Fəsli-şəhadəti-Cəfər
Üçüncü şəhid Əhli-Beytdən Cə’fəri-Təyyardır. Rəvayətdir ki, Cə’fər cəm’i-səhabəilə Həbəşə canibinə hicrət etdikdə Nəcaşi əleyhir-rəhmə anın irşadiləmüsəlman oldu. Və qəl’eyi-Xeybər fəth olunduqda Həzrəti-Rəsul mülazimətinəmüşərrəf olub, Həzrət anın xüsusunda buyurmuş ki, “Əşbəhtə xulqi və xəlqi”.Filvaqe’, bu nihayəti-tə’zimdür. Rəvayətdir ki, hicrətin səkkizinci ilindəHəzrətiRəsul Cə’fəri Mürhil Ğəssani hərbinə irsal etdi və Mutə mənzilindəküffara mülhəq olub ləşkəri-İslam üç bin mücahid və ləşkəri-Mürhil yüz binmüfsid olub qayət kəsrətdə idi. Əmma sipahi-zəfərpənahiİslam kəsrəti-sipahiə’dadanəndişə qılmayub, bünyadi-müqatilə qıldılar. Əsnayi-müqatilədə Zeydbin Haris ələmdari-sipah idi, şəhid olub, Cə’fər kəndü rayəti-nüsrətayəti əlinəalub və hücumi-küffar mərkəbin səqət edüb, piyada qalub, fəsəqəyi-füccar fürsətbulduqda, zərbi-şəmşir ilə bazuyi-yəminin bədəni-mübarəkindən cüda qıldılar.Ol şahbazi-övci-cəladət rayəti bazuyi-yəsara alub buraxmadı. Bazuyi-yəsarındəxi qət’ etdilər, rayəti dişilə dutub düşməyə qoymadı. Əlqissə, bir namərd birzərbi-münkər urub ol məzlumu ayaqdan buraxdı.
Əxbari-səhihədə nəqldir ki, Həzrəti-İzəd hücubü əstarı rəf’ edüb Həzrəti-Rəsulu Mutə mə’rəkəsinə müttəle’ etmişdi. Və ol Həzrət dəmbədəm cəmi’iəhvalamüttəle’ olub əshaba xəbər verirdi. Zeyd bin Haris və Cə’fər bin ƏbiTalibin parə-parə olduqların e’lan edərdi və buyururdu ki: “Cə’fəri gördüm,behiştə girüb, yaqutdan iki şəhpər peyda qılub təyəran edər”. Və bu dəxi Həzrəti-Rəsuldan nəqldür ki, buyurmuş: “Bən Cə’fəri gördüm misli-mələk tüyuribehiştləpərvaz edər”. Bu cəhətdən ana Cə’fəri-Təyyar derlər. Və bə’zi qisəsdəməsturdur ki, Cə’fərin yetmiş iki zəxmi olub düşdükdə heybətü səlabətindən heçkimsənə qətlinə iqdam edə bilməyüb axirül-əmr ə’da hücum edüb anı yerdəngötürdükdə başın qaldırub münacat etdi ki: “İlahi, mənim qətlimlə əmizadəminnamusuna xələl yetürmə. Həq-tə’ala iki şəhbal iltifat edüb qüvvəti-pərvaz verdiki, küffar içindən uçub Firdövsi-bərinə nüzul etdi. Şe’r:
Qətili-rəhi-eşq olan saliki,Həqin iltifatı sərəfraz edər.Məzəllət türabında görməz rəva,Ülüvvi-məqamilə mümtaz edər.Pərü bal peyda qılub lacərəm,Tüyuri-behiştilə pərvaz edər.
Hərgah ki Əbdullah bin Ömər Cə’fərin övladın görürdü, bu ibarətlə tə’zimedərdi: “Əs-səlamu əleykə yəbnə zil-cinaheyn”.
Rəvayətdir Hüseyni-şəhiddən ki, Həzrəti-Rəsul Cə’fərin əhvalına müttəle’olduqda onun mənzilinə gəlüb Əsma binti-Ümeyşə ki, onun zövcəsi idi, hazıredüb, Cə’fərin ətfalını bir-bir nəvaziş təriqilə sərəfraz etdikdə Əsma ayıtdı: “YaRəsulullah, bu gün Cə’fərin övladını yetimlər təriqilə nəvaziş edərsən. MəgərCə’fər şəhadət bulubdur?” Ol Həzrət giryan olub anlara səbrilə təsəlli verdi.Əbdullah İbn Cə’fərdən mərvidir ki, “Həzrəti-Rəsul gəlüb bizə tə’ziyət verdikdəol qayətdə giryan idi ki, qətərati-əşk məhasini-şərifindən tökülürdi və buyururduki, “İlahi, Cə’fəri əhsəni-məqama və əczəli-səvaba irişdür və hala sən anınxəlifəsi olub əxlafını hisni-himayətində saxla”. Və ol gündən sonra yenə gəlübövladın əzadan çıxarub xatirlərin [ələ] aldıqda validələri yetimlər [üçün] təşəffö’etdikdə buyurdu: “Ətəxafinə əleyhim və ənə vəliyyuhum-fid-dünya vəl-axirəti”.
Rəvayətdir ki, Cə’fərin səkkiz oğlu olub, ikisi-Övn və Məhəmməd ƏsğərHüseynlə Kərbəlada şəhid oldular. Rəhmətullahi əleyhuma.
Həzrəti-Rəsulullahın bir ibtilası dəxi fövti-İbrahimdür. Rəvayətdir ki,İbrahim hicrətin* igirmi ilində Mariyeyi-Qibtiyyədən mütəvəllid olub qabiləsiMüsəlləmə nam cariyə idi. Həzrəti-Rəsuldan nəqlidir ki, İbrahim mütəvəllidolduqda Cəbrail nüzul edüb təhniyə təriqilə ayıtdı: “Əs-səlamu əleykə ya Əba İbrahim”
Əlqissə, İbrahim bir il altı ay fəzayi-həyatda qalub civari-rəhmətə vasil oldu.Həzrəti-Rəsul anın fövtündən məhzun olub giryə ağaz etdikdə Əbdürrəhman(bin) Auf ayıtdı: “Ya Rəsulullah, sən [xəlqi] mən’ etdün cəzə’dən”. Həzrəti-Rəsul ayıtdı: “Bən giryədən mən’etmədim, xəraşi-ruy və kəşfi-ə’zadan nəhy etdüm, abi-çeşmimatəmzədə baranirəhmətdirvə nişani-rə’fət: “Əl-əynu tədmə’u vəl-qəlbu yəhzənu və la-əqvalə illama-rəziyə bihi rəbbəna”.
“Şəvahidün-nübüvvət”də məsturdur ki, bir gün Həzrəti-Rəsul Hüseyni birdizi üzərinə və İbrahimi bir dizi üzərinə alub nəvazişlər edərək Cəbrail hazır olubayıtdı: “Ya Rəsulullah, Həzrəti-Həq bu iki lö’löi-şəhvarı bir riştəyə müntəzəmqılub cəm’ etməz, birinün dəf’inə riza vermək gərək”. Şe’r:
Ey şəhriyari-məsnədi-təmkinü izzü cah,Olmaz bir asiman iki xurşidə cilvəgah.
Həzrəti-Rəsul ayıtdı: “Əgər İbrahim fövt olsa, əksəri-alam bana mütəvəcciholur və əgər Hüseyn fövt olsa, bana və Murtəzaya və Zəhraya mütəəllim olmaqlazım gəlür. Bən müsibəti-xassı möhnətiammə ixtiyar etdüm”. Ol vaqiədən üçgün keçdikdə İbrahim vəfat etdi.
Ol vaqiədən sonra hərgah ki, Həzrəti-Rəsul Hüseyni əlinə alub iltifat edərdi,derdi ki: Mərhəba, ey fərzəndi-əzizimi fədası etdigüm cigərguşəm. Zəhibədbəxtlər ki, böylə əzizə ihanət rəva görələr.
“Kənzül-ğəraib”də məsturdur ki, bir gün Hüseyn Həzrəti-Rəsul xidmətindəidi, mənzilinə müraciət etmək murad etdi, əmma baran idi, getmək mütə’əzzirgörünüb məlaləti-xatir zahir etdi. Həzrəti-Rəsul Hüseyni məlul görüb ayıtdı: “Nəvaqe’dür?” Hüseyn ayıtdı: “Ya Rəsulullah, baran mənə məcal verməz ki,mənzilimə gedəm”. Həzrəti-Rəsul dua qıldı, baran təvəqqüf edüb Hüseynmənzilinə mütəvəccih oldu. Qiyas edin ki, qətreyi-baran cəfasina mütəhəmmilolmayan ə’zayi-şərifinə səngi-sitəmdən nə cəfalar yetmiş ola. Şe’r:
Xari-navəkdən güli-ə’zası olmuş çak-çak,Paymal etmiş qəm ol sərvi-rəvanı, ey diriğ.İxtilafi-vəz’ü tüğyani-həvayi-müxtəlif,Müntəfi qılmış çiraği-xanədanı, ey diriğ.
Həqqa ki, hər zərreyi-xak və hər cüzvi-əflak ta ruzi-Qiyamət hər zəman həzarnaleyi-dilsuz çəksə müsibəti-Kərbəlaya vəfa qılmaz və ol möhnətzədələr ’əzasinəvafi olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-hediqetus-sueda-fesli-sehadeti-cefer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Плачи
Haqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
پروای شکوه من آن سیمتن ندارددردش مباد هر چند درد سخن ندارد
Dilənçi cocuqDilən şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,Yanaş, o varlı oğlana, yanaqları totuq kimi.
خدا را، مصطفی را، مرتضی راحسن شاه و حسین کربلا را