Əhvalımızdan
Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.
O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.
Öz əhalisinin ağlı, insafı və sair hissiyyatı bizimki kimi daim təzyiq altında deyildir. Kimsə kimsəyə təərrüz etməz, zirdəst və zəbərdəstlik əhvalatı ola bilməz. Hər kəs, böyük olsun, kiçik olsun, bir miqdarda sərbəstdir. Bir şəxsin istifadə etdiyi hürriyyət digərlərinin dəxi payıdır. Və hər kəsə verilmiş olan belə bir hürriyyət bir əməl və ya bir hadisə ilə xələldar olduğu surətdə, bu iş istər əhalinin, istər hökumət əhlinin son dərəcədə nifrətinə səbəb olub, insanın rahatlığını pozan elə hadisələrin dəfi üçün hərə var qüvvəsi ilə çalışır. Bunun hamısına səbəb odur ki, o yerlərdə hər kəs öz hüququnu və özgənin hüququnu tanıyıb, öz hüququnu müdafiəyə qadir olmağı ilə özgənin hüququna təcavüz etməyə qüdrətsizdir.
Əlbəttə, insanınkı da odur ki, mümkün dərəcədə sərbəst olub, heç bir təzyiq altında qalmasın, ta ki onun ağlı sərbəstanə iş görməklə, mənfəət yetirən kimi, insaf və vicdanı da sərbəst qalıb, fənalığı qəbul etməsin. Yoxsa insanın ağıl və insafı təzyiq altında iş görməyə məcbur olsa, elə insanın ağlı çox az səmərələr verib, insaf və vicdanı da fənalığı qəbula məcbur olar.
Bu gün bizim və Ümumrusiyanın içində hər an vüqu bulan fəna və murdar hərəkətlərin ümdə səbəbi hürriyyətsizlikdir.
Doğrudur, hürriyyətdən sui-istifadə edən və hürriyyəti, sərbəstliyi başqa bir rəngdə anlayan adamlar çoxdur. Və ola bilsin ki, o adamlara hürriyyətnamə verilsə, onlardan daha fəna, daha dar hərəkətlər baş verər. Buna heç bir sözümüz yoxdur. Lakin burasını nəzər-diqqətə almalıdır ki, elə adamların da cahilə məsələ olub da, hürriyyəti anlamadıqlarına səbəb, yenə hürriyyətsizlikdir. Nə üçün? Çünki, hərgah bir yüz əlli il bundan əqdəm hamıya hürriyyət verilsəydi, o halda bu gün hürriyyət kimi böyük nemətin qədrini bilməyən adam qalmazdı... Yəni o vaxt verilmiş olan hürriyyət sayəsində hər kəs sərbəstanə öz tərəqqisi üçün çalışıb mədəniyyət kəsb etmiş olurdu. Cəhalət də ortalıqdan rəf edilərdi. İnsanın cəhaləti elmsizlikdəndir. Elm kəsb etmək üçün də insana yol verilməlidir, mane olmamalıdır.
Laəqəl hürriyyətnamədən məhrum edilmiş bir camaatın əhvalına yazığı gələn başçılar, elə etməlidirlər ki, heç olmasa camaat öz məişət və güzəranını yüngüllətmək üçün rahat və arxayın yaşaya bilsin, yəni heç kəsin istirahəti pozulmasın, qorunsun. Halbuki hürriyyətdən məhrum qalmış camaatların əksəriyyəti o böyük nemətdən məhrum olduğu kimi, hər bir müdafiə və məsuliyyətdən də məhrumdurlar. Onların asayişi və istirahətini mühafizə edəcək heç bir qüvvə olmur. Odur ki, o bədbəxt camaatın da ömr və məişəti onlar üçün bir əzabi-əlim olur. Onların içində zirdəst və zəbərdəst əmələ gəlir, qüvvətli zəifi basır, zəif də fürsət məqamında qüvvətlidən intiqam almağa başlayır. İnsanlıq itir, insanın ömrü heç bir zada sayılmır. Heç kəs öz malından, canından, övladından əmin olmur. Təəccüb deyildir ki, belə bir şərait içində keçən məişət insanın ağlını da, insafını da, pozub heç bir yaxşılığa qoymur və hər bir insanın fitrətində qoyulmuş istedad və qabiliyyəti – xariqüladəsi itib batır, bir şeyə lazım olmur. Ona görədir ki, hürriyyətnamə içində yaşayan yevropalılarda bir gün olmur ki, insaniyyətə xidmət edəcək və insanın məişətini asanlaşdıracaq bir ixtira əmələ gəlməsin. Halbuki hürriyyətdən məhrum olan camaatdan heç bir yaxşı şey çıxmır ki, onun insaniyyətə bir mənfəəti olsun.
Xüsusi məişətə gəldikdə hürriyyətnamə üzrə yaşamaqla mərifət qazanmış olan camaatın və həm də eləcə mərifətli olan hökumətin nəzarəti əhalinin istirahətini, rahatican və malını hər bir təərrüz və təcavüzdən məsun qılır. Orada polis əhlinin vəzifəsi oğrunu, əyrini kənarda qoyub xalqın əqidəsini, fikir və məsləkini sınamaq deyildir. Bəlkə müxtəlif əqidə sahiblərinin əqidə və məsləkinə, mal və canına təərrüz qılmaq fikrində ola, ədəbsizləri görüb toqif və bərkənar etməkdir.
Hürriyyət nemətindən məhrum qalmış ölkələrdə isə bu əhvalat tərsinədir. Əhali mədəniyyətsiz və mərifətsiz olduğuna görə insanlığın və insan kimi yaşamağın yolundan çıxıb axşam sağ və salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb ev-eşiyini öz yerində görəcəyini də bilmir. Çünki bu yerlərdə hər kəs, hər yerdə və hər bir an hər bir cürə vəhşiyanə tərizlərə düçar ola bilər.
Söz, hərəkət, gediş, gəliş, pul, dövlət, büxl-həsəd, din, əqidə, aclıq və bu kimi səbəblər ucundan hər kəsin canı fənaya gedə bilər. Və belə fənalıqların vüquini dəf etməyə də heç bir tədbir görən olmur. Odur ki, bu yerlərdə də hər nə pis və murdar əməl varsa, hamısı baş verməyə başlayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ehvalimizdan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm bizim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq!Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur.
Ordan-burdan 40XəbərdarlıqSentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.
Ordan-burdan 41Niyyəti-xalisəNədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır.
Xəbərdarlıq 1Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək.Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik.
Стихи других поэтов · Сатира
Gülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.