Dövlət Dumasının buraxılmasına dair
Məlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.
Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər.
Rusiya inqilabından məramınca nəfibərdar olmuş və istədiyini alıb da rahət oturub, sair istiqlal arzusunda olan ölkələrdən ötrü sərmayeyiqəbtə olmuş bu Finlandiya, azad və xüsusi bir məmləkət olduğuna görə şikəstəxatir vəkillər üçün pənah məkanı olubdur. Vəkillər burada Finlandiyanın Vıborq şəhərində cəm olub, əhaliyə bir xitabnamə yazıbdırlar və hamısı (sağ tərəfdən ola qraf hədidəndən səva) bu xitabnaməni imzalayıbdırlar.
Vəkillər bu xitabnamənin əhali arasında intişarına müvəffəq olacaqdırlarmı? Məlum deyil, hər halda, bu xitabahnamənin məzmununu onsuz da anlamaq hər kəscə mümkündür.
Teleqramlardan anlaşılır ki, azad və xüsusi bir məmləkət ədd olunan Finlandiya yenə də Rusiyanın bir parçası olduğuna görə oraya yığılmış vəkillər üçün müsaid bir pənah məkanı olmayıbdır.
Vıborqun qubernatoru vəkilləri xəbərdar edibdir ki, daha bir də ictimayə yığılmasınlar və Vıborqun idarəyi-ürfiyəi-əsgəriyyə (voyennoye polojeniye) təhtinə alınacağını vəd edibdir. Bu hal, vəkillərin öz aralarında ixtilaf vardır. Həmişə ehtiyat və hətta intizar ilə dolanan “kadet” firqəsi daha bundan sonra millət vəkili adlanmağa haqq və səlahiyyəti yoxdur, – deyə bu nami öz üstündən atıbdır. İfrat dərəcə cüzi olan zəhmətkeşlər firqəsi isə ikinci duma yığılanadək millət vəkili olduğunu elan edibdir.
Dumanın açıldığı gündən etibarən bağlandığı günədək camaat üçün bir yüngüllük istehsal etməyə müvəffəq olmadığını camaat görürdü və gördü. Bainhəmə dumanın açılıb da, millət xeyrinə çalışdığı camaat üçün böyük təsəlli idi, indi duma buraxılandan bəri bu təsəlli itibdirsə də, bir mülahizə bu itmiş təsəllinin acılığını bir qədər əksildir. Belə ki, hökumət, dumanın iniqadında islahata dair ibraz olan tələblərə baxmayaraq, öz işini öz başına görməkdə idi. Duma bağlandıqdan sonra da hökumətin həmin rəftarı həmin tərz ilə davam edəcəkdir. Hərgah hökumət tərəfindən əhaliyə qarşı şiddətli tədbirlər ittixaz olunacaqdırsa da, bu da onun üçün olacaqdır ki, hər bir şuriş və iğtişaş qabaqlanıb inqilab əlamətləri puç olsun.
Hər halda, ikinci dumanın sakitlik və rahətlik ilə gözlənilməsi məmuldur. İkinci duma üçün hökumət tərəfindən ibraz olunacaq hazırlıqlar, Rusiyanın bütün əhalisinə bilatəfriq millət, sinif və silk anladar ki, görək hökumət bu dumanı bəyənməyib ikinci bir duma qurmaqda millətin xeyir və mənafeyini nədə görür və nə qədər bu xeyrə çalışır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-dovlet-dumasinin-buraxilmasina-dair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!
Ordan-burdan 2“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”
Ordan-burdan 3Osmanlıda qanuni əsasi...Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.
Ordan-burdan 4Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı?Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də “olmaz” demək xoşuna gəlmədiyinə görə deyir “olar”.
Стихи других поэтов · Сатира
Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
OyanıbYaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,