Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim,Diriğa, vəsl əyyami visalin qədri bilməzdim.
Məni öldürsə təlxiyi-fəraq, ey dust, həqqindür,Nədən kim, dəmbədəm şirin məqalın qədri bilməzdim.
Bu kim, qəddim büküldi mahi-nov tək, ey günəş, sənsiz,Anunçündür ki, əbruyi-hilalın qədri bilməzdim.
Gözüm kim, görməz oldu ağlamaqdan vəh hənuz kəmdür,Mana sürməli çeşmi-qəzalın qədri bilməzdim.
Pərişandur bəsi halım, qaradur güni bəxtimnünCəzadur bu mana kim, zülfi xalın qədri bilməzdim.
Yeridür bu ki, çeşmümdən axar xunabi-həsrət kim,Dodağından içib abi-zülalın qədri bilməzdim.
Макта — последний бейт с тахаллусом поэта. Cigərxun Kişvəri, cana, xəyalunlan diri qaldı,Visalın var ikən gərçi, xəyalın qədri bilməzdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-yuzun-her-gun-gorub-cana-cemalin-qedri-bilmezdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni ol xosrovi-xuban pütig birlə yad etmiş,İnayət nameyidir kim, məni-naşadi şad etmiş.
Nazikü şirin dodağın, ey büti-huri mənişNazikü şirin dodağın, ey büti-huri məniş,Bərgi-güldür kim, tapıbdır bal içində duriş.
Gözlərin sevdasidə gəldi mana bimarlıqGözlərin sevdasidə gəldi mana bimarlıq;Bir gəlüb sormazsan, axır beləm olur yarlıq?!
Ölməgim, ol verdi sana işvəvü əyyarəliqÖlməgim, ol verdi sana işvəvü əyyarəliq,Bizgə ruzi qıldı bikəslik bilə biçarəliq.
Стихи других поэтов · О разлуке
Telefon xətlərində bir səs düşdü dünyayaTelefon xətlərində birləşdi ana, bala.
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degülBillah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.