Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,Təcərrüd aləmi seyrində aləm payimalımdır.

Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,Nə aləm, hansı xilqət, sandığm batil xəyalımdır.

Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.

Mənəm şəm’i-vüsalə yandıran pərvanəvəş varın,Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.

Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim,Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.

Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halımDili-püriztirabü naleyi-bie’tidalımdır.

Макта — последний бейт с тахаллусом поэта. Füzuli, aləmi-fəqrü fənadə mün’imi-vəqtəm,Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви