Bu, Məcnunun Leyliyə izhari-hali-zar etdigidir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Məcnuni-həzin eşitdi sövgənd,
Gördü onu şe'rə arizumənd,
Təfsili-qəminə verdi icmal,
Qıldı ona ərzi-surəti-hal:
"K'ey səbzeyi-dərdimə verən ab!
Sərrişteyi-razdan açan tab!
Sorma necə keçdi ruzigarın,
Eşq içrə nə oldu hali-zarın?
Düdar qəminmi söyləyim, ah,
Ya pəndi-mühibbü tə'ni-bədxah?
Çəkdim neçə gün cəfayi-məktəb,
Hər ruz məşəqqət ilə ta şəb.
Axır ki, çox oldu tə'ni-əğyar,
Ayrıldı məni-şikəstədən yar.
Faş oldu çü aləmə fəsanəm,
Tədbirimə düşdü atəm, anəm.
Gəh dəğdəğeyi-təbib gördüm,
Gəh sə'y ilə Kə'bəyə yügürdüm.
Açılmadı hiç babdən bab,
Tədbirimə aciz oldu əhbab.
Gah Növfələ eylədim təzərrö',
Feyzində bulunmadı təvəqqö'.
Geh İbni Səlama yar olub yar,
Verdi dili-mübtəlaya azar.
Gəh Zeyd pəyamına inandım,
Hər və'd ki, verdi doğru sandım.
Ümmid ilə ömrüm oldu zaye,
Halım betər etdi zə'fi-tale.
Əlqissə, vücudum oldu bərbad,
Bir ləhzə fələkdən olmadıra şad".
Könlünə qılıb fəraq tə'sir,
Bir türfə qəzəl həm etdi təqrir:
Qəzəl
Ah kim, bir dəm fələk rə'yimcə dövran etm’di,
Vəsl dərmanilə dəf i-dərdi-hicran etmədi.
Yardan min dərdi-dil çəkdim, bu həm bir dərd kim,
Biluin dərdi-dilim, bir dərdə dərman etmədi.
Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn
Bir gecə xani-vüsalı üzrə mehman etmədi.
Dustlar, çaki-giribanım görüb eyb eyləmən,
K'ol kim gördü kim, çaki-giriban etmədi?
Fəqr mülkün tut, gər istərsən kəmali-səltənət
Kim, mülkün fəthini fəğfurü xaqan etmədi.
Tiği - bidad ilə hər dəra qanımı tökmək nədir?
Ey fələk, hər kim dəm urdu eşqdən, qan etmədi.
Əhdü peyman etdi yarım kim: "Səne yarəm", vəli,
Yarlıq vəqti vəfayi-əhdü peyman etmədi.
Əql meydanını zindani-bəla bilməz hənuz,
Kim ki, bir müddət cünun mülkünü seyran etmədi.
Sirri-eşqin etmədi ancaq Füzuli aşikar,
Bu mübarək işi hər kim etdi, pünhan etmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-61
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndirPərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinazRazi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz.
Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarıRəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı,Keçər nəqdin əgər min Yusifin olsan xiridarı.