Bağdad yeddi ölkə toplusunun bəzəyidir
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
Bağdad yeddi ölkə toplusunun bəzəyidir,Çünki yeddi sərvərin şahlıq təxtidir.
Qəsrinin sahəsi yeddi şamla işıqlanmışdır,Pak türbəsi yeddi gülüstanla ətirlənmişdir.
Yeddi gülün gülzarı yeddi cəvahirin sədəfidir,Yeddi mədənin məkanı, yeddi ulduzun səmasıdır,
Yəni, yeddi pak imamın yeridir.Birinci, o şah ki, fələyin atı ona ram olmuş,
Onun səyinin şərəfi ilə din güclənmişdir.Fələyin qəddi ona hörmət üçün ikiqat olmuş,
Məqamının yüksəkliyi aləmə bəllidir.Onun adı Ələm, Əliyyi-Aliyi-Əladır,
Keyvan onun qulamının qulamıdır.Cövlangahı sayir səyyarədən üstündür.
İkinci qütb Hüseyni-Əli, şahi-Kərbəladır,O düz yol gedən ki, hər bəlaya dözdü.
Bəla ona qulluq etmək kəmərini bağlayıncaOnun qəbul etməsilə hər yerdə etibar qazandı.
Qəzavü qədərdən bəla ona qismət olduqda,Bəlaya təslim olmaq səadəti sayəsində,
Dərgahının alçaq qulamı Sədi-Əkbərdir.Üçüncü ay elə bir şahdır ki, dərgahına səcdə etmək,
Min bəhrənin əldə edilməsi sərmayəsidir.Musiyi-Kazım, o din şahı ki, öz kəmalı ilə
Xalqın üzünə daim lütf qapısı açırdı.Əsla qəhr etməyi yox idi, qəhrə lüzum yox idi.
O ki varlıq məbdəindən şərri uzaq etmək üçünMərrix niyabətində qılınc vurandır.
Dördüncüsü Məhəmməd Təqi, o din başçısı ki,Doğru adamların düzgün yolunun rəhbəridir.
Onun yolunda fələklər üz yerə sürtmüş,Hər səhər dördüncü göydən könül sevgisi ilə.
Günəş alnını onun dərgahına sürtür,Onun işi budur, bundan başqa bir səbəb yoxdur ki,
Hökuməti batıdan doğuya qədərdir.Beşinci məsum Əli hadidir ki, əzəldən,
“Ləm-yəzəl” iqbal ayəsi onun şənindədir.Zatı hər zəlalət və zillətdən pakdır,
Zəhranın o ən yaxşı nəvəsi ki, misal üçünƏgər Zöhrəyə xətayi-ləhvdən nöqsan çatsa,
Bu şərəf rütbəsi var ki, Zöhrəyə əvəz,Dərgahının ən alçaq kənizi yetər.
İzzət və cəlal şəbistanı çırağı olan altıncı şam,Mələk heşmətli, ərş məqamlı şahənşah,
Sədaqət sahiblərinin həqiqətlərə yol göstərəni,Böyükdən kiçiyədək Allahın mərhəmətinə vasitə olan,
Zəmanə iftixarı, Əskəri, o dinpənah şahKi, rütbəsi Günəşin səhifəsi və Ayın lövhəsinə
Ütarid qələmi ilə vəsfləri yazılmışdır.Yeddincisi izzət və ehtiram bağının gülü
Ki, dövranın dairəsi onun üçün qiyam etmişdir.İmamların sonuncusu, fələyin qütbü, xalqın qibləsi,
Din sultanı Məhəmməd Mehdi ki, böyük-kiçikSəhər-axşam onu görmək intizarındadır.
Ayın dövrü onu görməklə başa çatar,Onun sübhü məhşər gününün səhəridir.
Həqiqətdə bu yeddi sərvərin yümnündən,Bağdadla Hicaz arasında fərq qalmayıb.
Bağdadlıların fitnədən qorxusu yoxdur,Bəlanı dəf etmək üçün yeddi çarə edəni var.
Bu yeddi arxa ilə yeddi ölkədən ehticları yoxdur.Allaha şükür ki, Füzulinin üzünə açılmış,
Bu torpaqdan hər bir qapı ki, fələk o qapının torpağıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-bagdad-yeddi-olke-toplusunun-bezeyidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səbrim alıb fələk, mənə yüz min bəla verər,Az olsa bir məta’, ona el çox bəha verər.
Səcdədir hər qanda bir büt görsəm, ayinim mənimSəcdədir hər qanda bir büt görsəm, ayinim mənim,Xah mö’min, xah kafər tut, budur dinim mənim.
Səgridir cilvəyə ol sərv səməndin yenəməzSəgridir cilvəyə ol sərv səməndin yenəməz,Kim onu görsə fəğan etməyə kəndin yenəməz.
Sən üzündən aləmi rövşən qılıb saldın niqabSən üzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya salsın bu gündən böylə nurin afitab.
Стихи других поэтов
Gözətlərəm yolunu – yari mehriban gəlməz,Rəqibə yar olub ol məhluqə, güman, gəlməz.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,