Ordan-burdan 119
“Molla Nəsrəddin”
Dövlət dumasını bağladılar...
“Molla Nəsrəddin” jurnalını da bağladılar...
Dövlət dumasını bağlayan hökumət oldu...
“Molla Nəsrəddin”i də bağlayan hökumət oldu...
Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar, padşah əmri ilə, amma, “Molla Nəsrəddin” jurnalını – donos ilə...
Bəli, alimi-məşhur olan qədim Molla Nəsrəddini dəxi müstəbid və müstəbidlər xadimləri haqq və haqqaniyyəti üstündə sevməyib, o qədər incitdilər ki, yazıq axırda özünü dəliliyə vurdu...
“Molla Nəsrəddin”in bir o qədər “siyasi töhməti” yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da “müzürr məsləkinə görə” bağlaya idi. Xeyr! “Molla Nəsrəddin”in rus hökuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi “bizim öz hökumətimiz ilə idi”. Yəni “Molla Nəsrəddin” haqq söz danışırdı.
Və haqq və həqiqət acı olduğuna görə biz həmişə “şirni” yeməyə öyrənmiş “hökumətimiz”in xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hökumətə donos verib, haqq və həqiqət ağzını yumdurdu...
Lakin yumdura bildimi?
Bu özgə məsələdir. Bunu, get cəmaatdan xəbər al, desin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-119
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əlfitnətü naümmətü lənulla ey qəzəhaFitnə yatıbdır, Allah lənət eləsin onu oyadana. Nə gözəl söz və nə gözəl qarğış.
Ordan-burdan 32Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti – müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin.Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: –Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz.
Yenə üsuli-təbii haqqında bir neçə sözKeçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm.Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi:
Ordan-burdan 33Üsuli-tərcüməMüəllim (şagirdə) – Qulaq as görüm, rusca dərs deyirəm: kniqa – kitab; lejit – uzanıbdır; na – üstündə; stole – stolun; nişiy – dilənçi; brodit – ora-bura dolanır; pod – altında; oknami – pəncərələrin; i – və; prosit – təvəqqe eyləyir; milostınyu – dilənçi payı.
Стихи других поэтов · Сатира
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəО, свет очей моих, правдивый — не назовет тебя луной!Ее красу несправедливо сравнить с единственной, с одной!
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!