Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;
Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb.
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var,
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq,
Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb.
Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə,
Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb.
Qaliba məqsəd vüsalındır ki, dün-gün durmayıb
Çərx sərgərdan gəzər, bilməz nədir rəncü təəb.
Bəsteyi-zənciri-zülfündür nəsimi-tərməzac,
Təşneyi-cami-visalındır mühiti-xüşgləb.
Qılma feyzi-neməti-vəslin Füzulidən diriğ,
Yoxdur özgə məqsədi, səndən səni eylər tələb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qilsa-veslin-samimi-subhe-beraber-yox-eceb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Sinə çakü didə nəmnakü bədən əfgardirSinə çakü didə nəmnakü bədən əfgardir,Can həzin, xatir qəmin, şeyda könül bimardir.
Yar bilgəc halimi bir rəhm peyda eyləyəYar bilgəc halimi bir rəhm peyda eyləyə,Anlayıb dərdi-dilimni, bir müdava eyləyə.
Aqibət ahim mənim ol maha tə’sir etməsəAqibət ahim mənim ol mahə tə’sir etməsə,Bunca əfsunum pərivəş yarı təsxir etməsə,
Стихи других поэтов · О любви
Dodaqlarında yarın incə bir təbəssüm var naappim,Təmiz səmadə günəş sanki, şövqilə oynar.
Təcnis: Cənnət şəhrinə vard olmuşamCənnət şəhrinə vard olmuşam,Bilmənəm yar üçün nə alım indi,
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.