Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür,Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.

Köksümi çak eyləyib girgil dili-tarikimə,Bu pozuq viranəni abad qılsan, vəqtidür.

Ey gözəllər Xosrovi Şirinqədü rəftarilə,Bir güzər gər canibi-Fərhad qılsan, vəqtidür.

Şivəvü nazin cahanı dutdu, ey sultani-hüsn,Ğəmzeyi-xunxarəni cəllad qılsan, vəqtidür.

Макта — последний бейт с тахаллусом поэта. Bağladı bari səfər ol rövzeyi-cənnət güli,Bülbüli-xunincigər, fəryad qılsan, vəqtidür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные