Səgridir cilvəyə ol sərv səməndin yenəməz,Kim onu görsə fəğan etməyə kəndin yenəməz.

Gərçi şümşad lətafətdə çəkibdir gögə baş,Naz bəhsində onun sərvi-büləndin yenəməz.

Eylə divanəligə düşdü könül kim, dildarSalsa gər boynuna həm zülfi-kəməndin yenəməz.

Qaça bilməz dili-divanə saçın qeydindən,Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.

Макта — последний бейт с тахаллусом поэта. Edəməz mən’ Füzulini qədəhdən zahid,Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви