Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün,
İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Həllü əqdin aləmin qılmış müfəvvəz rə’yinə,
Naibi-hökmi-xilafət eyləyib dövran səni.
Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib,
Qılmaya sərməst cami-şövkəti-divan səni.
Olasan insaf üçün mənsub ikən, əhli-fəsad,
Edə din əhlinə afət, qilləti-iman səni.
Etməyə mə’mureyi-islami viran, kəndüyə
Ə’zəmi-ə’vanü ənsar eyləyə şeytan səni.
Etmiş ikən əfzəli-xəlqi-cəhan iqbal ilə,
Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-28-ey-veziri-mulkperver-kim-nizami-mulk-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfam,Mə’dəni-yaquti-səhba, gülbüni-gülbərgi-cam!
Bu bəhri-niylgun min mövc hər saat əyan eylərBu bəhri-niylgun min mövc hər saat əyan eylər,Ülül-əbsarə bir-bir kəşfi-əsrari-nəhan eylər.
Yenə açıldı gülü qıldı cəhani xürrəmYenə açıldı gülü qıldı cəhani xürrəm,Çəmənarayi-vücud oldu güli-baği-ədəm.
Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniBihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniYetirdi mənzili-məqsudə İbrahim sultani.
Стихи других поэтов
Cana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə