Əlfitnətü naümmətü lənulla ey qəzəha

Fitnə yatıbdır, Allah lənət eləsin onu oyadana. Nə gözəl söz və nə gözəl qarğış.

Bu gün, aramızda fitnəyə – provokasiya və fitnəçiyə də provokator deyirlər.

Çox heyiflər olsun ki, bizim içimiz belə fitnəçi və provokatorlardan təmiz deyildir və biz indiyə qədər, ara qarışdıran və bu kələklə “bulanlıq suda balıq tutmaq” istəyən adamlara səbr eləyirik və hətta, o cürə fitnəçilərin sözlərinə inanıb onlara tovlanırıq və əllərində oyun-oyuncaq oluruq.

Hər bir fitnəçinin əlində bir alət olur.

Rus fitnəçiləri yəhudiləri qırdırıb, mal və dövlətlərini qarət etmək üçün padşahın adını aləti-fitnə qayırıb, “ay yəhudilər padşahı istəmirlər” deyib safdərun rusları əqva edirdilər. Və yazıq yəhudilərin üstünə qısqırdırdılar.

Aya bizim fitnəçi və provokatorların aləti fitnəsi nədir?

Bizim fitnəçilərin də aləti fitnəsi – dindir. Fitnəçilərin hayasızlıqlarına bax ki, dini aləti-fitnə və fəsad qayırıb əfradi millət arasına nifaq və şəqaq salırlar. Və biz də bu cürə həyasızlığa səbr və təhəmmül edirik. Əcəba bu fitnəçilərin məqsədi nədir?

Bu fitnəçilərin məqsədi iki şeydir: ya qərəzi-şəxsi və yainki: “ay camaat, mən də varam!”

Yəni nədən isə xoşuna gəlməyən bir adamı xalq nəzərindən salmaq və yainki özünü meydana atıb “yalançı pəhləvanlıq etmək” məqsədi-xəbisanəsliə bu müfəttin və provokatorlar meydana atılıb sadəlövh və safdərun müsəlmanları tovlayırlar və iş-güclərindən qoyurlar.

Bu adamlığa layiq olmayan fitnəçilər deyirlər ki, biz dini-islami qoruyuruq.

Bu cürə alçaqlara deyilməlidir ki, qoysanızmı ki, bu yazıq camaat öz iş-gücünə, öz kəsb-karına məşğul olsun?! Nə üçün bu yazıq millət bir qədəm qabağa qoyanda iki qədəm geri çəkilsin?.. Amma camaatımız içində də o qədər safdərun və sadəlövhlər var ki, işi təhqiq etməmiş hər bir fitnə və fəsad sözlərə inanırlar və özlərini də provokatorların əlində oyun-oyuncaq qayırırlar... Çox təəssüflər olsun!.. Xalq nə hayda, biz nə hayda!.. Tfu...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Halımız

Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.

2 мин
Ümumvladiqafqaz camaatına açıq məktub

Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.

1 мин
Vladiqafqaz caamatına bir də açıq məktub

Əfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.

3 мин
Şeyxülislam həzrətləri və maarif

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

3 мин

Стихи других поэтов · Сатира