Pərişanhalin oldum, sormadın hali-pərişanım
Что такое мурабба?
Мурабба: стихотворение из строф по четыре строки.
Pərişanhalin oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım?
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən,
Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən,
Vəfavü aşinalıq rəsmini səndən rəva görmən,
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox,
Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox,
Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox,
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə,
Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə!
İkən həm zalım olma, mən kimi məzlumi incitmə,
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Qatı könlün nədən bu zülmilə bidadə rağibdir,
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir?
Sənintək nazəninə, nazənin işlər münasibdir,
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Füzuli şiveyi-ehsanın istər, bir gədayindir,
Dirildikcə sənin kuyin yolunda xaki-payindir,
Gərək öldür, gərək qoy, hökm – hökmün, rə’y – ra’yindir,
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-texmis-7-perisanhalin-oldum-sormadin-hali-perisanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
O gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.