Gözlərin sevdasidə gəldi mana bimarlıq;Bir gəlüb sormazsan, axır beləm olur yarlıq?!

Sən cahanü canidən, ey sərv, bərxurdar bol,Gərçi səndən görmədi heç kimsə bərxurdarlıq.

Simuzərlə ələ gətürmək kənardur yarını,Bu səbəbdən yaxşıraqdur yoxluqdan varlıq.

Yarəb, ol xurşidnün könli nədəndür kim, manaRəhmi gəlməz bir zərrə hər necə qılsam zarlıq.

Çün iməssən aşiq, ey dil, qoyma əldən zöhdini,Yegdürür bikarlıqdan yari ol bikarlıq.

Dönmə, ey dil eşqdən azar çox gördüm deyibKim, ola azarlıq, leyk olmaya bizarlıq.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri, piri-muğanun qulluğun tərk etmə kim,Hər necə əsrükdürür, var anda bir huşyarlıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви