Qanun ilə söhbət
Bir gün gecə bir məclisimiz vardı ki, ondan,Çox-çox uzağa qaçmış idi, dərd, qəm, hicran.Xoş nəğmələr ilə edərək aləmi məmnun,Bir huri, mələk üzlü çalırdı iri Qanun.Sirr sandığ6 0 Tına xeyli onun oxşarı vardı.Qapısını əqil xəznədarı təkcə açardı,Bir lövh ki, basıb yar kimi öz bağrına bir baş,Işlərdi onun sinəsinə nəqşini nəqqaş.Həm bir gəmi ki, vardı içərisində gümüş, zər.Atmış yükünü sahilə coşqun, dəli yellər.Bir dərdli, həzin nəğmə eşitcək durub, ondanSordum ki, de, ey nazlı mələk, işvəli canan!Eşqin çəmənindən nə gözəl qönçələr üzdün?Bu işvədə oldun bütün aşiqlərə üstün.Heyrətdəyəm, heyrətdəyəm ancaq sənə, çün sənAşiq adama oxşamayırsan əməlindən.Aşiqlərin əhvalı budur: şamü səhərlərOnlar qəm əlindən acı göz yaşı tökərlər.Qorxaq kimi onlar qəm əlindən gülü xardır,Böyründəsə, yüzlərcə əzab, zülm oxu vardır.Onlar elə bir xəstə ki, yox dərdinə qəmxar,Tapşırdı təbib dəstinə öz canını onlar.Aylar ilə, illər ilə onlar çəkib hicran,Bir başqaca şey görmədilər vəslin adından.Çox-çox ucadır nisbətən aşiqlərə rütbən,Söylə, de görüm, yoxsa məgər ayrıdı şivən?!Cananənin aydın təbinin dilbərisən sən,Daim ona həmağuş olub birgə gəzirsən.Bir yastıq olubdur başına dost üzü hər an,Dostun üzünədir sifətin həm də ki, ey can,Aylı görə bilməm səni heç yar qucağından,Arzun, tələbin çünki çatır büsbütün ondan.Mümkündü səninçün gecə-gündüz yarı sevmək,Dildarın əlindən yapışıb qəlblə öpmək.De hansı səbəb saldı da bu rütbəyə böylə,Bu xəstəyə öz sirrini gəl doğruca söylə!Canana yetişmək yolunun sarbanı ol, gəl,Mərdanə iş öyrət bizə, dərd dərmanı ol, gəl!Qanun dedi: “Ey mən kimi süst rəyli İnsan,Mən çox demişəm sən sanayıb saydığın haldan,Bunlarla fəqət qalmadı razı mənə dost, yar,Aldanmadı bu hiylələrə, uymadı onlar.Rüsvayçılıq etdim özümü dərdə salıb mən,Məxfi işin üstündə bütün keçdim özümdən.Kim hər nə dedi mən qulaq asdım, qəbul etdim,Baş əydim ona, mən özümü adi qul etdim.Baxdım və göz oldum ki, qılıb dostuna hörmət,Huş əhli edə bəlkə mənə bircə nəsihət.Varkən deməyə məndə ağız, sakit olub mən,Bir kəlmə də söz söyləmədim heç kəsə qəlbən.Gər cismimi kəsdi bir adam çıxmadı qanım,Yüksəlmədi aləmlərə atəşli fəğanım.Əhli-dilə mən bağlayaraq bel, açaraq sər,Axtardım ürəklərdə səadət uzun illər.Bu növ ilə ta canı qəbul eylədi canan,Çatdım böyük ehsanlara, xələtlərə ondan,Öymə özünü, dost sənə ram olsun, amandır,Eşq əhli bu bir qayda ki, rüsvayi-cahandır.Sən də, a Müğənni, oxu, Qanundan al ibrət,Neyçin səni pul böylə əsir etdi, nə hacət?!Aşiqlik hara, pul hara, et bir bunu izhar?!Gəl qorxma pulun yoxluğuna, ağlama zinhar.Sən simü zər ilə görürəm zarsan, a fərsiz,Yansan da Füzuli kimi yan, atəşə zərsiz.Xoş ol kəsə ki, çıxmadı heç bir zaman haldan,Sağər kimi dörd bir tərəfə etmədi cövlan,Bir xılt kimi o, mey küpünün altına yatdı,O xılt kimi daim meyə doğru qədəm atdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-yeddi-cam-qanun-ile-sohbet
Клавиши ← → для перехода, R — случайное стихотворение