Sərvi-azad qədinilə mana yeksan görünür,Nəyə sərgəştə olan baxsa, xuraman görünür.

Can görünməz desələr təndə inanman, nişə kim,Lütfdən hər necə baxsam təninə, can görünür.

Derəm əhvalımı cananə qılam ərz, vəli,Görə bilmən özümü onda ki, canan görünür.

Ey deyən: səbr qıl, ah eyləmə yari görcək,Mənə düşvardır ol, gər sənə asan görünür.

Sordum əhvalımı eşqində münəccimlərdən,Baxdılar tale’ evinə, dedilər: qan görünür.

Nə kəmandarsan, ey məh, ki, atıb qəmzə oxun,Yıxdığın seyddə nə zəxm, nə peykan görünür.

Макта — последний бейт с тахаллусом поэта. Bir sənəm zülfünə guya ki, veribdir könlünKi, Füzulinin ikən halı pərişan görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви