Yenə Məhərrəm oldu, şad könlümə qəm gəldi,
Təzə Ayın yayından ürəyimə qəm oxu sancıldı.

Kərbəla mələklərin ahu naləsi ilə doldu,
Matəm səsi bütün aləmin qulağına çatdı.

Məhərrəm şənlik xəzinəsi qapısına hilaldan qıfıl vurdu,
İşıqlı gün getdi, aləm qara geyindi.

Qurban bayramının şənlik paltarını Məhərrəm nillədi,
Şadlıq mövsimi başa çatdı, matəm növbəsi gəldi.

Kərbəla macərasını az tutma, əzəldən
Bunun üçün idi ki, mələkdən Adəmə bir tənə çatdı.

Kərbəla bustanında qəm göyərtisi təzələndi,
Qaliba o göyərtiyə matəmli gözdən su çatdı.

Könül əgər gözdən yaş axıtmaq istəsə, vaxtıdır,
Göz əgər istəsə ürək qanı töksün, dəmi çatdı.

Bu qəmin məni zar ağlatmaq vaxtı çatdı,
Kirpiklərimin tikanı cigər qanından gül açdı.

O gün günümüz ürək tüstüsü ilə matəm gecəsi oldu.
O gün gəldi ki, ürəyimizdə qəm nəsimi əssin,

Zəmanə gözəlinin şənlik zülfü pərişan olsun.
O gün gəldi ki, Kərbəla susuzları

Yaşlı gözdən axar su tələb etsinlər.
Bu nə zülmdür, ey fələk ki, qəmlə söndürmüsən

Qədr gecəsinin şamını ki, şamlıları sevindirəsən.
Rəsul övladını öldürmək qəsdi asan iş deyil,

Bu işdə qəzanın da dəxaləti bəid deyil.
Yaranqmışların ən pisi gərək olsun ki, on günlük kam almaq üçün,

O dünyanın zəlili, bu aləmin rüsvası olsun.
Hər bir pis işdən pisi Kərbəla Şəhidini qətl etməkdir,

Onun qatili Allahın ən pis bəndəsidir.
Zalim fələk din mülkündə bir rəxnə salmışdır,

Din mülkünün günəşini yerə salmışdır.
Ali-Əli ürəyinə düşmən oxlarının vurulması

Şəriətin ipinə düyünlər salmışdır.
Kərbəla çölünün qumu bəla oxuna tuş gəldi,

Ona görə qalxan kimi üzü qırışıbdır.
Məzlumların qanını necə tökməsin ki, qum süfrəsini

Səma Kərbəlada bu iş üçün döşəmişdir.
Kərbəlada hər yanda yananlar qəndil deyil,

Həzin ürəklərə qəm ildırımı od salmışdır.
Kərbəla torpağında axar qum naxış salmış,

Ya da onun torpağı acığından alnına qırış salmış.
Hər tərəfdə burlağandır, ya da hər tərəfdən Kərbəla

Uca göylərə tənə oxları atmışdır.
Günəşin gözünə ah mili çəkmək gərək,

Çünki bu əhvalı görür və Ay kimi azalmır.
Ey fələk Zöhrayi-Əzhər ürəyini qan etmisən,

Peyğəmbər övladının nahaq qanına qəsd etmisən.
Ey Səma, naqis seyrindən razı deyiləm,

Öz zülmünü Peyğəmbər övladına göstərmisən.
Ey utanmaz fələk, etdiyindən utan,

Parlaq günəş bulağını bulandırmısan.
Ey zalim dövran, hər an sənin əlindən necə nalə etməyim,

Hüseynə və onun övladına hədsiz zülm etmisən.
Ey Kərbəla, sənin qumlarının naxışları əbəs deyil,

Öz ürəyinin əhvalının surətini çəkmisən.
Ey səba, Kərbəla kimi başqa qəmxanə harada var,

Yeddi ölkəni seyr edən səndən soruşuram.
Kərbəla çölünün qövqası qiyamətdən əskik deyil,

Kərbəla macərasının heç bir sonu yoxdur.
Ah o gündən ki, dövranın zülm etməkdən başqa işi yox idi,

Kərbəla şahı qəmli idi, qəmküsarı yox idi.
Məzlumlar şahı təzə Ay kimi şəfəqdə

Qana qərq olurdu, nəfəs almaq üçün yarı yox idi.
Hər ləhzə gözündə yaş seli və ürəyində ah şimşəyi,

Hər yana dönürdü yardımçısı yox idi.
Zülm nəsimindən hər an yüz qəm gülü açırdı,

Kərbəla çölünün düşmən oxundan başqa tikanı yox idi.
Ah o çağdan ki, Kərbəla şahı kimsəsiz idi,

Nalə və fəryaddan başqa həmdəmi və munisi yox idi.
Kərbəla torpağının ətrafında qan dəryası dalğalanırdı,

O torpağın nöqtəsinin burulğandan başqa pərgarı yox idi.
Şahi- şəhidin ürək qəmindən heç kəs agah deyildi,

Ümid evi viran idi, memarı yox idi.
Onun ağrısı yarın hicranı və əğyarın möhnətindən idi,

Dost-düşməndən ona yetən əziyyət idi.
Hər yana Kərbəlanın axar qumu axır,

Ya fələk Kərbəla arasında başı aşağı dolanır.
Kərbəla haşimi Rəsulun övladı xəzinəsidir,

Kərbəlanın şəni nə qədər desələr, ondan üstündür.
Kərbəla torpağını fələk o qədər ki, başına tökür,

Yavaş-yavaş Kərbəlanın məkanə Ərş olacaqdır.
Dostlara Kərbəla dastanını söyləmək üçün.

Bulud ağlayır, məgər məzlumlardan danışıldı,
Kərbəla bostanının göyərtilərinin dilindən?

Hər zaman din baharının güllərinin yadı ilə mənim
Ürəyimə Kərbəlada olduğu kimi hər bir qəm tikanı batır.

Öz qan axıdan gözlərimin quluyam ki, insanlıqdan,
Kərbəla susuzlarının yadı ilə su axıdır.

Kərbəla susuzları göz yaşı müştaqıdırlar,
Ona görə ki, göz yaşını pak su görmüşlər.

Ey könül, şad ol, Murtəza nəqdi gəlib çatacaqdır,
Ədalət bağında mərhəmət küləyi əsəcəkdir.

Qayimi-Ali-əba gələcək və şirk əhlindən,
Ali-Mustəfa qanının intiqamını alacaqdır.

Təzvir rövnəqini onun qılıncı sındıracaqdır,
Şübhələr örtüyünü onun qılıncı sındıracaqdır.

Dünyada ədalət səsi və sədası yüksələcəkdir,
Bu yerdən zülm və haqsızlıq quzğunu uçacaqdır.

Alçaq şamlıların zülm şamı təbah olacaq,
Qələbə və zəfər şərqində doğruçu səhər doğacaqdır.

İntizarda olan İmam xalqın başçısı olacaq,
Azğın düşmən fəna və məhv olmaq yolunu tutacaq.

Aləmin qulağı Füzulidən onun ədaləti pənahında,
Din düşmənlərinə aşkara lənət eşidəcək.

Nəhs Yezidə və İbni-Ziyada lənət olsun,
Hər kəs mömindir desin; çox olsun və az olmasın.



Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов