Hasilim bərqi-həvadisdən məlamət dağıdır
Что такое мурабба?
Мурабба: стихотворение из строф по четыре строки.
Hasilim bərqi-həvadisdən məlamət dağıdır,
Məsnədim kuyi-məlamətdə fəna toprağıdır,
Zar könlüm təndə zindani-bəla dutsağıdır,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Dövr cövrindən tənü canimdə rahət qalmadı,
Surəti-halimdə asari-fərağət qalmadı,
Möhnətü qəm çəkməyə minbə’d taqət qalmadı,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Könlümün mülkün cəfa seylabi viran eylədi,
Bəxtimin halin hücumi-qəm pərişan eylədi,
Bağrımı əndişeyi-dövri-fələk qan eylədi,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
İstəyib bir çarə, çox yeldim, yügürdüm hər yana,
Rəhm edib, bir kimsə imdad etmədi mütləq mana,
Çarəsiz qaldım, mürüvvət istəyib gəldim sana,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Dadə gəldim ədl divanında, fəryadım eşit,
Sən ki, adilsən, gör əfğanım nədəndir, ğurə yet!
Şərhi-halim sor, muradım ver, əlim tut, fikrim et,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Gör Füzulinin rüxi-zərdində əşki-alini,
Pərdeyi-idbar tutmuş surəti-iqbalini,
Dərdməndindir, inayətlər edib sor halini,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-texmis-8-hasilim-berqi-hevadisden-melamet-dagidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Хвалебные
Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür,Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.
Atılmayan toplarDaş barılar, qalalar,Bürclər durur yan-yana.
Ol zaman kim məst qıldı çeşmi məxmurun məniOl zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
Qara pulDolanım başına, ey gözləri məstan, qara pul,Nə əziz eylədi səni xaliqi-Sübhan, qara pul.