Ol pərivəş kim, məlamət mülkünün sultanıdır,

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,

Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan,

Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır.

Çakilər cismimdə tiği-eşqdən, eyb etməyiz

Kim, cünun gülzarının bunlar güli-xəndanıdır.

Ey Füzuli, nola kim rəhm edə yar əfğanına,

Ağlagil zar, munca kim zar ağlamaq imkanıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви