Bəstəri-bəla bimarlarının və badiyeyi-fəna dilfigarlarının biri Əyyubi-bəlakeşdirki, nəvidi-"İnnəllahə yuhibbu kullə qəlbin həzin" dili-pakın məxzənicəvahiri-iştiyaqi-hüznü məlal etmiş və əqideyi-"Ənə indəl-munkəsirətiqulubəhüm" həmişə dili-şikəstəsində təməkkün dutmuş. Zira sultani-səriri-Kibriyanın inayəti eyni-inadır və hakimi-divani-qəzanın iltifatı məhzi-bəladır.Şe’r:

Birdürür məsdəri-cəlalü cəmal,Bir bilür qəhrü lütfü əhli-kəmal.Gərçi əhvali-müxtəlif çox olur,Birdir əsli-həqayiqi-əhval.

Rəvayətdir ki, Əyyubi-səbur zəmani-möhnətdən müqəddəm qırx ilmüdavimi-nəvali-ne’mət və müqimi-riyazi-rahət idi. On iki fərzəndi olub, hərbiri istiqlal ilə bir Süleymani-zəman idi; və dörd yüz məmluku olub, bə’ziqatarlarına sarban və bə’zi rəmələrinə şəban və bə’zi bustanlarına bağban idi.Əmma hərgiz kəsrəti-təəllüqat anınla mə’budu arasında hayil olmazdı və istifayimuradmüdavimətizikrdən onu qafil qılmazdı. Məlaikə Əyyubun şiddəti-ibadətinvə kəmali-itaətin görüb, təsəvvür qıldılar ki, ol ibadətə səbəb təysirimətalib və oltaətə bais hüsuli-məvahibdir; və güman etdilər ki, əgər izaleyi-ne’mət vaqe’ olsavə istimrari-mövhibət xələl bulsa, anın şükrü şikayətə mübəddəl olur və binayi-e’tiqadı təzəlzül bulur.

Lacərəm imtahan üçün bir gün Həzrəti-Cəbrail Məliki-Cəlildən gəlüb ayıtdı:"Ey Əyyub, bir müddətdir ki, məzhəri-asari-ne’mətsən və müqimi-guşeyi-rahət.Vəqt oldu ki, rahət diyarından möhnət mülkünə mütəvəccih olasan və netə ki,ne’mət ləzzətin gördün, möhnət zövqün bulasan".

Əyyubi-səbur ol xəbərdən əsla mütəğəyyir olmayub və təvəhhüm qılmayubayıtdı: "Ey Cəbrail, bu dəxi bir ne’məti-qeyri-mükərrərdir ki, hər zaman biraləmin seyri müyəssərdir". Şe’r:

Bilməzəm bən kəndü rə’yimlə ziyanü sudimi,Bəndəyəm bən, padişahım yeg bilür behbudimi.

Əlqissə, Əyyub müntəziri-bəla və mütərrəsidi-’ina olub, bir gün guşeyi-mehrabi-ibadətdə nəmazindən fariğ olub məşğuli-məvaizə ikən, bir tərəfdənşəban gəldi xəbər verdi ki, təmamiyi-rəmə seylaba qərq oldu və bir tərəfdənsarban gəlüb tə’ziyət yetürdü ki, cəmi’inaqələrin sərsəri-səmumdan fəna bulduvə bir tərəfdən bağban gəlüb afəti-jalədən bustan həlakın təqrir edüb fəğanagəldilər və bir tərəfdən xədəmü həşəm zəlzələdən qəsrü eyvanın inhidamın xəbərverüb növhə qıldılar. Əmma Əyyub çün müqəddəmədən vaqif idi, buxəbərlərdən iztirab etməyüb və bu hadisədən xatirinə qübari-küdurət yetməyüb,Həqq zikrinə məşğul idi. Nagah xəbər verdilər ki: "Ey Əyyub, on iki oğlunəkbəri-övladın mehmansərayində ziyafətə məşğul ikən səqfi-səray münhədimolub, on ikisi dəxi həlak oldu". İbtidayi-halətdə Əyyuba istilayi-cəzə’ biixtiyaryol buldu, əmma yenə qeyrəti-məhəbbət mən’ilə səbr edüb duaya məşğul oldu.Şe’r:

Xatiri-yar əgər aşiqə azar istər,Gərək azar çəkə aşiq əgər yar istər.Küfrdür aşiqə əndişeyi-səhhət qılmaq,Yar əgər aşiqini dərd ilə bimar istər.

Çün fövti-malü mənal və fövti-övladü əyal Əyyuba təğəyyür vermədi vəbinayi-e’tiqadına asibi-həvadis xələl yetürmədi, məlaikə ayıtdılar: "Ya Rəb,əfzəli-niəm şərəfi-səhhətdür və Əyyubi fövt olan ne’mətlərin istirdadına ümidvaredüb ibadətdə qayim edən ol ne’mətdir". Hökm oldu ki, imtahan üçün səhrayivücudusəririsultani- səhhət ikən seyrgahi-sipahi-səqam ola və məcariyi-üruq vəə’zasında hər qətrə qan bir kirmi-xunxar olub məfasifi-tərkibində mənzil qıla. Bumöhnətlə dəxi səbrinə ixtilal və əqdi-əqidəsinə inhilal bulunmadı ol zəmanədəkki, kirmlər zəbanü qəlbinə düxul etdilər və təfəkkür rəhgüzarın bağlayubtəzəkkür sərçeşməsin dutdular. Əyyubibiçarə fəryada-gəldi və təzərrö’ qıldı ki,"Rəbbi inni məssəniyəzzurri", yə’ni bana zərər mütəvəccih oldu, zira cəmi’iələmdəzikrü fikrinlə təsəlli olurdum və qəmü ənduh gördükcə zikrində fərəh vəfikrində tərəb təmənna qılurdum, hala dil ki, aləti-fikrdür və zəban ki, səbəbizikrdür,mərəz taracına getməkdədür və bəni təfəkkürdən məhrum vəmünacatdən mə’yus etməkdədir. Haşa ki, bu hala rizaverəsən və bu bəndeyi-müxlisi fikrü zikrindən məhrum rəva görəsən". Şe’r:

Zəban bülbüli-baği-zikrü sənadür,Dil ayineyi-hüsni-sidqü səfadür.Bəni bidilü bizəban qoyma, ya RəbKi, bidilligü bizəbanlıq bəladür.

Həqqi-sübhanəhü və tə’ala, dili-mütəzzərre’ və zəbanimütəxəşşe’dən qəbulitəvəqqö’qılub, cəmi’i-fövt olan ne’mətlərin istirdadına hökm qıldı və təniməksurinincəbbarı və dili-viranının me’marı oldu. Ey əzizlər, əgər Əyyubi-səburfövti-əmval və mövtiövladla mütəğəyyir olmayub səbr qıldı, şəhidi-Kərbəla dəxixaniman yəğmaya verüb və ixvanü övladü ənsabının mövtün müşahidə qılubsabir oldu. Və əgərçi həzrəti-Əyyubun bədənində dörd bin kirmixunxar mənzildutdu, şəhidi-Kərbəlanın tənində yüz bin peykaniabdar qərargah etdi. Şe’r:

Demə kim şahi-Kərbəla ələmiQəmi-Əyyubi-dilfigarcədür.Sanma kim, zəxmi-nişi-kirmi-zə’ifZərbi-şəmşiri-abdarcədür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов