ای ترک دلستان ز شبستان کیستیخوش دلبری، ندانم جانان کیستی

بس نادره نگاری، بس بوالعجب بتیما را بگو که لعبت خندان کیستی

ای آنکه در صحیفهٔ حسن آیتی شدیگوئی کز ایزد آمده در شان کیستی

ای تازه گلبنی که شکفتی به ماه دیبا این نسیم خوش ز گلستان کیستی

از کافری به سوی مسلمانی آمدیاینجا برای غارت ایمان کیستی

جان‌ها در آرزوی تو می‌ بگسلد ز همچون گویمت که بستهٔ پیمان کیستی

دوش از برم برفتی و بر خوان نیامدیامشب بگو کجائی و مهمان کیستی

خاقانی آن توست به هر موجبی که هستمعلوم کن ورا که تو خود زآن کیستی

Ey canlara afət mənə bir de, kimin cananısan?
Qəlbim vurulmuşdur sənə, bəs sən kimin ceyranısan?
Ey qışda yaztək gül açan, əslin nədir, vəslin haçan?
Al rəng ilə ənbər saçan, hansı bağın xəndanısan?

Sən, ey gözəl, ey bəxtəvər, ey qəlbləri çalan dilbər,
Bir de görüm, parlaq qəmər, hansı göyün tabanısan?

Gəl, aç sədəf, yəni ağız, gəl, səp göhər, yəni ki, söz,
Gizlətmə sən məndən, a qız, hansı qəlbin imanısan?

Hər tükünə, ey məhliqa, bir ölkə olmuşdur fəda,
Yersiz olar sormaq sana: ey can, kimin sən canısan?

Bizimləsən, bizdən kənar, ruhtək görünməzsən, nigar,
Bizim deyilsən bəs, de, yar, axı kimin soltanısan?

Aşiqin oldu Xaqani, hüsnü camalın heyranı,
Ey qəlbimin ruhu, canı, söylə, kimin cananısan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви