Ordan-burdan 44
Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.
Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
– Bizdən başqa özgəsi olmasın, daha bəsdir, deyir. Özgələr gəlib bizim pulumuzu xərclədilər, çörəyimizi yedilər, paltarımızı geydilər, suyumuzu işlətdilər və sairə. Bu xuliqanın adı Pruşkeviçdir. Axmaq xuliqanlardan biridir.
İkinci, elə ki gördü xalq ad-san qazanır, məsələn, Əhmədrza sədr-məclis olur, Tələtlər vəzir olur; amma bu bişüur olduğuna görə heç bir şey olmur, ona görə özünü guya liberal və sol adlandırıb, xalqın arasında iğtişaş salır, qan tökürdü, amma axırda yenə də özü məğlub olub qapı-qapı dilənməyə başladı. Bu xuliqanın adı İsmayıl Kamaldır.
Başlı xuliqanlardandırsa da huşyar camaatı aldada bilmədi.
Üçüncü, haman camaatı başına yığıb deyir ki, mən Mehdiyi Sahibzamanam və bütün Ərəbistanı tovlayıb islam olan Osmanlı dövlətinin başına min cür bəlalar açırdı ki, islam olmayan İngilis dövlətindən 5-6 qəpik-quruş alsın. Bu dələduz xuliqanın adı Məhəmməd ibni-Əli ibni-İdrisdir.
Dördüncü, bu axmaq xuliqan keçənlərdə Əbdülhəmiddən bir neçə dana mis medal aldığına görə indi bütün Hindistan müsəlmanlarına iqva edir və deyir ki, Əbdülhəmid xəlifə islamdır, onu əzl etmək, yəni islam xəlifəsini əzl etməkdir.
Haman xuliqan indi hürriyyət soltanının xəlifəliyini istəmir, çünki hələ bundan medal və nişan görməyibdir. Bu xuliqanın da adı Molla Məhəmməd Hindidir.
Bəs, oyanmış və gözlərini açmış hesab olunan aləmi-islamı çaxnavaxnaya salan xuliqanlar bunlardır. İndi Allah eləməmiş aləmi-islamın balaca-balaca nöqtələrində, məsələn, Bakıda, Şəkidə, Qarabağda, Kazanda, Tiflisdə, Tehranda, Misirdə və sairələrində də böylə-böylə xuliqanlar baş versə, onda nə başınızı ağrıdım aləmi-islamın işi bitər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-44
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Ordan-burdan 115Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.
Ordan-burdan 116Stolıpin xəyalı“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.
Ordan-burdan 117Bizə dairMüsəlmanların mehmannəvaz adamları da çoxdur.
Стихи других поэтов · Сатира
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Ay gülüm, nanayBakıda çox gözüqannıA gülüm, nanay nay nanay.
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.