Diyari-bəla müsafirləri və əqari-əna mücavirlərinün cümləsindən biri məhbubi-Maliki-Cəlil Həzrəti-İbrahim Xəlildür ki, ta xəl’ətixilqətlə sərəfraz olduvə xəlvəti-xüllətdə şərəfi-məhrəmiyyət buldu, hərgiz hücumi-bəladan əman bulmadı və süduri-hadisədən fariğ olmadı. Cümlə bəladan biri oldur ki, Nəmrudi-mərdudun atəşi-istilası zəbanə çəküb və səhabi-təsəllüti barani-bəla töküb istid’a qıldı ki, ol təlayi-təmam-əyarə atəşi-suzanla tab verə və ol şəm’i-şəbistani yaxud, zülmətsərayi-küfrinə nuri-sürur yetürə. Əlqissə, Həzrəti İbrahim məncəniqə girdikdə və məlaikə anı atəşə mütəvəccih gördükdə münacat etdilər ki: "Ya Rəb, cəmi’i-bəni-Adəmdən bir kimsənədir ki, sənün əhədiyyətinə mö’tərifdür və ibadətünlə müttəsifdür, anı yandırmaq istərlər. Rüxsət ver ki, müavinət qılub anı bu təhlükədən xilas edəlim". Həzrəti-İzzətdən xitab gəldi ki: "Mülazimətinə gedün, əgər müavinət istərsə, mələd edün". Bu işarətlə Mələküssəhab hazır olub ayıtdı: "Ey Xəlil, rüsxət versən seylabi-siyasətlə ə’danın naireyi-fəsadın müntəfi qılub, binayiinadın fənayə verməyə hazır olmuşam". Və mələkül-ərz ayıtdı: "Əgər işarət olsa qövmi-Nəmrudi Qarun kibi təhtüs-sərayə çəkməyə əzimət qılmışam". Həzrəti-Xəlil ayıtdı: "Ey ümmali-karxaneyidünya və ey hüffazi-qəvanini-nizami-əşya! Səlahi-behbudimdə bənim ixtiyarım və dostdan gələn dərdin dərmaninə bənim iqtidarım yoxdur". Şe’r:

Dərdlə xürsənd olan dərdinə dərman istəməz,Zövqi-möhnət birlə aşiq rahəti-can istəməz.Hər kimi istərsə canan aləmi-eşqində fərd,Səbr edər tənhalığa, ənsarü ə’van istəməz.

Bu mülahizələrdən sonra ki, Həzrəti-Xəlil məncəniqdən cüda olub atəşisuzanə düşməgə qərib oldu, Cəbraili-Əmin ol şəm’in pərvanəvar başinə çizginübayıtdı: "Ey Xəlil, "həl ləkə min hacətina", yə’ni hacətin varmı? Həzrəti- Xəlilullah ayıtdı: "Əmma ileykə fəla", yə’ni ehtiyacım var, əmma sana yox?".Cəbrail ayıtdı: "Mədəd istə andan ki, ana möhtacsan". İbrahim ayıtdı: "Əlləmhu bi-hali həsbi’ənsu’ali", yə’ni onun elmi halimə, mane’dir sualimə. Şe’r:

Qafil olmaz dərddən dərdə giriftar eyləyən,Aşiqi-arif degil dərdini izhar eyləyən.Əl çəkün dərdim əlacindən ki, təhqiq etmişəm,İstəsə səhhət verür bimarə bimar eyləyən.

Filvaqe’ bir aşiqi-sadiq ki, yardən qeyri kəndüyə əğyar bilür, əğyar tədbirilə yar dərdinə dərman qılmağı kəndüyə ar bilür. Rəvayətdir ki, İbrahimin kəmali-istiğnası, dəryayi-rəhməti mövcə gətirüb xitab gəldi ki: "Bəndən qeyrə-ümid dutmayanı bən də qeyrə möhtac etməzəm". Və bə’zi demişlər ki, Xəlilin cəvabı Cəbrailə bu olduki: "Bən məhvi-dustəm, heç düşmən görməzəm ki, bu cəfaləri andan biləm: haşa ki, dust cəfasindən şikayət qılam: "Yəf’əlullahü ma-yəşau və yəhkumu ma-yuridu". Bu göftarə müqarin nida gəldi ki: "Ya naru kuni bərdən və səlamən əla-İbrahim", yə’ni ey atəşisuzan səlamət olğıl Xəlilə nitə kim ol təbiəti-bəşəriyyətdən çıxub məhzi-ixlas oldu, sən dəxi təbiətindən çıxub ehraqı işfaqə təbdil et. Şe’r:

Gülşəni-ümmid əbri-səbrdən sirab olur,Səbr qılsan ab gövhər, səng lə’li-nab olur.Tirə olmaz kəsbi-zülmət eyləyüb hər xanə kim,Cilvəgahi-pərtövi-xurşidi-aləmtab olur.

Və Həzrəti-Xəlilin bir müsibəti dəxi zibhi-İsmaildir ki, lisani-tənzilə cari olmuş ki: "İnnə haza lə-huvə’l-bəlau’l mubin". Rəvayəti-səhih və nəqli-sərihdir ki, bir gün Həzrəti-İsmail seydgahdən rüxsari-qübaraludlə Həzrəti İbrahimin hüzurinə gəldikdə və Həzrəti-İbrahim nəzəri-iltifatlə ol afitabi-aləmtabın səfheyi-rüxsarın mütaliə qıldıqda silsileyi-gisuyi-müşkbarindən hər səri-mu bir rəgi-caninə peyvənd və şə’şəeyi-cəmali-pürnurindən hər rişteyişü’a bir üzvündə bənd olub, ləzzəti-didarində məhv oldu və təmaşayirüxsarində cümlə nəqdivücudun sərf qıldı. Şe’r:

Təalallah, bu nə rüxsari-mərğubi-dilaradırKi, dil dərkində aciz, can tamaşasində şeydadır.

Lacərəm silsileyi-qeyrəti-eşqi-İlahi mütəhərrik olub, rabiteyi-məhəbbəti-məcazinin inqita’i lazım gəldi və mə’şuqi-müşfiq aşiqisadiqin əğyardən qət’etməgə təvəccöh qıldı. Şe’r:

Yar istəməz ki, aşiqi əğyarə yar ola,Hər ləhzə bir tərəddüd ilə biqərar ola.İstər ki, lövhi sadə olub nəqşi-qeyrdən,Peyvəstə kəndü nəqşinə ayinədar ola.

Əlqissə, çün Xəlilin qəlbini [məhəbbəti-] İsmail məmlu qıldı, vaqiəsində divani-qəzadən hökm oldu ki: "Ey məhrəmi-sərapərdeyi-xillət və ey müqtədayi-ümmət, əgər caddeyi-məhəbbətimdə sabitqədəmsən bəndən qeyridən rəğbət götür və bu məftunu olduğun cigərguşənin rişteyi-həyatinə tiği-inqita’ yetür". Şe’r:

Öylə kim mə’şuqi aşiq qeyrə dəmsaz istəməz,Aşiqin mə’şuq həm qeyr ilə həmraz istəməz.

İbrahim ol uyqudan bidar olduqda Hacərə ayıtdı: "Ey həmsəri-mehriban, İsmailə təcdidi-libas birlə zivər [ver] ki, dost mehmanı olur". Hacər həsbül-işarəol xurşidi-asimani-lətafətün sünbüli-gisuyi-müşkbarın şanələyüb və əndami-lətifün əlbiseyi-əlvanlə müzəyyən qılub mühəyya qıldıqda İbrahim ayıtdı: "Birrəsən və bir tiğ dəxi həmrah eylə". Hacər ayıtdı: "Ya Xəlilullah, söhbəti-əhbab səbəbi-rabiteyi-ittisal olur. Tiğ ki, aləti-qət’dir, anda nə münasib və məcmə’iəshab məhəlli-həlli-işkal olur, rəsən ki, aləti üqdədür, anda nə vacibdür?" Xəlilullah ayıtdı: "Şayəd bir qurban etmək lazım gələ və bağlamağa və kəsməgə tiğ və rəsən zərurət ola".

Əlqissə, İbrahim və İsmail Hacərə vida edüb rəvanə olduqda Hacər vərteyi-təfəkkürə düşüb mütəhəyyir qaldıqda İblis ki, mühərriki-silsileyi-fəsad və müə’ssisi-binayi-üdvanü inaddır, fürsət bulub əzm qıldı ki, xanədani-xillətə xilə buraxa və mə’mureyinübüvvətin hiylə ilə yıxa. Bir piri-saleh surətindəmütəməssil olub Hacərin xidmətinə gəlüb ayıtdı: "Ey salehə, bilurmüsən ki, İbrahim və İsmail qanda gedərlər?" Hacər ayıtdı: "Dost səlayi-ziyafət urmuş, ana icabət edərlər". İblis ayıtdı: "Ey qafil, qələt xəyal etmişsən, İbrahim İsmailin qanın tökmək istər. Tiğü rəsəndən əndişə nə olduğun bilmədünmi və surəti-halindən keyfiyyəti-[mə’alın] mülahizə qılmadınmı?" Və bu göftardən [İblisin] müddəası bu idi ki, cəmaətinisa riqqəti-qəlblə mə’rufdur vətaifeyi-övrət qilləti-səbrü səbatlə mövsufdur. Hacər bu xəbərdən mütə’əssir olub iztirab qıla və Xəlilin əzimətinə mane ola. Hacər ayıtdı: "Ey piri-xərif, əcəb ki, sən İblis olmayasan? Zira Xəlil əğyar qətlindən fərar edərkən İsmail ki, yari-vəfadır, cəfasın rəva görərmi?" İblis ayıtdı: "Ey Hacər, vaqiəsində bu əmrə mə’mur olmuşdur". Hacər ayıtdı: "Xəlil kazib degil, fərmani İlahi bu xüsusdə südur bulub, canibi-Həqdən işarət böylə oldusa, zülali-tiği-bəla çeşmeyi-abi-bəqadır və qeyrəti-xuni-İsmail laleyigülzari- izzü ə’ladır". Şe’r:

Canlə bizdən əgər xoşnud olur cananımız,Canə minnətdir anun qurbanı olsun canımız.

İblis Hacərdən növmid olub Xəlilullah rəhgüzarın dutub ayıtdı: "Ey ə’qəlizəman və ey əfzəli-əhli-cəhan, nə rəva ki, gülzarinübüvvətin nihali-növrəsinziynəti-gülşəni-iqtidar ikən vəsvəseyixabü xəyal ilə azürdeyi-tişeyi-cəfa qılasan və sədəfi-risalətin gövhəri-tabnakın zivəri-əfsəri-izzü e’tibar ikən dəğdəğeyi-fikri-mühal ilə girdabi-bəlaya salub mütəəssir olasan". Şe’r:

Bağbana, zinəti-gülzar olan şaxi-güliKəsmə, fövti-zinəti-gülzardən əndişə qıl.Şad edüb əğyarını azürdə qılma yarını,Rənci-yarü tə’neyi-əğyardən əndişə qıl.

Həzrəti Xəlil bildi ki, ol bədbəxt İblisdir, dedi: "Ey müdbir, əgərçi miveyinəxli-həyatım və cövhəri-gəncineyi-zatım İsmaildir, həqqa ki, əgər hər rəgiə’zayi-tərkibim bir İsmail olsa və cümləsinin qət’inə əmri-Mə’bud südur bulsa, təvəqqüf etməyəm və təriqi-təxəllüf dutmayam". Şe’r:

Dərdi-eşqi-yar könlüm mülkünün sultanıdır,Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.

İblisi-lə’in andan dəxi mə’yus olub, İsmaili tifl görüb firibə qabil təsəvvür qılub ayıtdı: "Ey güli-gülzari-nübüvvət və nihali-hədiqeyi-risalət, əzimətün nə yanadır?" İsmail ayıtdı: "Dost ziyafət xənəsinə". İblis ayıtdı: "Haşa, səni İbrahim zibh etmək tədarükündədir". İsmail ayıtdı: "Ey piri-gümrah,əgər bənim qətlim ana əmr olunmasa dəxi, anın itaəti bana əmr olunmuşdur, inqiyadində təmərrüdüm yoxdur; xüsusən ki, əmr olunmuş ola". Şe’r:

Canımı canan əgər istərsə minnət canimə,Can nədir kim, anı qurban etməyəm cananimə.

Həzrəti Xəlil ayıtdı: "Ey İsmail, bu bədbəxt İblisdir, hiyləsindən həzər et". İsmail İblisə səngi-ictinab atub dəf’ etdikdən sonra, validisaleh və vələdi-xələf ittifaqilə Minayə gəldilər. İbrahim tiğ çəküb rəsən çıqarub ayıtdı: "Ey fərzəndi-əziz, nazimi-kargahi-hikmət və müsəvviri-surətxaneyi-fitrətdən zibhünə hökm olubdur, səlahun nədir?" İsmail ayıtdı: "Ey validi-büzürgvar, bu fərmanə mövcib nə ola?" Xəlil ayıtdı: "Məhəbbət qəbuli-şirkət qılmaz və məhəbbətdə müşarikət münasib olmaz. Qaliba tüğyani-məhəbbətin mövcibitəhriki- qeyrəti-Həzrəti-İzzət vaqe’ oldu". İmail ayıtdı: "Ey əziz!

Əcəbən lil-mühibbi-kəyfə yənamunKüllə nəvmin’ əl-əl-muhibbi həramundemişlər.Mə’şuq aşiqi həmişə bidar və cilveyi-hüsnündən xəbərdar istər, sən ki, də’vayi-eşqlə aludeyi-qəflət və asudeyi-xabi-rahət olasan, əcəbmidir ki, böyləxabi-pərişan görüb pərişanlıq bulasan".

Əlqissə, hər təqdirlə İsmail ol vaqiəyi kəndüyü şərəfi-ruzigar bilüb və ol səadətə mübahit qılub ayıtdı: "Ya-əbəti, if’əl matu’məru".

"Ey pedəri-büzürgvar, İsmailə bədəl var, Həzrəti-Cəlilə əvəz yoxdur. Vahidi-Mütləq damənin dut, yoxsa İsmail kibi çoxdur". İbrahim ayıtdı: "Ey fərzəndigirami, nə vəsiyyətün var?" İsmail ayıtdı: "Ey məxdum, üç vəsiyyətüm var: biri ol ki, zəmani-qətl ə’zayi-cismümi möhkəm bağlayasan ki, iqtizayi-ələmi-tiğ irişdikdə cismi-zəifimi biixtiyar iztirabə salub hərəkatimdən sana bir asib yetüb bana mövcibi-isyan olmaya". Şe’r:

Çəkməzəm qəm töksə qanım tiği-bürranın sənin,Vəhmim andandır ki, pürxun ola damanın sənin.

Və bir vəsiyyətüm dəxi oldur ki, zəmani-zibhdə rüxsareyizərdimi yer yüzünə buraxub bəni bismil edəsən, olmaya ki, mütalieyisəfheyi- rüxsarım etdikdəməhəbbəti-təbii icrayi-hökmə tə’xir verüb, qətlimə mane’ olub bu surət səni təqsiritaətə müttəhim qıla. Və bir vəsiyyətüm dəxi oldur ki, darüs-sə’adətünəmüraciət qıldıqda valideyi-mehribanı təsəlli edüb riayətin vacib biləsən və səbrü şükr təriqinə hidayət qılasan.

Vəsaya tamam olduqda Həzrəti-İbrahim İsmailin əllərin və ayaqların möhkəm bağlayub hülqi-mübarəkinə tiği-bidiriğ urduqda məlaikeyi zəminü asiman xüruşə gəlüb təəccüb etdilər ki: "Ya Rəb, bu nə bəndeyi-əzimüşşə’ndür və müxlisi-ədimül-əqran ki, təriqiməhəbbətdə atəşi-suzanə buraxsalar, təvafüt qılmaz və cigərguşəsinün qətlinə hökm edərlər, münzəcir olmaz?!"

Əlqissə, yetmiş növbət tiğ çaldı, qət’ etmədi və o cismi-lətifə tiğitizdən zərər yetmədi. Xəlilullah xəşmnak olub tiğini daşə çaldıqdə tiği-tiz zəban çəküb ayıtdı: "Ey Rəsuli-xuda, "Əl-Xəlilu yə murni bilqət və’l-Cəlilu yənhani" və bən mütərəssidi-hökmi-Cəliləm nə ki, tabei-əmri-Xəlil. Rəvayətdir ki, bu halətdə məlaikeyi-ülvi mütəəccib olub ayıtdılar: "Aya, İbrahim əsxamıdur ki, cigərgüşin qurban edər, ya İsmail əkrəmmidür ki, Həq rizası üçün tərki-can edər?" Həzrəti Vacibül-vücuddən nida gəldi ki: "Mən İbrahimdən əsxa və İsmaildən əkrəməm ki, İbrahimin qurban etmədən qurbanın qəbul edərəm və İsmailə sual hədiyyə irsal eylərəm".

Əlqissə, İbrahim mütəhəyyir ikən Cəbrail enüb qurban yetürdi ki, "Ey Xəlil, "Qəd səddəqtə-rö’ya" bəşarət sana ki, qurbanın məqbul oldu və ibadətün dərəceyi-qəbul buldu və bu kəbşi-əzimül-bərakatı İsmail əvəzinə qurban et". İbrahim nişati-təmamla bəndi-bəlayi İsmaildən götürüb ol qurbanə tiğ çalub İsmailə ayıtdı: "Ey fərzəndiəziz, çün nəqdi-ibadətin sikkeyi-qəbul buldu və dərgahi-rizayiMə’bud çehreyi-mübarəkünə məftuh oldu, bu şükranə ilə bir dua qıl və bu fürsəti qənimət bilüb bargahi-Kibriyadən iltimasi-əfvü əta qıl". İsmail ayıtdı: "İlahi, peyğəmbəri-axirüzzəmanın ümmətinə rəhmət qıl ki, anlara olan əfvü əta həman banadır". Cəvab gəldi ki: "Ey İsmail, hacətin qəbul oldu və duaların dərəceyi-icabət buldu". Şe’r:

Ey xoş ol bəndə kim, ibadətləŞərəfi-izzü e’tibar bula.Kəndüsin qurtarub mə’asidən,Qeyri xəlqün dəxi şəfi’i ola.

Həzrəti-Əli bin Musər-Rzadən nəqldir ki, İbrahim İsmail əvəzinə qurban etdikdən sonra xatiri-şərifinə xütur etdi ki: "Fərzəndimi qurban etməyə ’əzmetdigümdə xoş səvab hasil etdim". Həzrəti-İzzətdən vəhy gəldi ki: "Ey Xəlil, məcmui-xəlqdən kimi ziyadə sevərsən?" İbrahim ayıtdı: "Ya Rəb, sənəmə’lumdur: – Həzrəti-Məhəmmədi ki, əfzəli-kainatdır". Xitab gəldi ki: "Məhəmmədimi ziyadə sevərsən, ya kəndüni?" İbrahim ayıtdı: "Həqqa ki,Məhəmmədi". Xitab gəldi ki: "Anın övladın ziyadə sevərsən, ya kəndü övladını?" İbrahim ayıtdı: "Həqqa ki, anın övladını". Nida gəldi ki: "EyXəlilullah, anın ə’əzziövladını Kərbəlada şəhid edələr". İbrahim ol vaqiə istimaindən mütəəllim olub giryan olduqda nida gəldi ki: "Ey İbrahim,məzlumi-Kərbəla üçün bu bir miqdar təəllümün səvabi oğlun qurban etdiyin səvabindən ziyadədir".

Təəmmül edin, ey əshabi-fitnət və ey ərbabi-fərasət ki, şəhidi-Kərbəla üçün növhə qılmaq nə miqdar əməli-mə’cur və ibadətimə’surdur. Filvaqe, münasibdürəhvali-şəhidi-Kərbəla vəqaye’I İbrahim və İsmailə. İbrahim əgər atəşi-Nəmrudə təvəccöh qıldıqda məlaikədən müavinət qəbul etmədi, şahi-Kərbəla dəximəsayibi Kərbəlada ləşkəri-cin və sipahi-mələkdən müsaidət istəyüb daməni-istiğasə dutmadı. Və əgər İbrahim vaqiə hökmilə bir oğlun zibh etməyə iqdametdi, şahi-Kərbəla dəxi vaqiə müqtəzasincə mütəəddid övladü ənsabın fəda qılub dərəcəyi-kəmalə yetdi; və əgər İsmail nəqdi-canın sərfi-rahi-Həqq etməgəmüvəffəq oldu, Şahi-Kərbəla dəxi ol mərtəbəyi əhsəni-vəchlə hasil edüb şəhadətə tövfiq buldu.

Əimmeyi-Əhli-Beytdən mənquldur ki, hər daneyi-sirişk kim, şühəda üçün gözdən tökülür, sədəfi-şərəfdə bir gövhəri-abdar olub, mizani-əməldə əksər səyyiati anınla rəf’olur və səhifeyi-ə’maldən əksər səvadi-xətayi ol məhv qılur. Şe’r:

Kərbəla təşnələrin yad qılub əşk tökənƏtəşi-ruzi-cəzadən ələmü qəm çəkməz.Şühəda halın anub şövqilə yanub yaxılanƏləmi-şö’leyi-nirani-cəhənnəm çəkməz.

Şeyx Səhl bin Əbdullah demişdir ki: "Bən Aşura günü əşkinə damət tökərdim və təəssüf çəkərdim ki, diriğa vaqieyi-Kərbəlada ol şahın mülazimətinə müvəffəqolmadım və məqdəmində səadəti-şəhadət bulmadım. Bu məlalətlə dideyi-nəmnakım uyquya getdikdə Həzrəti-Rəsuli vaqiəmdə gördüm, buyurdu ki: "Ey Səhl, Həzrəti Zülcəlalın əzəməti haqqı üçün ki, hər qətreyi-əşk ki, bənüm fərzəndim müsibətində gözdən tökdün, ol qədər səvabə səbəbdir ki, hesabindən küttabi-divani-əflak acizdir. Və bu dəxi əxbarimö’təbərdəndir ki, Həzrəti-Hüseyn ruzi-Qiyamət ərseyi-Ərəsatə çehreyi-xuna-ludlə gəlüb münacat edər ki: "Rəbbi şəfi’əni mən bəka əla müsibət", yə’ni, İlahi, rüxsəti-şəfaət ver bana anlar üçün ki, əşkbar olmuşlar və bu tə’ziyətimdə Əhli-Beytümə təşəbbüh etmişlər. Şe’r:

Xoş ol ki, yad qılub Kərbəla şəhidlərinZəman-zəman tökə lö’lö’i-şahvari-sirişk.Gər olmaseydi qərəz matəmi-Hüseyni-şəhid,Riyazi-didədə olmazdı cuybari-sirişk.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви