Haqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!

Ulusun cəngi şəhid verdiyi gündən başlar,O şəhidlər əbədi yüksələcək bayraqla!

Bu qədər vəhşilik olmaz, bu qədər qansızlıq!Quduz alçaqların ortaqlığı qorxaqlıqdır!

İndi durmaq, deyirəm, ən azı vicdansızlıq,İndi susmaq, deyirəm, ən azı alçaqlıqdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви