Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,Xah mö’min, xah kafər tut, budur dinim mənim.

Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim,Ol qədü rüxsardir şümşadü nəsrinim mənim.

Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk,Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim.

Əşk mövci gəzdirir hər yan tənim xaşakini,Mümkün olmaz əşk təhrikilə təskinim mənim.

Çarə umdum lə’li-şirinindən əşki-təlximə,Təlx göftar ilə aldın cani-şirinim mənim.

Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə,Bu yetər əhli-məlamət içrə təhsinim mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов