Olsaydı məndəki qəm Fərhadi-mübtəladə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,Bir ah ilə verərdi min Bisütuni badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,Quşmu qərar edərdi başındakı yuvadə?
Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.
Əşki-rəvanimə el cəm oldu, var ümidimKim, ola varə-varə cəmiyyətim ziyadə.
Gəh qəmzə içmək istər qanimi, gah çeşminQorxum budur ki, nagəh qanlar ola aradə.
Sərvərlik istər isən, üftadəlik şüar etKim, düşmədən əyağə, çıxmadı başə badə.
Макта — последний бейт с тахаллусом поэта. Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,Olma vəfayə talib, dünyayi-bivəfadə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-olsaydi-mendeki-qem-ferhadi-mubtelade
Клавиши ← → для перехода, R — случайное стихотворение