Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona,

Ol verir can dəmbədəm üşşaqəvü mən can ona.

Oxlarından kim, tikən tək sancılıbdır hər tərəf,

Gülbünidir xəm qədim, hər qönçə bir peykan ona.

Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzə,

Ya gözümdən əks salmış mərdümü müjgan ona.

Tutma, ey qan, dəmbədəm tüğyan edib tən çakini,

Qoy bu mənzərdən dəmi nəzzarə qılsın can ona.

Bəhrə, lö’lö dişlərin vəsfin məgər, söylər səba

Kim, qulaq tutmuş sədəf içrə düri-qəltan ona.

Saldı xəttin zövqini dil canə, qanlar uddurub,

Tifl tək kim, oxudarlar zəcr ilə Qur’an ona.

Ey Füzuli, ol sənəm əfğanına rəhm eyləməz,

Daşə bənzər bağrı, tə’sir eyləməz əfğan ona.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов