Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti – müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin.

Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: –Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz.

Amma... indi bu gün, o bizdən küsüb bizi məzəmmət eləyən adamlardan heç bir səs-səmir çıxmır. Görünür ki, bizdən xəcalət çəkirlər. Çünki bizə etdikləri töhmətlər geri qayıdıbdır.

İndi bu gün Türkiyədə heç bir hakimin ixtiyarı yoxdur ki, əhalidən birinə bilaməhkəmə bir çırtma vursun.

Amma İranda, Salar adında bir hökumət qulduru camaatı qoyun sürüsünə döndərib, özü də qəssab olubdur. Onu orda parçalayır, bunu burda boğazlayır. Kişi olsun, arvad olsun, uşaq olsun, hamısını qırdırır və heç kəs də buna bir söz demir. Çünki o quldur, qeyri-məsuldur, yəni heç kəsin qabağında cavabdəhəndə deyildir. Amma əgər İranda məşrutə olsaydı, Salar kimi quldurları camaat içinə buraxmazdılar.

İtaliyanın Kalabre adlı vilayətində zəlzələ oldu, minlərcə adam qırıldı. O əhvalat bütün mədəni aləmi məyus və mükəddər etdi. Zərərdidələr üçün hər yerdə ianələr yığılmağa başladı.

İranda da Salar kimi quldurlar minlərcə adamları qırdılar, qırırlar və daha qıracaqlar. Amma bu əhvalat heç kəsin qulağına girmir, halbuki italyanlar da adamdılar, iranlılar da... Hələ bundan əlavə, zəlzələnin qabağını kəsmək mümkün deyildir, amma salarların ağzına bir şapalaq vurub cilovunu çəkmək çox asandır.

Coğrafiyadan məlumat

Rusiya – bir məmləkətdir ki, orada Dövlət duması var, amma əzbərayi ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır.

Türkiyə – bir dövlətdir ki, orada dünən hökumət millətin boynuna minmişdi, sonra da millət hökumətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.

Avstriya – bir dövlətdir ki, oranın hökuməti iki tikəni birdən udur. Amma heyif ki, boğazında qalır.

İran – cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. İçində 10-15 dənə cürbəcür padşahları var. Hər padşahın əlində 5-6 qoşun və yainki qoyun var. Əhalisi yoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri

Cümləyə məlum olduğu üzrə, dünyada heç bir şey qalmamışdır ki, Qərb alimləri oraya əl aparmamış və lazımınca təhqiqat aparmamış olsunlar. O cümlədən qədim Şərq musiqisi dəxi Qərb alimləri tərəfindən tədqiq və təhqiq edilib, bu xüsusda qalın kitablar yazılmışdır.Qədim şərq musiqisi haqqında çalışan alimlərdən başlıcaları [Kizevetter] ilə onun bacısı oğlu [Ambros]dur.

9 мин
“Koroğlu” operası

“Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.

2 мин
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər

Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.

7 мин
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardır

Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.

4 мин

Стихи других поэтов · Сатира