Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən,
Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən.
Əsiri-qürbətiz bir səndən özgə aşinamız yox,
Ayağın kəsmə, başinçün, bizim möhnətsəralərdən.
Səba, kuyində dildarın nədir üftadələr hali?
Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən.
Demə, zahid ki, tərk et simbər bütlər təmaşasın,
Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən.
Girib məscidlərə, gər müqtədalər, peyrəvi olman,
Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən.
Təbiba, xaki-kuyi-yardəndir əşk təskini,
Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən.
Fələkdir mehri zail, yar qafil, ömr müstəcil,
Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən.
Vücudim ney kimi surax-surax olsa ah etmən,
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən.
Füzuli, nazəninlər görsən izhari-niyaz eylə,
Tərəhhüm umsa eyb etməz, gədalər padişalərdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-kerem-qil-kesme-saqi-iltifatin-binevalerden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzizi-həq həsədi-düşmən ilə olmaz xar,Həsud hiyləsi iqbali eyləməz idbar.
Əgərçi bir neçə gün iqtizayi-aləmi-dunƏgərçi bir neçə gün iqtizayi-aləmi-dun,Cahanda eylədi iqbal ra’yətini nigun.
Füzuli, eylədigin əhdinə vəfa qılğılFüzuli, eylədigin əhdinə vəfa qılğıl,Yetər şikayət edib şərhi-macəra qılğıl,
Gətir, saqi, qədəh kim, növbahari-aləmaradırПринеси скорее, кравчий, чашу — в мир явилась новая весна!Всюду зелень, воздух жизнь нам дарит, розами душа упоена!