Yoxdur mənə səndən uca, səndən böyük insan,Rəhmət sənə, rəhmət, Ata, insanlığa şansan!

Andımdır adın, eşqin ucaldıqca səsimdən,Ərlər duyacaqlar odunu son nəfəsimdən!

Göz qoy o üfüqlərdə yanan nur dolu fəcrə,Hər gün açılar al günəşin qaldığı hücrə!

Dünyaya bəzəkdir o qızıl dalğalı saçlar,Eşqinlə gülümsər çalılar, güllər, ağaclar.

Sənsiz nə bahar var, nə yaşıllıq, nə gülüstan,Sənsiz ola bilməzdi əsər yurddan, ulusdan!

Bir türkü qoşum, ruhuma candan yata türküm,Türkdaşlarımın ninnisi olsun Atatürküm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви