زدی چو در دلم آتش مکش چو شعله سر از من
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
زدی چو در دلم آتش مکش چو شعله سر از منچو شمع سوختنم بین مباش بی خبر از من
Yaxıbsan qəlbi, barı şölə tək gəl çəkmə sər məndən,Nəzər qıl, şəm tək yannam, sən olma bixəbər məndən.
نشان عشق تو سوز دل من است می سوزمچنان که هیچ نماند نشان ز تو اثر از من
O eşqindən nişan bircə mənim bu suzi-qəlbimdir,Elə yannam ki, qalmaz heç nişan səndən, əsər məndən.
مرا چو سوختی از بردن دلم حذری کنمن آتشم چه رسانی بدامنت شرر از من
Məni yandırdığın dəmdə, saqın, bu qəlbə əl vurma,Alışmış atəşəm, qorx ki, olarsan şöləvər məndən.
جز این که منع ز نظاره جمال تو کردمچه کرده ام که بگرداند روی چشم تر از من
Dedim bu çeşmi-giryanə o hüsnə baxmasın bir də,Nə etdim bundan özgə, döndərir üz çeşmi-tər məndən?
مرا ز خواری از آن بیش شد الم که مبادابخواریم نگرد یار و کم کند نظر از من
Mənim xar olmağımdan artdı qəm qəlbimdə, qorxdum ki,Görüb xar olmağı yarım, kəsə bir az nəzər məndən.
بنیستی شدم آگه ز سر درج دهانتگمان نبود مرا هم که آید این هنر از من
Dəhanın sirrini bildim, mən oldum yoxluğa agah,Güman etməzdi heç kəs kim, gələr böylə hünər məndən.
Макта — последний бейт с тахаллусом поэта. براه عشق فضولی اگر چه آمده مجنوننبوده بیشتر از من نرفته بیشتر از من
Макта — последний бейт с тахаллусом поэта. Gəlibdirsə rəhi-eşqə, Füzuli, binəva Məcnun,Deyildir məndən artıq o, deyildir mötəbər məndən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qezel-352
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,Səndən, ey can, münqəte qılmaz məni illa əcəl.
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağEyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.
Eşq ətvarın müsəlləm eylədi gərdun manaEşq ətvarın müsəlləm eylədi gərdun mana,Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana.
Eşigin daşini qan ilə yudu çeşmi-tərimEşigin daşini qan ilə yudu çeşmi-tərim,Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Стихи других поэтов · О любви
Sevgimdən qaçmışam uzaq şəhərə,Burda da həsrətin gəlib dayanıb.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
ما خریدیم به جان عشق تو نی با زر و سیمبه زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم