fatimədən ol xəbəri-cangüdazi istima’ etdikdə əşkinədamətdideyi-qəmdidədən rəvan edüb ayıtdı: "Ah, bu nə möhnəti-mücəddəddürki, yenə yüz verdi və bu nə bəlayi-qeyrimukərrərdür ki, yenə fələkzühura gətürdi. Ey Fatimə, hənuz validi-büzürgvarın daği-fəraqı mərhəmpəzirolmadan və pedəri-alimiqdarın ələmi-iştiyaqı təskin bulmadan sən dəxi cana birdaği-tazə yaxmaq və dili-virani saiqeyi-müsibətlə yaxmaq rəvamıdur?" Şe’r:
Ah kim, hər dəm fələk dərd üzrə dərdim arturur,Göstərür bir dərd, bir dərdinə dərman etmədən.Bağrımı büryan edər hər ləhzə bir bərqi-bəla,Bir bəlaya hüsni-tədbir ilə dərman etmədən.
Fatimə ayıtdı: "Ey Əli, ol müsibətdə [səbr etdin, bu möhnətə] dəxi təhəmmülqıl və bir zəman bəndən qafil olma və ri’ayətimdə tə’əllül qılma ki, axırnəfəsdir". Bu kəlimatı əda qıldıqca nəmi-dideyi-əşkbarla şahzadələr rəxtlərin tərqılurdı və atəşi-ahla əkmək üçün tənuri gərm edərdi və derdi: "Ey cigərguşələr,aya bəndən sonra sizin halınız nolur?" Həsən və Hüseyn bu xəbərdən mütəəllimolub giryə ağaz etdilər. Fatimə ayıtdı: "Ey nuri-didələr, bir zəman guristani-Bəqi’ə varub bənim üçün dua qılun". Onlar mütəvəccih olduqda bəstəriismətətəkyə qılub Murtəzaya ayıtdı: "Ey həmsəri-xücəstəliqa, vəqtivida’dür, həlal et".Həzrəti-Əli ahi-həsrət çəküb ayıtdı. Şe’r:
Va həsrəta ki, yaxdı bəni atəşi-vida’,Ya Rəb ki, münqəte’ ola ayini-inqita’.
Bu hala müqarin Əsma binti-Ümeyşəyi tələb qılub dedi: "Ey Əsma, bir tə’ammühəyya qıl ki, cigərguşələrim mü’avidət qıldıqda tənavül qılalar və qoyma ki,bənim yanıma gələlər və bəni bu halla görüb pərişan olalar".
Əlqissə, şahzadələr guristani-Bəqi’dən müraciət qıldıqda Əsma istiqbal edübanlara tə’am təklif etdikdə şahzadələr ayıtdılar: "Bizimhərgiz validəmizdən ayrı tə’am tənavül etdigimiz yoxdur". Əsma ayıtdı: "Eyəzizlər, validənizin cüzvicə küdurəti var, siz tə’am tənavül edin". Dedilər: "EyƏsma, bizə validəmizdən cüda tə’am sazgar olmaz". Əlqissə, tərki-tə’am edübhücrəyə gəldikdə gördülər Fatimə təkyə qılub, Həzrəti-Əli balini üzərində giryanoturur. Şahzadələrə ayıtdılar: "Ey cigərguşələr, bir zəman Rövzeyi-Rəsulullahüzərində varub dua qılın". Şahzadələr ita’ət qılub rəvan olduqda Fatimə ayıtdı:"Ya Əli, bir zəman bəndən qafil olma ki, əncami-ömrdür". Şe’r:
Həyatimdən həman bir dəm qalıbdır olma qafil kim,Müyəssər ola zövqi-dövləti-vəslin dəmi-axir.Həyati-müstə’arim kisvətin tarac edüb gərdun,Kəfəndən əynimə geydirmək istər xəl’əti-faxir.
Həzrəti-Əli ayıtdı: "Ey Fatimə, bu xəbər istima’inə qüdrətim yoxdur". Fatiməayıtdı: "Bu xəbər vaqi’eyi-bitədbir və hadiseyibitə’xirdir". Şe’r:
Sındırdı nihali-ömrümü badi-əcəl,Can mürğinə dam qurdu səyyadi-əcəl.Tən rabitəsin ruhdan istər qıla qət’Şəmşiri-siyasət ilə cəlladi-əcəl.
Fatimə Əli kənarində bihuş olub, bir zəmandan sonra özünə gəlüb, Əlinigiryan görüb ayıtdı: "Ya Əli, həngami-tə’ziyət deyil, zəmani-vəsiyyətdir". Əliayıtdı: "Ey Fatimə, vəsiyyətin nədir?" Fatimə ayıtdı: "Dörd vəsiyyətim var: biriol ki, bəndən sənə nisbət bir tərki-ədəb vaqe’ oldusa, əfv edəsən". Əli ayıtdı:"Haşa ki, səndən tərki-ədəb sadir olmuş ola; həmişə sən bənim qəmxarım idin vəpeyvəstə qəmgüsarım". Dedi: "İkinci vəsiyyət oldur ki, bənim övladımımöhtərəm dutub, anlardan bir küstaxlıq sadir olsa, təcavüz qılasan və üçüncüoldur ki, bəni gecə vəqtində dəfn edəsən ki, zəmanihəyatimdə dideyinaməhrəmdənməstur olduğum kibi, hinivəfatimdə dəxi nə’şimə ənzari-pərişanmütə’əlliq olmaya və dördüncü vəsiyyətim oldur ki, bənim ziyarətimdən qədəmçəkməyəsən və həmişə bəni duadan unutmiyəsən". Şe’r:
Çün bəni səndən fələk naçar məhcur eyləyə,Xaki-payindən bəlakeş başumı dur eyləyə.İltimasım səndən oldur kim, qübari-məqdəmin,Ruhimi bir dəm mülaqatilə məsrur eyləyə.
Bu vəsaya əsnasində Həzrəti-Əli fəryada gəlüb zəbani-hal ilə ayıtdı. Şe’r:
Dildar buraxdı tərhi-qəmxaneyi-hicr,Saqiyi-zəmanə dutdu peymaneyi-hicr.Dərda ki, sərayi-vəsl ikən təkyəgəhim,Vəqt oldu məqamım ola viraneyi-hicr.
Ayıtdı: "Ey Fatimə, sənin vəsiyyətlərin dərəceyi-qəbula yeidi, əmma bənimdəxi sənə üç vəsiyyətim var, ərz edəyim. Biri ol ki, bəndən sənə təqsirimülazimətvaqe’ oldusə, Həzrəti-Rəsula şikayət qılmayasan; ikinci ol ki, Həzrəti-Rəsulullaha səlamımı yetürəsən; üçüncü oldur ki, bəndən ol Həzrətə izhari-şükredəsən". Fatimə Əlinin vəsiyyətlərin qəbul edüb mükalimə qılmaqda ikən nagahbir xüruşü qülqülə sədası gəldi. Həzrəti-Əli mütəvəccih olduqda gördü Həsən vəHüseyn "Va ummah va musibətah", deyüb fəryad edərək gəldilər. Iztirablahücrə qapusinə gəlüb ayıtdı: "Ey cigərguşələr, bu nə halətdir?" Ayıtdılar: "Eydəri-mədineyi-elmiRəsuli- Xuda və ey şiri-bişeyi-La-Fəta, validəmizlə vida’etməgə gəlmişüz". Həzrəti-Əli ayıtdı: "Ey nuri-didələr, nə bildinüz [ki,validəniz] bu halətdədür?" Dedilər: "Ey pedəri-büzürgvar, sənin fərmani-şərifinmüqtəzasincə Rövzeyi-Rəsulullah ziyarətinə mütəvəccih olduqda, səm’imizə birsəda irişdi ki, "Fatimə yetimləri gəldi". Nagah mərqədi-mübarəkdən nida gəldiki: "Ey nuri-didələr, təvəqqüf etməyüb müraciət qılun ki, validəniz didarinəmüşərrəf olub vida edəsiz; zira mütəvəccihi-aləmi-axirətdir və hala İbrahimi-Xəlil və İsmaili-Zəbih və Musiyi-Kəlimullah və İsayi-Ruhullah və sair ənbiyayimürsəlvə ərvahi-qüds onun ruhi-pakının istiqbalinə gəlmişlər". Biz bu xəbərdənmütənəbbih olub iztirabla müraciət qıldıq. Bu sözü deyüb, Fatimənin ayağınadüşüb, növhə bünyad edüb təzərrö etdilər ki: "Ey məxdumeyi-möhtərəmə,dideyi-iltifat açub bu qürbət mübtəlalarinə bir nəzər qıl və göftara gəlüb bubadiyeyi-bəla sərgəştələri ilə təkəllüm et". Şe’r:
Bir nəzər qıl kim, dəvayi-dərdi-bimari-fəraq,Bir nəzərdir nərgisi-mərdümşikarindən sənin.Bir təkəllüm qıl ki, ərbabi-mətalib məqsədi,Bir təkəllümdür ləbi-gövhərnisarindən sənin.
Avazləri Fatimənin səm’i-mübarəkinə irişüb, dideyi-mərhəmət açub, anlarıkənarinə çəküb, qətərati-əşki-həsrət dideyi-əşkbardan töküb ayıtdı: "Ey yetimlər,aya bəndən sonra sizin keyfiyyətiəhvalinüz nolur?" Ol əsnada cəmi’i-övladı cəmedüb, zükurun ünasa və ünasın zükura əmanət təriqilə təslim edüb və məcmu’inHəzrətiMurtəzaya tapşurub və cümləsin Vacibülvücuda mövdu edüb və hərvəchlə var isə Həsən və Hüseyni bir dəxi Rövzeyi-Rəsul üzərinə göndərüb, ÜmmSələmədən su istəyüb, qüsl edüb, əfxəri-libasin geyüb, vəsəti-sərayində fəraşburaxdurub təkyə qıldı canibi-eymənə və bazuyi-yəmin rüxsarinə balış edübƏsma binti-Ümeyşə ayıtdı: "Bir gün hini-mərəzdə Cəbrail Həzrəti-Rəsulxidmətinə gəlüb, behiştdən bir miqdar kafur gətirüb və ol Həzrət bir qisminkəndüsinə hifzi-kəfən qılub bir miqdarin bənim üçün və bir miqdarin Əli üçünbana təslim etmişdi və filan məhəldədir, gətür ki, kəndü hissəmi alub Əli hissəsinsənə təslim edəyim". Əsma binti-Ümeyşə həsbülfərmudə ol kafuri gətirüb, kəndühissəsin alub Əsmaya ayıtdı: "Bir zəman dışrə çıx ki, bənim Mə’budumla razidilimərz edəcək zəmandır". Əsma dışrə çıxdıqda istima etdi ki, Fatimə derdi:"Ya Rəb, Rəsul hörməti həqqiçün və Əliyyi-Murtəza qədriçün və övladimə’sumimkəramətləri içün ki, ümməti-günahkarə rəhmət qılasan və asilərcərayiminə qələmi-əfv çəküb mütərəhhim olasan". Bu halətdə Əsmaya giryəqalib olub, Fatimə anın giryəsindən xəbərdar olduqda ayıtdı: "Ey Əsma,demədimmi bir zəman bəni halümə qoy və bir zəmandan sonra təfəhhüs et:bəndən avaz gəlürsə yanümə gəl və əgər gəlməz isə bilmiş ol ki, Pərvərdigariməvasil olmuşam". Əsma bir zəman dışrədə təvəqqüf etdikdən sonra nida qıldı ki:"Ya qürrətül’əyni-Rəsulullah!" Cəvab eşitmədi, bir dəxi dedi: "Ya seyyidünnisa!"Cəvab eşitmədi, iztirabla hücrəyə girüb rüxsari-mübarəkindən cameyi-xabalub gördi ki, aləmi-bəqaya intiqal etmiş. Və Əsma müztəribhal olub fəğanagəldikdə Həsən və Hüseyn hazır olub ayıtdılar: "Ey Əsma, validəmiz halınədür?" Əsma səbr etməyüb başından miqnə’əsin buraxub, giribanın çak edüb,şahzadələr buvaqi’ədən xəbərdar olduqda, kəsrəti-iztirabla Həzrəti-Murtəza xidmətinəmütəvəccih oldular. Həzrəti-Murtəza əşrafla ibadətdə ikən Həsən və Hüseynfəryadın istima’ etməyin surəti-haldan xəbərdar olub bihuş olduqda, hüzzari-məclisHəsən və Hüseynə ayıtdılar: "Ey şahzadələr, bu nə əfğandır ki, şiri-bişeyişüca’ətivə əjdəhayi-fəzayivilayəti ayaqdan buraxdı?" Ol şahzadələr ayıtdılar:"Necə ağlamayalım və necə fəryad etməyəlüm ki, sərvi-riyazi-isməti sərsəri-əcəlpaymal etdi, növbəhari-iffət və təharətə xəzani-fəna təğəyyüri yetdi". Şe’r:
Bizi fəryada gətürdi fələki-kəcrəftar,Necə əfğanlar edüb qılmayalım naləyi-zar?!Verdi cəm’iyyəti-əhvalimizə dövr xələl,Saldı ayineyi-iqbalimizə dəhr qübar.Qıldı növmid bizi səbzeyi-pəjmürdə kibi,Fərqimizdən götürüb sayəsini əbri-bəhar.
Ey əshabi-qəmxar və əhbabi-qəmgüsar, Zəhrayi-[əzhər] və Bətuli-mütəhhərqafileyi-"İrcə’i ila rəbbikə raziyətən mərziyyətən" rəfaqətilə canibi-Darüs-Səlama "Vallahu yəd’u ila darissəlam" müqtəzasincə təvəccöh qıldı vətəngnayi-məziqi dünyadan ruyi-iradət münhərif edüb, meyli-gülzari-Xüldi-Bərinvə məcami’iə’layi-’ illiyin və xidməti-seyyidül-mürsəlin etdi. Təmamiyi-əshabüəhbab surəti-halə ittila’ bulduqda Həzrəti-Murtəzayla ittifaq edüb, ağazi-növhəqıldılar və Həzrəti-Murtəza bu müsibətdə bir mərsiyə inşa qıldı ki, bə’zi əbyatıbudur. Şe’r:Li-kulli ictima’in min-xəlileyni firqətun,Fə-kullul-əza dunəl-fİraqi qəlilun.Və innə iftftiqadi Fatimətə bə’də Əhmədin.Dəlilun ’əla ən-la-yədumə xəlilun.Əhməddən sonra Fatiməni də qeyb etməyim dostluğun davam etməməsinədəlalət edir.
Yə’ni hər ictimaə bir iftİraq müqərrərdür və hər bəla fəraqa nisbətmühəqqərdir və Həzrəti-Rəsuldan sonra Fatimə fövti dəlildür ana ki, heçcəmiyyətin dəvamı olmaz və heç ülfət səbat bulmaz. Şe’r:
Qayəti-dövri-ruzigar budur,Hali-dövrani-bimədar budurKi, fəraqa mübəddəl ola vüsal.Yetə aləmdə hər kəmala zəval.
Fil-vaqe’, gər nəzəri-tə’əmmül qılsan, Zəhrayi-əzhər vəfatı Həzrəti-məzlumi-Kərbəlaya nisbət əşəddi-məsaib və əs’əbi-nəvaibdür, zira hənuz nihali-təbiətigülşəni-surətdə nəşvü nəma bulmadan və hilalivücudi- şərifi asimani-xilqətdəbədri-təmam olmadan valideyimüşfiqinün sayeyi-mərhəməti və madərimehribanınzilli-rif’əti fərqi-mübarəkindən götürüb və anın tərbiyətin fələkibimürüvvətqeyrə möhtac edüb, bəlalara mübtəla və möhnətlərə aşina qıldı. Şe’r:
Hər zəman üşşaqı bir dərd ilə dövran zar edər,Bu çəmən hər ləhzə bir möhnət gülün izhar edər,Dərd tə’limin verüb gərdun təriqət tiflinə,Bu bəlalar dərsdir kim, dəmbədəm təkrar edər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-hediqetus-sueda-dorduncu-bab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yar bilgəc halimi bir rəhm peyda eyləyə,Anlayıb dərdi-dilimni, bir müdava eyləyə.
Aqibət ahim mənim ol maha tə’sir etməsəAqibət ahim mənim ol mahə tə’sir etməsə,Bunca əfsunum pərivəş yarı təsxir etməsə,
Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənimFəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim,Şiveyi-mehrü məhəbbət rəsmü rahimdir mənim,
Mənəm ki, qafiləsalari-karivani-qəməmMənəm ki, qafiləsalari-karivani-qəməm,Müsafiri-rəhi-səhrayi-möhnətü sitəməm.
Стихи других поэтов
Qələm, sən arifə söylə qanalar,Baxıb camalına, ay nə gətirdi.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.
Cəfərqulu xan NəvayaBaşın üçün, sizin bazi-ənamiOn beş gündə alıb iki şikari,