Sən nə afətsən mənə, ey əqli-bədfərcam kim
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,
Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Tifllər, divanələr səndən mübərra olmağın,
Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat.
İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz,
Hillətü hirmanda çəkməzlər əzabi-ehtiyat.
Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam,
Netəkim təklifə hökmi-şər’ ilə sənsən mənat.
Ol zamandan kim, sənə verdim inani-ixtiyar,
Ol zamandan keylədim möhkəm səninlə irtibat,
Olmayıb xali qəmü ənduhdən qəbrim evi,
Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat.
Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin,
Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-26-sen-ne-afetsen-mene-ey-eqli-bedfercam-kim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mənasız, məntiqsiz sözü bilmənin faydası nə?!Az anlayıb, çox söyləyib, gülmənin faydası nə?!
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani