Müttəsil mə’rifət əhlini ayaqlarə salıb
Müttəsil mə’rifət əhlini ayaqlarə salıb,
Fələki-süflə qılır möhnətü qəm pamali.
Ol ki, cahildir, edib cümlə muradın hasil,
E’tibar ilə qılır məsnədi-qədrin ali.
Bu səbəbdən bilirəm kim, bu cahan övrətdir,
Övrətin böylədir övladi ilə əf’ali.
Ulu övladi kəsər süddənü tə’dib verər,
Süd verib, lütf ilə bağlar beşiyə ətfali.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-38-muttesil-me-rifet-ehlini-ayaqlare-salib
Клавиши ← → для перехода, R — случайное стихотворение