Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil,Bu müşkildir ki, mövcud olmaya bir hakimi-adil.

Nə dərdi-dil ki, üz göstərsə dövrandan degil möhnət,Budur möhnət ki, şərhin qılmağa olmaya əhli-dil.

Mərizin olsa min dərdi, bu dərd onlardan əfsundurKi, təşxisinə olmaya təbibi-haziqü kamil.

Bəladır kim, dili-aşiq kimi viran ola kişvər,Ola ol haldən hakim olan məhbubvəş qafil.

Həvayi-nəfsə tabe ola əhli-mülkdən fariq,Qılıb üşşaqinin tərkin, rəqibinə ola mail.

Binayi-xaneyi-rəhmət mürur ilən olub viran,Tilismi-nəzmi-cəm’iyyət ola tədric ilə batil.

Nə xoşdur əhli-aləm rəğbətiçün ola hakimdəRüxi-rəxşan, ləbi-xəndan, dili-dana, kəfi-bazil.

Müdavayi-qülubi-münqəbiz bir dərddir mühlik,Mülaqati-müluki-tündxu bir zəhrdir qatil.

Nə ümmid ilə surət bağlasın izharə şərhi-qəm,Cəvabi-təlxdən yeyrək bilir hirmanını sail.

Nişani-hüsni-tale’ bu yetər Bağdadə kim, hərgizOna rahət mülaqatında yox bir mane’ü hail.

Bihəmdillah səlahi-dövlət içün məsnədi-rif’ət,Bu gün bir qütbi-sahibədlü saibrə’yədir mənzil.

Sipehri-dövlətü iqbal, mülkarayi-Cə’fər bəgKi, yeksandır onun ədlinə hökmi-alivü safil.

Zəhi adil ki, dövranında dehqan tirə toprağəBuraxsa daneyi-cov, xuşeyi-pərvin qılır hasil.

Fələk tə’siri-iqbalından istər qüvvəti-tale’Kim, olmuş bəhr məhsulinə, kan ədrarına amil.

Ümuri-xeyri ehsan buldu əyyamında min rövnəq,Ədalət mültəzəmdir ol ümurə, mərhəmət kafil.

Hesabi-mücməli-övsafidir bir pak dəftər kim,Cahanın xeyri-məhsulu onun cəm’inədir daxil.

Zəmanında zəman əhlinə hərgiz çəkməmiş katib,Hesab olduqda qeyri-izzü rif’ət baqivü fazil.

Sərəfraza, nəvali-ne’mətü idrari-ehsanın,Cəmi’i-mülkədir cari, cəmi’i-xəlqədir şamil.

Təvəccöh qıl, məlalət çəkmə, ikrah etmə kim, HəqdənBir ayətdir nizami-mülkü millət şə’ninə nazil.

Əgər hökm etsə hüsni-tale’in, baran olub lö’lö,Sənə minnətsiz eylər əbrü dərya hasilin vasil.

Sənə nisbət bu rütbə rütbeyi-məzmumdur, əmmaNə çarə, ziynəti-əyyamə sənsən cövhəri-qabil.

Ədalət səndə bulmuşdur, sənə möhtacdır kişvər,Gühər ümmidi birlə daməni-dərya dutar sahil.

Şəha, gər olmasaydı lütfü idrakın təqazası,Füzulinin qalırdı karigahi-sən’əti batil.

Sənayi-izzü iqbalın dilər əlbəttə bir madeh,Zühuri-lütfü ehsanın dilər əlbəttə bir sail.

Ümidim var kim, ta nurü zülmət ola aləmdə,Cahandan sayeyi-cahü cəlalın olmaya zail.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе