Aqibət ahim mənim ol maha tə’sir etməsə
Что такое мурабба?
Мурабба: стихотворение из строф по четыре строки.
Aqibət ahim mənim ol mahə tə’sir etməsə,
Bunca əfsunum pərivəş yarı təsxir etməsə,
Yar hali-zarimə bir fikrü tədbir etməsə,
Bivəfalıq rəsmini gəldikcə təğyir etməsə,
Ol cəvani-nazənin meyli məni pir etməsə,
Tutaram bir yar mən, gər ömr təqsir etməsə,
Yar, yar olmaz, könül, üşşaqlər bir etməsə,
Zülfünü aşiqlərin boynuna zəncir etməsə,
Aşiqin qeydində yüz neyrəngü təzvir etməsə,
Görmüyən saətdə yüz üzr ilə təqrir etməsə,
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-terkibbend-6-aqibet-ahim-menim-ol-maha-te-sir-etmese
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ruşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın