Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir günZəkəriyya mehrabi-ibadətində münacat etdi ki: "İlahi, şamişəbabə sübhi-şeybirişdi və rabiteyi-canü tən riştəsinə tabi-müxalifət düşdü. "Fəhib li min-də-dunkəvəliyyən", yə’ni inayət qıl bana bir xələfi-sahibtəqva və fərzəndi-pakizəliqa".Həqq navəki-duasın hədəfi-icabətə yetürdi və Yəhyayi-mə’sumu ana verdi.Üç yaşına yetdükdə bir gün ətfali-məhəllə Zəkəriyya hücrəsinə cəm’ olubYəhyaya təklifi-ləhvü lə’b etdilər. Yəhya hücrədən çıxmayub cəvab verdi ki,"Ma’lil-lə’əbu xələqna".

Əlqissə, ibtidayi-tüfuliyyətdə riqqəti-təmamla məcbul olub və tərki-ləhvülə’b qılub, həmişə istima’i-əhvali-qiyamətə mayil və keyfiyyəti-hövli-məhşərəsayil idi və dörd yaşında Tövratı hifz etdi və on yaşında əhkami-şər’iyyəninkünhünə yetdi. Şəbü ruz giryan olmağın və mahü sal əfğan qılmağın bir günZəkəriyya münacat etdi ki: "Ya Rəb, səndən bir xələf istədim ki, süruri-sinəandan müyəssər ola. Bana bir nütfə kəramət qıldın ki, andan rahətüm getdi vənaləvü əfğanı bəni azürdə etdi".

Xitab gəldi ki: "Ey Zəkəriyya, sən bəndən fərzəndi-vəlişüar təmənna qıldun,budur vəlilər nişanı və salehlər şanı ki, həmişə giryan olalar və peyvəstə naləvüəfğan qılalar. Ey Zəkəriyya, hənuz sübhibəladan bu nişaneyi-səhərdür və atəşimöhnətdənbu bir şərərdür; təhəmmül qıl ki, ənqərib bu şükufənin meyvəsindərəcəksən və bu qönçənin gülün görəcəksən. Ey Zəkəriyya, vəqtdir ki, sənibaşdan ayağa ərrə ilə iki parə qılalar və Yəhyanın hülqünə tiği-tiz həvalə qılubqətlinə mütəvəccih olalar". Şe’r:

Yar səndən tərki-can istər, götür candan təmə’,Hər nə andan qeyr görsən, qət’ qıl andan təmə’.Şəm’vəş canan səni çün yaxmaq istər müttəsil,Atəşi-suzana gir, kəs abi-heyvandan təmə’.

Əlqissə, xövfi-Yəhya bir qayətdə idi ki, ol hazır olduqda Zəkəriyya üqubatiməşhərdənbir kəlimə bəyan və bir hərf əyan edə bilməzdi. Bir gün Yəhyadanqafil olub, qayib sanub zikr etdi ki: "Duzəxdə Ğəzban nam bir kuhi-atəşin var ki,andan seyli-əşk ilə güzər etmək olur və bədrəqeyi-suzü güdazla payana yetməkolur". Yəhya eşidüb dürra’əsin buraxub canibi-səhraya rəvan olub, "Əl-veyl liməndəxələ Ğəzban", – deyüb fəğana başladı. Zəkəriyya anın əhvalina müttəle’olduqda minbərdən yenüb validəsinə ayıtdı: "Ey zə’ifə, bu gün səhv edüb birşəmmə əhvali-duzəxdən bəyan etdim: Yəhya istima’ edüb fəğan qılub səhrayadüşdü. Mürafiqət qıl, səhraya gedüb anı istifsar edəlim".

İttifaqla ol sitəmrəsidələr səhragərdü biyabannəvərd olub, üç gün səyahətəiştiğal qılub andan əsər bulmadılar və məqamına müttəle’ olmadılar. Beyt:

Cana bənzər dilbərim bilmən məkanı qondadur,Kim bilür aləmdə ənqa aşiyanı qondadur.

Dördüncü gündə bir şəbana yetüb sual etdikdə şəban ayıtdı: "Bən Yəhyanıgörmədüm, əmma üç gündür bu kuhdən bir sədayi-dilsuz gəlür ki, istima’ihüzuruma mane’ olur". Ol canibə təvəccöh etdükdə gördülər ağəşteyi-xakü xunolmuş, bixud yatub. Üzərinə gəlüb fəryad etdükdə iztirabla göz açub öylə sandıki, mələkül-mövtdür, qəbzi-ruh etməyə gəlmiş. Təzərrö’ qılub ayıtdı: "Eymələkül mövt, ol qədər aman ver ki, pedəri-pirü madəri-zəifimi görüb vida’edim". Validəsi ayıtdı: "Ey cigərguşə, bənəm valideyi-dilfigarın vəmadəribiqərarın".

Yəhya xəbərdar olduqda fərar etmək tədarükündə ikən, ənvai-yəminlə təskinverüb və Zəkəriyya dəxi bir canibdən təzərrö’ qıldı və anı mənzilə gətürdülər.Bir miqdar ədəs təbx edüb Yəhyaya ərz etdikdə Yəhya andan bir miqdar tənavüledüb meyli-xab etdikdə vaqiəsində xitab etdilər ki: "Ey Yəhya, məgər Ğəzbanıfəramuş etdin ki, qida tənavül edüb fərağətlə yatdın?" Yəhya bidar olub yenəiztirabla fəğan qılub səhraya düşdü və fəryadü fəğanı asimana irişdi. Rəvayətdirki, Yəhya müddəti-ömrdə hərgiz xəyali-mə’siyət xatirinə yetürmədi və zikrimənahidilinə gətürmədi.

Nəqldir ki, ruzi-Qiyamət iki növbət nidayi-amm edələr, bir növbət Yəhyaüçün bu ibarətlə ki: "Ey əhli-məhşər, nəzzarə qılun bu bəndeyi-mə’suma ki,hərgiz əndişeyi-xəta zəmirinə yetməmişdir və mütləq ləzzati-dünyəvi təsərrüfetməmişdir". Cəmi’i-aləm göz açdıqda Yəhyayi-mə’sumə müşahidə qılalar vəgünahkarlar şərmsar olalar. Və bir növbət dəxi Fatimeyi-Zəhra üçün nida qılalarbu ibarətlə ki: "Ey mə’şəri-bəşər, "Əzzü əbsarəkum", yə’ni ey bəni-Adəm, gözyumun ki, Fatimeyi-Zəhra gəlür". Nəqldir ki, Fatimeyi-Zəhra ərəsatiMəhşərə birnöv’lə güzar edə ki, heç nazirin qüdrəti-nəzzarəsi olmuya və heç kimmüşahidəsinə qüdrət bulmaya; kətfi-yəminində pirahənizəhraludi- Həsəni-Muctəba və kətfi-yəsarində cameyi-pürxunişəhidi- Kərbəla və kəfi-mübarəkindəəmmameyi-xunini-ƏliyyiMurtəza qayəti-təzərrö’ ilə daməni-ərş dutub təzəllümgöstərə ki: "Ya Rəb, fəryadıma yet". Cəbrail Həzrəti-Seyyidi-Kainatə xəbəryetürə ki: "Ya Rəsulullah, Xatuni-Qiyamət daməni-ərşə əl urubdur vətəzəllüm edüb, bargahi-ədalət dərgahında durubdur; vəqtdir ki, sərsəri-ahicangüdazındandəryayi-qəhri-İlahi təməvvücə gələ və aləmi qərqeyi-tufani-qəzəbqıla. Həzrəti-Seyyid iste’cal ilə ərş əyağına gəlüb Fatimeyi-Zəhraya nəsihət qılaki: "Ey nuri-didə və ey arami-dili-qəmdidə, bu gün ruzi-müavinətdir, vəqtimüxasimətdegil və zəmani-riayətdir, əyyami-şikayət degil. Sən Həsəninpirahənizəhralud və Hüseynin cameyi-pürxunun ələ alub, bəngisuyiqübaraludəmi açub dua qılalım və ümməti-günahkarlara şəfi’ olalım ki,Ərhəmür-rahimin əhli-isyanə rəhmət qıla. Xüsusən ol kimsənələrə ki,məzlumlarımız müsibətində və şəhidlərimiz tə’ziyətində didələrin giryan vəsinələrin büryan etmişlər və qayibanə övladımız əzasın dutmuşlar. Şe’r:

Əhli-Beytin yad edüb hər ləhzə abi-didəsin,Zaye’ olmaz əşk tökmək dideyi-xunbardan.Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr,Əcrdir bin bəhri-rəhmət İzədi-Cəbbardan.

Və əxbari-səhihədən nəqldir ki, Zəkəriyyayi-məzlum və Yəhyayi-mə’sumlamüasir olan məliki-birəhmin bir mənkuhəsinin zövci-axirdən bir cəmilə qızıolub, kəndü pir olub, istid’a qıldı ki, qızın ol məlik əqdinə müqərrər qıla. MəlikYəhya ilə bu xüsusda məşvərət qıldıqda. Yəhya riza verməyüb məliki buəndişədən mən’ etdi. Ol məkkarə münzəcir olub Yəhya kinəsin xatirinə dutdu.Bir gün məlik cami-istilayi şəhvətdən məst ikən, qarşusında ol məhbubəyimüzəyyən qılub ana göstərdi. Məlik anın vüsalına həris olub tələbimüvasilətqıldıqda ayıtdı: "Bu surət Yəhyanın qanı tökülməyincə müyəssər olmaz vəimkan bulmaz". Məlik Yəhyanın qətlinə hökm etdikdə üləmayi-əsr ayıtdılar:"Yəhyanın bi qətrə qanı yer yüzünə tökülsə, əczayi-üruqi-nəbat minbə’d peyvənddutmuya və ruyizəmində bəhaim mütəmətte’ olmağa giyah bitməyə". Məlikhökm etdi ki, Yəhyanın başın bir teşt üzəründə kəsüb qanın təhtəssərada dəfnedələr ki, yer yüzünə tökülməyə.

Əlqissə, cəlladlər müqərrər olub Yəhyanın qətlinə əmr olunduqda cəlladlarayıtdılar: "Zəkəriyya müstəcabüd-də’vətdür oğlunun qətlin etməkdə anınduasından ehtiraz edərüz". Hökm oldu əvvəl Zəkəriyya qanın tökələr. Buəzimətlə Zəkəriyyanın mənzilinə gəlüb Yəhyayı müqəyyəd etdikdə Zəkəriyyafürsət bulub bir canibə fərar etdi. Bə’zikimsənələr Yəhyanı müqəyyəd edüb, bə’zi kimsənələr Zəkəriyya cüstücuyinərəvan oldular. Zəkəriyya iztirabla gedərkən şiddətizə’fdən bitaqət olub, bir pənahistərkən bir dirəxti-ali görüb ana mütəvəccih olduqda dirəxt çak olubZəkəriyyaya bətnində mənzil etdi. Zəkəriyya düxul etdikdən sonra surəti-iltiyamdutdu, əmma Zəkəriyyanın guşeyi-ridasın İblis çəküb dışra qoydu. Zəkəriyyatəfəhhüsündə olanlar yetdikdə İblisi-lə’ini bir piri-saleh surətində görübZəkəriyya əhvalın istifsar etdikdə, İblis Zəkəriyyanın guşeyiridasın göstərübayıtdı: "Mətlubunuz bu dirəxt içindədür". Kafirlər Zəkəriyyanı dirəxtdənçıxarmaq tədarükündə ikən İblis ayıtdı: "Ey qövm, əgər qərəzünüz anın qətlidir,dirəxt içində müyəssər olur". Və anlara ikibaşlu bıçqu tə’lif edüb tə’lim etdi.Rəvayətdir ki, küffar Zəkəriyyanın fərqi-mübarəkinə ərrə qoyduqda Həzrətiİzzətdənnida gəldi ki: "Ey Zəkəriyya, bu hökm [i-müta’] bənümdür, əgərmütəəllim olacaq olsan, ismin cərideyi-nübüvvətdən məhv olmaq müqərrərdür".Şe’r:

Aşiqəm dersən, bəlayi-eşqdən ah eyləmə,Ah edüb əğyarı əsrarından agah eyləmə.Eşq sultanı nə fərman etsə göstər inqiyad,İctinab etmə, tənəffür qılma, ikrah eyləmə.

Zəkəriyya ayıtdı: "İlahi, çün bənim qanım sənin səri-kuyində tökülür, həqqaki, əgər ərrəvar cəmi’i-əndamım zəban olsa, şükründən qeyri təkəllümə iqdametməyəm və iztirab edüb təriqicəzə’ dutmayam".

Əlqissə, ol ərrə ilə ol məzlumu fərqdən ta qədəm iki parə qıldılar, bir ahçəkmədi və dideyi-nəmnakından bir qətrə əşki-təzəllüm tökmədi. Beyt:

Ləzzəti-cövrü bilən cövrdən ikrah etməz,Yarsalar cismini başdan ayağa, ah etməz.

Əmma Yəhyayı müqəyyəd edənlər bir teşt üzərində sərimübarəkin bədənilətifindəncüda qılub ol nabəkara hədiyyə etdilər və qanın bir çahi-bə’idül-ğəvrətökdülər.

Rəvayətdir ki, qan hər il cuşa gəlüb gül kibi tazə olurdu ol zəmanədək ki,Büxtünnəsər nüsrət bulub anlardan yetmiş bin kafirqətl qıldı, ol xunrizdən sonra Yəhyanın qanı cuşdan sakin olub qərar buldu."Şəvahidün-Nübüvvət"də İmami-Zeynəlabdindən nəqldir ki: "Həzrəti-Hüseyn Məkkeyi-müə’zzəmədən Kufəyə təvəccöh etdikdə heç mənzilə yetməzdiki, Yəhyayi-mə’sum macərasın zikr etməzdi. Və buyururdu ki, ruzigarın ədəmimürüvvətinvə fələkin kəmalivəqahətin görün ki, Yəhya kibi salehün sərisəadətməndinbir facirə hədiyyə etmiş". Və Sə’d bin Cübeyr, Əbbasdanrəvayətdir ki: "Bir gün Həzrəti-Rəsulullah xəbəri-vaqieyi-Kərbəladan mütəəllimolub təfəkkür edərdi ki: Aya, ol qəriblərin intiqamın zalımlardan kim alur ola?Həzrəti-Izzətdən vəhy gəldi ki: "Ya Rəsulullah, Yəhya bin Zəkəriyya üçünyetmiş bin kafir siyasətə yetdi, sənin fərzəndiərcmindün üçün yetmiş bin [kafir40 siyasətə yetər]". Və bir rəvayət dəxi oldur ki, yetmiş kərrə yetmiş bin münafiqqətl olsa gərək.

Filvaqe’, bu və’də vəfaya yetdi, zira Muxtar bin Əbu Übeydeyi-Səqəfi vəMüseyyib bin Qə’qa’ Xüzai və İbrahim bin Malik Əştər Nəxə’i və Əbu Müslimi-Mərvəzi bir-birinə mütə’aqib xüruc edüb, səfheyiruzigardan əksəri-ə’dayi-Ali-Rəsulu məhv etdilər və qanlarından sirişki-məzlum kibi cuybarlar yürütdülər və"Üyunur-Riza"da məsturdur ki, "Mehdiyi-Ali-Məhəmməd qətəleyişühədayiKərbəlanıntətimmeyi-zürriyatın ruyi-zəmindən götürür və qaideyiasarüşərti-intiqamı ol Həzrət yerinə yetirür. Şe’r:

Gər olmasaydı qərəz intiqami-xuni-Hüseyn,Zühuri-Mehdiyə çəkməzdi intizar vücud.Qəzaya qaideyi-səbr ixtira’indən,Cəzayi-qatili-Ali-Rəsuldur məqsud.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов