Bir oğulsan, ulusa aşiqsən,Ən gözəl sözlərə sən layiqsən.Adına qoşmalıyam bir dastan,Səni üstün tuturam min dostdan,Dostluğa sən nə qədər sadiqsən!

Tutduğun şanlı yolu kim sevməz?Yurda can başla qulu kim sevməz?Sevirəm mən səni, candan sevirəm,Bu cahana göz açandan sevirəm,Sən kimi bir-oğulu kim sevməz?

Mənə ən incə gülü sən dərdin,Könlümü ilk bahara döndərdin.Sən kimi bir igidə can qurban,Səni heç vaxt unutmam, Qurban,Məni sən Türkiyəyə göndərdin!

Ankara, 1987

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви