İkinci bab. Həzrəti-Rəsulun Qüreyşdən çəkdigi bəlaləri bəyan edər
Həzrəti-Sultani-bargahi-risalət və nazimi-kargahi-şəriət, gövhəri-gənci-neyi-əsrari-hikmət, gülbüni-hədiqeyi-rəhmət dəri-xəzaneyinəsihət açub və dürcilə’lindəncəvahiri-həqiqət saçub buyurmuş ki, "İnnə ə’zəmil-bəlai mə’ə ə’zəməlvəlali", yə’ni hər bəlaya bir cəza və hər ənaya bir əta müqərrər olmağın,məratibi-bəlavü əna irtifa’ buduqca mədarici-cəzavü əta mürtəfe’ olur. Vəhəmişə darüşşəfayimərhəmət əmrazi-möhnət mübtəlalarına mövqufdur vəhəmvarə övqati-təbibi-şəfaxaneyi-məkrəmət bimarlar müalicəsinə məsrufdur.Hər bəndeyi-sadiq ki, hədiqeyi-həqiqəti mənbəti-nihali-məhəbbətdür, lacərəmnihali-fitrəti mənməi-əzhari-məlalü möhnətdir. Yəhya bin Müaz Razirəhmətullahi əleyh bir gün münacatında ayıtdı: "Ya Rəb, cərəyani-adəti-əhlialəmbu təriqlədir ki, bir kimsənə bir kimsənəyə məhəbbət buraxsa, anın cəmi’icəvanibindənriayəti-xatirin kəndüyə lazım bilür və mümkün olduqca anınhüsuli-məramına mail olur; nə əcəbdir ki, sən məhəbbətlə sərəfraz etdigünimöhnətlə mümtaz edərsən". Nida gəldi ki, "Ey Yəhya, bənim təriqim xilafitəriqi-əhlialəmdir, anların əlameyi-məvəddətləri asari-mərhəmət, bənimnişaneyi-məhəbbətim möhnətü ələmdtr". Şe’r:
Rəncdür gənci-gövhəri-rahət,Dərddür gülşəni-güli-rəhmət.Ey xoş ol dərdməndi-qəmpərvərdKi, rəfiqi qəm ola, həmdəmi dərd.Dərddən qeyr olmaya yarı,Qəmdən özgə rəfiqü qəmxarı.
Bə’zi kütubi-səmavidən nəqldir ki: "Ey bəni-Adəm, hərgah ki, səyyadi-qəzasəni nişaneyi-navəki-bəla qıla və cəlladi-fələk tiği-cəfa ilə qətlinə mail ola, "Fəqərri əynakə", yə’ni dideyi-ümidini nuri-riza ilərövşən edüb şükr qıl ki, əlameyi-məqami-ənbiyavü övliya və nişaneyi-hüsuli-mərtəbeyi-izzü ə’ladır. Bu müəyyəndir ki, bəlayi-növ’i-bəni-Adəm sane’ə əqrəbolmağın sair məxluqatdan ziyadədir. Zira ibtidai-xilqətdə çeşmeyi-xunabədənrizqi məqsum olub, kəmali-zillətə giriftar olur və qüdrəti-tərəddüd bulduqdaüqubəti-tərbiyəti-ustad və ənduhi-tə’limü irşadla müəzzəb olub, bir müddət olmöhnətdə qalur və mərtəbeyi-büluğ hasil etdikdə, kəməndi-kəsbi-məişət vəsilsileyi-təklifi-ibadət qeydinə düşüb, gah qəmi-dünya [və gah xövfi-] axirətqərarın alur. Və bu dəxi mühəqqəqdir ki, rütbeyi-bəlayi-ənbiya cəmi’i-bəni-Adəmdən ə’lavü ə’zəmdir; və bəlaya səbr edüb iktisabi-qəbuli-qürb etməkənbiyaya müsəlləmdür. Şe’r:
Ənbiyadür məzahiri-rəhmət,Ənbiyadür xəzaini-hikmət.Hər bəla kim, fələkdən etdi nüzul,Ənbiya qıldı ol bəlayı qəbul.Sipəri-navəki-qəm anlardur,Anın üçün mükərrəm anlardur.
Və bu dəxi müqərrərdir ki, ol miqdar bəla ki, Həzrəti-Mustəfaya yetmişdir vəol miqdar zəhri-möhnət ki, ol Həzrət təcərrö’ etmişdir, heç peyğəmbərə müyəssərolmuş degil və heç kim bəlaya anın kibi səbr qılmış degil. Əgər bir cür’ə şərbətiçsəydi, ana zəhri-bəla məmzuc idi və əgər bir xirqə geysəydi, tarü pudü rəncüina’ ilə mənsuc idi. Filvaqe’, bir bəlayi’-əzimdür mütəsəddiyi-icrayi-əhkam olub,mütəəhhidi-şəfa’əti-əhli-isyan olmaq və qəflətsərayi-rahətdə xabi-fərağətsərməsti olan bihuşlar üçün gecələr səbahədək bidar olub dua qılmaq. Zəhi kamilki, əgər mübəşşiri-izzət bargahi-qədrin qabiqövseynə cəksə, gərdi-təkəbbürdaməni-iqtidarinə yetməzdi və əgər qaidi-hikmət giribani-şükuhin pənceyi-əczüinkisara tapşursa, dəstie’tiqadından daməni-təvəkkül getməzdi. Şe’r:
Kəmali-e’tidali-təb’i ol qayətdə kim bulmaz,Təğəyyür gər zəminü asiman zirü zəbər olsa.Təkəbbür eyləməz me’raca çıxsa payeyi-qədri,Məzacı kəsr bulmaz fərşi-xaki-rəhgüzər olsa.
Mücmələn, divani-qəzadan ol Həzrətin nami-şərifləri mərqum olan bəlalarınibtidası oldur ki, hənuz validə bətnində ikən, validibüzürgvarı vəfat edüb, sərrafiruzigarol gövhəri-giranmayənün ləqəbin yetim qıldı və tövqi’i-rəfi’i-vücudişərifibu tuğra ilə müzəyyən oldu. Beyt:
Nola gər olsa yetim düri-dəryayi-həya,Gər yetim olsa, füzundur düri-dəryaya bəha.
Və Həzrəti-İzəd məlaikəyə xitab etdi ki: "Əgərçi həbibim [yetim]dir, bən anavəli və vəkiləm". "Nə’məl-mövla və nə’məl-vəkil".Rəvayətdir ki, iki yaşına yetdükdə valideyi-möhtərəmləri MəkkədənMədinəyə nəql edüb, ol Həzrəti validi-büzürgvarınun ziyarətinə müşərrəf qılubmüraciət etdikdə məriz oldu və Həzrəti Rəsul ol məxdumənün şəm’i-balini olub,dili-suzan və dideyigiryanla zar-zar ağlayub derdi. Şe’r:
Getmə, ey ruhi-rəvan, hicr ilə zar etmə bəni,Yandurub firqətə bisəbrü qərar etmə bəni.Nəzərimdən güli-rüxsarini pünhan edübən,Xarxari-qəmi-hicr ilə figar etmə bəni.
Ol sədəfi-gövhəri-risalət və nihali-şükufeyi-nübüvvət bihuş ikən huşa gəlüb,dideyi-əşkbar açdıqda Həzrəti-Rəsulullahın çehreyimübarəkində əşki-həsrətgörüb zəbanihal ilə bu nüktəyə mütərənnim oldu. Şe’r:
Təbarəkallahu fikə min ğulami,İn əsəhhə ma əbsərtə fil-mənami.Və əntə məb’usun iləl-ənami,Min indi zil-Cəlali vəl-ikrami.
Ey fərzəndi-səadətmənd, mən vaqiəmdə görmüşəm və hatifdən dəxi istima’etmişəm ki, sən peyğəmbəri-mürsəlsən. Əgər mənmülki-vücuddan iqlimi-fənaya mütəvəccih olsam, qəm çəkməzəm, zira səninkibi yadigarım var". Şe’r:
Qəm degil gər danəyi məhv etsə dövri-ruzigar,Çün nihali-barvər qalmışdır andan yadigar.
Rəvayətdir ki, ənduhi-müfariqəti-madəri-mehriban izafeyi-sairinəvaib vəəhzan olub, səkkiz yaşına yetdikdə cəddi-büzürgvarı Əbdülmüttəlib ki, kafiliəncamüməhəmmi-məram idi, dari-dünyadan intiqal edüb, ol Həzrətə əmisi ƏbuTalib mütəkəffil oldu və yigirmi yaşına yetdikdə beş il şəbanlıq [etdi] və olsən’ət zimnində riayətiümmət kəmalına yetdi. Və yigirmi beş ildən sonra Xədicəhəzrətlərinə ittisal edüb, qırxıncı ildə nüzuli-vəhy ilə müşərrəf oldu və qırxüçüncü ildə ağazi-də’vət qıldı. İbtidayi-də’vətində on il Məkkədə əhliküfrdənənva’i-şədayid və əsnafi-məkayid görüb cəfalar çəkdi. Nüsxeyi-"Zülalür-Riza"daməsturdur ki, [ol] Həzrətin səadətxanəsi iki cari-cayir arasında vaqe’ olmuşdu:biri Əbu Ləhəb və biri Ütbə bin Əbi Müqət. Şe’r:
Gül necə qılmasun yəxəsün çak qüssədən,Hər dəm yetər ona qəmi-qürbi-civari-xar.Yaqut qəhr ilə necə xunindil olmasun,Çəkmiş zəmanə xarədən ətrafına hisar.
Bə’zi təfasirdə məsturdur ki, Əbu Ləhəb mənkuhəsi Ümmü Cəmil əksəriövqatdarəhgüzarlardan xarü xaşak cəm’ edüb, gecələr ol güligülzari- risalətrəhgüzarına buraxırdı ki, ol Həzrət sübhdəm nəmaz üçün hərəmsəradan çıxdıqdaqədəmi-mübarəki azürdə olub, məzacişərifi mükəddər ola. Tariq binAbdullahdan nəqldir ki: "Bədvi İslamda bir gün bazar içində bir şəxsimübarəksurətgördüm, cameyigülgünlə nida qılurdi ki: Ya qövm. "Qulu lailahəillallah və tuflihu". Və bir zalım anın göftarına təkzib edüb derdi: "Ey qövm, bukəzzabdır, qövlinə e’timad etmən". Və zəman-zəman səngi-sitəm birlə ə’zasınməcruh edərdi. Sual etdim ki: "Bunlar nə tayifədür?" Dedilər: "Bu sürxcaməMəhəmmədi-Qürəşidür, xəlqi imana də’vət edər və bu inkarinə iqdam edən əmisiƏbu Ləhəbdir və əksəri-sənadidi-QüreyşƏbu Ləhəb tabe’i olub bu şəxsə gah sahir və gah şair derlər və gah kahin oxurlarvə gah məcnundur deyə istehza qılurlar. Və ol Həzrət bu cəfaləri çəküb qət’əndə’vətdən xali olmazdı və şəraiti-səbrü təhəmmüldə təqsir qılmazdı və Həzrəti-Vacibül-vücud onun təsəlliyi-xatiri üçün ayətlər nazil edərdi, bu məzmunla ki:"Heç peyğəmbəri bir qövmə irsal etmədik ki, anı sehrə və cünuna mənsubqılmadılar və ana mü’anid və müxalif olmadılar. Bu təriqi-mühlikdə səbr edənmənziliməqsuda yetər və təhəmmül qılan daməni-məqsud dutar. "Fəsbir kəmasəbərə ulul-əzmi minər-rüsuli". Şe’r:
Ey xoş ol kim, eşq meydanındadır sabitqədəm,Daməni-dildardan kəsməz əlin tiği-sitəm,Öylə kim, meyxarələr zövqün ziyad eylər şərab,Xuni-dil içmək qılur əfzun səfasın dəmbədəm.
"Rövzətül-Əhbab"da məzkurdur ki, Ürvə bin Əbdullah Vəqqasdan sualetdilər ki: "Aya, Həzrəti-Rəsula sənadidi-Qüreyşdən mütəvəccih olan cəfalərinki, əksərinə müttəle’ oldun, qansı cəfa əşəddü əs’əb idi?" Ürvə ayıtdı: "Bir günəkabiri-Qüreyş cəm’ olub ol Həzrətin hekayətin araya gətürüb ayıtdılar: "Biz buyetimin necə bir qüssəsin çəkəlüm, gəlin ittifaq edüb qanın tökəlim". Fatimə buməşvərətdən xəbərdar olub giryan Həzrəti-Rəsul xidmətinə gəlüb ayıtdı: "Yaəbəti innəl-qavmə ə’zəmu ən-yəqtulukə". Həzrəti-Rəsul müztərib olmayub vəəndişə qılmayub ayıtdı: "Ey fərzənd, bir miqdar su hazır et ki, əslihəyi-vüzu ki,silahül-mö’minindir, kəndümə mühəyya qılam və cövşənüs-səlat ki, hisnül-müslimindir,əgnimə alam". Pəs vüzu qılıb, hərəmsəradan çıxub Məscidül-həramaqədəm basdıqda bir miqdar səngrizə əlinə alub, "Şahətil-vücud" deyüb,ol səngdillər tərəfinə buraxdı. Rəvayətdir ki, heç birinin göz açmağa fürsətiolmadı və heç biri ol əxtəri-bürci-səadətin tülu’inə ittila’ bulmadı və olsəngrizələr hər kimə toxundu, həngami-hərbi-Bədr əlbəttə məqtul oldu. Netə ki,Əbu Cəhl və Ütbə və Şəybə və Üməyyə və Əmmarə hədəfi-tiri-duayi-müstəcabolub, ənsari-din əlində fəna buldular. Vaqieyi-Kərbəlada dəxi igirmi iki bin nəfərŞamidən vəKufidən Həzrəti Hüseynin navəki-duasinə hədəf olub cümləsi ol ildə hər biri birbəla ilə dünyadan getdi və hər birinə bir üqubət yetdi. Şe’r:
Bərmurad olmaz şəhidi-Kərbəla qanın tökən,Əhli-Beytün seyli-əşki-çeşmi-giryanın tökən.
"Kənzul-ğəraib"də məsturdur ki, Əbu Cə’fər isnadilə ki: "Bir gün bir aşinayıgördüm ə’ma olmuş, sual etdim ki: "Ey bəradər, sən binaidin, səbəb nə oldu ki,nuri-bəsər zülməti-ə’maya təbdil oldu?" Cəvab verdi ki: "Ey əziz, vaqieyi-Kərbəlada bən daxili-sipahiÜbeydullah Ziyad idim. Ol vaqiədən sonraməqamimə müraciət etdikdə bir gecə vaqiəmdə gördüm ki, Həzrəti-Rəsul birməscid içində mehraba yastanub oturmuş və ətrafü cəvanibində səhabə həlqəurmuş və Həzrəti-Hüseyn ə’zayi-məcruh və libasi-pürxunla mütəzəllimlər kibiqarşusunda durub ərzi-hal edər və şühədayi Kərbəla qatillərin bir-bir gətürübHəzrəti-Rəsul işarət eylər: "İzribuhu bis-seyfi və əhriquhu binnari" və zəbaniləranları qətl edüb oda yaxdıqca yenə həyati-mücəddəd bulub bir dəxi təkrarla oləzaba giriftar olurlardı. Bən bu siyasətün səlabətindən təvəhhüm qılub Həzrəti-Rəsula pənah gətirüb istiğasə təriqilə ayıtdım: "Əssəlamü əleyküm yaRəsulullah". Ol Həzrət səlamım almayub, qəzəb gözüylə baxub ayıtdı: "Yaəduvallah, ni-şə bənim hörmətim dutmadın". Dedim: "Ya Rəsulullah, Həq bilürki, bən tiğ çəkmədim". Ol Həzrət buyurdu ki: "Tiğ çəkmədigində sadiqsən,əmma səbəbi-kəsrətisəvadi- sipah idin". Buyurdu ki: "İlərü gəl, bu təşti-pürxunanəzər qıl". Müşahidə qıldıqda gördüm bir təşti-pürxun. Dedi: "Ey bədbəxt,bənim cigərguşəm qanıdır". Pəs bir mil ilə ol qandan bənim gözümə çəkdi, hövlilə bidar olduqda aləm gözümə tirə oldu. Şe’r:
Şəhidi-Kərbəla qətlinə rəğbət qıldın, ey zalim,Sənə çəkmək əzabi-dünyəvü üqba müqərrərdir.Təmaşayi-məsafi-Kərbəla qıldın, həzər qıl kim,Məlamətgahi-tə’zibin sənin səhrayi-məhşərdir.
Məhəmməd İshaqdan nəqldür ki, ol Həzrət Əbu Talibin hisni-himayətindəolduqca küffar filcümlə izasinə dəstrəs bulmazlardı vəmütəərriz olmazlardı. Əmma firqeyi-əhli-İslamdan hər qanda bir aciz və fəqirgörürlərdi, mümkün olduqca təərrüz yetürərlərdi. Ol cümlədəndir ki, Üməyyəbin Xələf, Bilal Həbəşiyi hər gün Bəthaya ilədib üryan qılub, ə’zasinə hərarətiafitablaqızmış daşları basub və bədəni-üryanla rigi-gərm üzərinə yaturub derdiki: "Tərki-diniMəhəmməd qılub Lat və Üzzaya iman gətür". Bilal edərdi:Ə’budu Əhəd, yə’ni vahid olan Mə’buda pərəstiş edərəm".
Əlqissə, ol meydani-mücahidət pəhləvanları və ol aləmi-iman sahibqiranlarıənvai-bəlaya və əsnafi-inaya mütəhəmmil olub və səbr qılub derlərdi ki, bəlaeyni-ətadür və cəfa məhzi-rica. Əmma tədriclə ol zalimlərin fəsadı ziyadə olubvə mürurla dəryayiisyanları tüğyan qılub bir qayətə yetdi ki, müsəlmanlarınqətlinə və nəhbinə dəsti-təğəllüb diraz etdilər və Əmmar bin Yasərin valid vəvalidəsin bigünah qətl edüb, ol məzlumlara sitəmlər yürütdülər.
Bə’zi səhabə bizzərurə Həzrəti-Rəsul işarətilə Həbəş canibinə hicrət edüb,bə’zi sayir biladü büqaə mütəfərriq olub, ə’vanü ənsaridin qillət bulmağın küffarol Həzrət azarinə fürsət buldular. Bir gün güzarı sənadidi-Qüreyş məcmə’inədüşüb, Əbu Cəhl və Ədiy və sair süfəha hər canibdən tiği-zəban çəküb ol Həzrətiazürdeyi-cərahətitə’nü təşni’ etdilər və ol Həzrət "Iza xatəbəhümul-cahilunə qalusəlam" təriqilə salik olub, mücadilə və müqatiləsiz keçüb bir guristan kənarındaməlul və məhzun otururkən Əbu Cəhl qövliqəbihlə iktifa qılmayub mürtəkibife’li-şəni’ olub, ol Həzrətə həddən ziyadə azar yetürdi.
Rəvayətdir ki, ol gün Həmzə məşğuli-seyd olub təmamiyi-ruz bir şikara zəfərbulmayub qəzəbnak müraciət qıldıqda, Məkkə dərvazəsində cariyeyi-Übeydi-Cə’dan istiqbal edüb ayıtdı: "Ey Həmzə, sənə şikar etmək və seydgaha getməknə münasib ki, bəradərzadeyi-əzizinə himayətsiz olmağın Əbu Cəhl və sairsüfəha ənva’i-ihanətlə izalər yetürdilər". Həmzə bu hekayətdən mütəəssir olub,mənzilinə gəldükdə gördü ki, mənkuhəsi giryan oturur. Səbəb sorduqda ol dəxicariyənin daği-tə’nin tazə qılub ayıtdı: "Ya Əba Əmmar, nə müsibət bundanziyadə ola ki, əşrafi-Bəni-Haşimə mütəhəmmil olmayan cəfaləri rəva görələr?".Həmzə ayıtdı: "Nə vaqe’ olmuşdur?" Dedi: "Ey Həmzə, Əbu Cəhl bir qaç süfəhailəMəhəmmədi dutub rüxsari-mübarəkin pərtövi-afitab kibi qubaralud etdilər".Həmzə ayıtdı: "Vaveylah, Əbu Talib qanda idi?" Dedi: "Kəndü məzrə’əsinəgetmişdi". Dedi: "Əbu Ləhəb qanda idi?" Dedi: "Ol səngdil iltifat etməyüb,bəlkə ihanətə təhris edərdi ki, bu kəzzab və sahirdir". Dedi: "Əbbas qanda idi?"Dedi: "Əbbas pərvanəvar ol şəm’i-şəbistanın ətrafına çizginüb istişfa’ edərdi,əmma qəbul etməzlərdi". Həmzə bu xəbərdən qayətdə mütəəllim olub zar-zarağlayıb, əgərçi üç gün tə’amü şərab tənavül etməmişdi, mə’kul və məşrubə iltifatqılmayıb ayıtdı: "Məhəmmədin intiqamın Əbu Cəhldən almayınca tə’amü şərabbana həramdır".
Əlqissə, həzrəti-Rəsulu istifsar edüb rəvan olduqda hərəmiKə’bədə gördüməlul və mükəddər divara təkyə qılmış, ayıtdı: "Əssəlamu əleykə yəbnə əxi",xatiri-mübarəkin xoş dut ki, intiqamın düşmənlərdən almağa gəlmişəm vəmümkün olduqca dəf’iənduhi- xatirinə tədarük qılmağa əzimət qılmışam".Həzrəti-Rəsul ayıtdı: "Cəmi’i-əqrəbanun iltifatı bana cəfadır, əcəb ki, xilafi-adətsəndən zühura gələ və təmənnayi-xatiri-naşadım ki, heç kimsənədən müyəssərolmaz, səndən müyəssər ola". Şe’r:
Çərx hərgiz səhv edüb rə’yimcə dövran etmədi,Hiç kim dərdim bilüb, tədbiri-dərman etmədi.Təngdil bir qönçəyəm mən kim, fələk hərgiz bəniNövbəhari-lütf təhrikilə xəndan etmədi.
Həmzə giryan olub qəsəm yad etdi ki: "Ey bəradərzadeyi-əziz, həqqa ki,rizayi-xatirin hasil etmək bana lazımdur". Həzrəti-Rəsul ayıtdı: "Ey əmmibüzürgvar,bənim rizayi-xatirim bəzli-mal və irtikabi-qital ilə hasil olmaz".Həmzə ayıtdı: "Bəs nə ilə hasil olur?" Həzrəti-Rəsul ayıtdı: "Ey Həmzə, əgərrizayi-xatirim istərsən,Vacibül-vücudun vəhdaniyyətinə e’tiraf edüb lövhi-zamirini qübariküfrdənpak et". Şe’r:
İzzü cahü dövlətü iqbalü mülki-aləmün,Olma təhsilinə rağib kim fənaəncamdır.Dövləti-İslam kəsb etməkdə təqsir etmə kim,Dövləti-baqi ki, derlər, dövləti-İslamdır.
Həmzə ayıtdı: "Ey məxdumzadə, bu kəlimə ilə xatirin xoş olurmu?" Həzrəti-Seyyid ayıtdı: "Nə’əm". Pəs, Həmzə kəmali-ixlasü e’tiqadilə müsəlman olub, olgərmiyyətlə Əbu Cəhlin dəri-sərayinə gəlüb gördü ki, əkabiri-Qüreyşlə oturmuş.Bimühaba, əlindəki yayla urub fərqi-namübarəkin məcruh edüb ayıtdı: "Eybədbəxt, səndən Məhəmmədə cəfa yetmək nə münasibdir?" Cəma’əti-Qüreyş anıqəzəbnak görüb ayıtdılar: "Ya Əba Əmmarə, bir kəzzab üçün bunca hiddət nəlayiq?" Həmzə ayıtdı: "Ey bədbəxtlər, MəhəmmədiQüreyşi sadiq və əmindir vəbən dəxi şəhadət verirəm onun sidqidə’vasinə". Şe’r:
Lillahil-həmd olub küfrü zəlalətdən dur,Düşdü könlüm evinə şəm’i-risalətdən nur.
Əşrafi-Qüreyş Həmzədən ol kəlimatı istima’ etdükdə mütəvəhhim olub,irtifa’i-aftabi-dövləti-İslamdan əndişə qılub, Həzrəti-Rəsulun qətlinə belbağladılar və Əbu Taliblə bünyadi-cidalü qital qıldılar. Və Əbu Talib dəxi BəniHaşimi və Bəni Müttəlibi cəm’ edüb ol sərvərin mühafizətü mü’avinətindəyekcəhət oldu və cəmi’i-Bəni Haşim Əbu Cəhldən qeyr Əbu Taliblə ittifaq edüb,bir şö’bə olub, Qüreyşdən qət’i-ixtilat edüb, münakihə və mücadilə və müamiləaralarından götürüldü. Şe’r:
Sübhi-sadiq kibi tülu’ qılub,Nuri-şər’i-Məhəmmədi-Ərəbi,Pərtövi-feyzin etdi aləmgir,Bir-birindən ayırdı ruzü şəbi.
Əlqissə, üç il bu minvalla ruzigarları keçüb Əbu Talib vəfat etdi, üç aykeçdikcə Xədicə vəfat etdi. Andan sonra cəm’iyyəti-əhli-İslam bir miqdar xələlbulmağın və ə’vanü ənsar mütəfərriq olmağın küffar tüğyan təriqilə ol Həzrətiizhari-azar etdilər və təriqi-müanidət dutdular. Mücmələn, on il miqdarıMəkkədə cəfa çəkdikdən sonra hicrətə fərman yetüb Məkkədən Mədinəyə intiqaletdi. Anda dəxi ’əbədəyi-əsnam sədədi-müxalifətdə olub, müharibə vəmüqatilələr vaqe’ oldu və qəzveyi-Bədr ol zəmanda zühura gəlübəmmzadeyi-Rəsul Übeydə bin Haris bin Əbdül Müttəlib şərəfi-şəhadət buldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-hediqetus-sueda-ikinci-bab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat