Gəl, Saqi, ver ol qəndü şəkər zövqlü balı,Bir şey ki, açır qönçə kimi dərdi-vüsalı.Ver, ver mən içim, etmə məni bir daha təlxkam,Təlxkamlıq ilə saxlama cam tək məni sübh-şam.Saqi, o kəmal ilə dolu nəşə ki vardır,Bir nəşə ki, hal əhlinə, kamillərə yardır.Ver, ver ki, içim, uçsun uzaq dərdü məlalım,Bu cəhdlə artsın daha da əqlü kəmalım.Gəl, Saqi, o yaqut kimi xoş rəngli camdan,Namus şişəsiyçin əzəli bir daş olandan,Ver ki, üzümə zövqü şəfa nəqş eləsin qoyBu könlümə namus ilə ar bəxş eləsin qoy.Artır daha da məstliyimi ta ki, içib mən,Yeddinci qədəh ilə olum qafil özümdən.Bu nəşə ilə mən keçirib zövqli hallar,Utanmayaraqdan eləyim halımı izhar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине