Bu, Məcnunun atası Leyliyə xastarlığıdır və Leyli atasının Məcnundan bizarlığıdır
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Saqi, gətir ol şərabi-nabi Kim,yetdi nisabə qəm hesabi.
Qəm düşməni-cani-mübtəladır,Dəf eyləyə gör ki, bir bəladır!
Söz cövhərinə olan xiridar,Bu növ ilə qıldı gərm bazar
Kim, aciz olub qəm içrə ol pir,Məcnununa qıldı fikri-zəncir.
Bildi ki, gər olmaz olsa Leyli,Mümkün degil olmağı təsəlli,
Qıldı tələbin özünə lazim,Cəm' etdi əaliyü əazim.
Ümmid ilə bağladı umub kam,Ol Kə'beyi-arizuyə ehram.
Çün Leyli atası bildi hali,Uydurdu əkabirü əali,
Qarşılarına olub rəvanə,Qıldı olar ilə əzmi-xanə.
"Əhlənvə səhlən!" deyib dəmadəm,Min gəz dedi: "Ola xeyr məqdəm!"
Çün şəm'sifət olar oturdu,Ol sərv kimi ayağa durdu.
Ortaya buraxdı türfə xanlar,Ta kami-dil ala mihmanlar.
Olmuşdu dolub kəbab ilə xan,Cədyü Həməl ilə asimansan.
Əmma, əcəb ər qıla xirədmənd,Ol xanları asimanə manond,
Hər kim qərəzin bulurdu xandan,Bu mümkün olurmu asimandan?
Xanlar götürüldügündə ol pirTəqrib ilə dərdin etdi təqrir:
"K'ey, qədrlə qibleyi-qəbail!Səndən qamunun muradı hasil,
Əslü nəsəbim sənə əyandır,Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm səxadə,Mə'rufi-təvaifəm ətadə.
Həm var məhəbbətimdə tə'sir,Həm var ədavetimdə təşvir.
Sərdəftəri-əhli-ruzigarəm,Hər necə desəm, yüz onca varəm.
Nəxli-əməlim səmər veribdir,İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lö'luBir lə'l ilə ola həmtərazu,
Ta lö'lö olanda lə'lə vasil,Tərkib qılam müfərrihi-dil.
Çox kanlara tişəvəş üz urdum,Çox ləl həqiqətini sordum.
Hər kanda əgərçi lə'l çoxdur,Bir lə'l ki, layiq ola yoxdur.
Bir lə'lin eşitmişəm sənin varKim, lo'löümə odur səzavar.
Lütf eylə, inayətü kəroə qıl!Ol lə'l ilə dürrü möhtərəm qıl!
Qılsın gülü sərv sayəpərvər,Olsun gülə sərv sayəgüstər.
Fəhm et sözümü, təğafül etmə,Bir xeyr işidir, təəllül etmə!
Gər hasil olur bu kam səndən,Hər nə ki, dilərsən, istə məndən.
Onca qılayın sənə rəvan gəncKim, yer üzün eyləyə nihan gənc.
Onca gühər eyləyim rəvanəKim, bulmayasan ona xəzanə".
Ol sərvi-səmənbərin atası,Ol gənci-nihanın əjdəhası
Lütf ilə dedi ki: "Ey xirədmənd!Mən kimi əsiri-dani-fərzənd!
Sən xoş gəldin, səfa gətirdin,Torpaqlardan bizi götürdün.
Müşkülcə xitabdır xitabın,Bilmən necə verərin cəvabın?
Qürbün, bilirəm, mənə şərəfdir,Əmma xələfin əcəb xələfdir.
"Məcnun" - deyə tə'n edər xəlayiq,Məcnuna mənim qızım nə layiq?
Leyli deməyim ki, nazənindir,Bir tirə kənizi-kəmtərindir,
Olmazmı kəniz cinsi-mərdüm?Yoxdurmu kənizə həm tərəhhüm?
Div ilə pəri olurmu həmdəm?Olmaz, sözü açma əbsəm, əbsəm!
Divanəyə zayc eyəmə rənc,Viranə gərək ona, nədir gənc?
Tədbir ilə döndərib məzacın,Sevdasının eyləsən əlacın,
Leyli onun olsun. eylədim əhd,Var indi, sən et əlacına cəhd!"
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-24
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Ey fəraqi-ləbi-canan, ciyərim xun etdinEy fəraqi-ləbi-canan, ciyərim xun etdin,Çöhreyi-zərdimi xunab ilə gülgun etdin.
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəlEylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,Səndən, ey can, münqəte qılmaz məni illa əcəl.
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağEyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.
Стихи других поэтов
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Qaytar ana borcunuBir gözəl, bir sevimli oğul böyütdü ana.O bəd, uğursuz günü - ərinin öldüyünü
Bizimkilər motoskletnən gedirBəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.