Bilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!

Kər başını kəsiblər Kərbübəladə bir yol,İndisə rövzəxanlar eylər şəhid bol-bol,Birəhm rövzəxanə mayə olub kəsik qol,Titrər adın gələndə xurda kübar, ağam vay!

Namınla hər dükanda bəzzaz edər ticarət,Qəssab da eyləmişdir bir müxtəsər ticarət,Eylər adınla hər gün min bəxtəvər ticarət,Bəzzazə arşın oldun, ey namidar, ağam vay!

Durduqca rövzəxanlar, dünya səni unutmaz,Hər il məhərrəm olcaq, başlarlar kürdi-şəhnaz.İçməsə molla Əskər, tə’sir qılmaz avaz,Ondandır hər gün olmuş beylə xumar, ağam vay!

Cibgir cibə girəndə, səndən köməklik istər,Canilərin dilində daim olubsan əzbər,Namın gələndə gündüz, dad eylər usta Qənbər,Amma gecə gələndə, oynar qumar, ağam vay!

Nökərlərin gətirmiş axırda zara xalqı,Həsrət qoyub lotular şama, nahara xalqı,Hər yerdə rövzəxanlar bu baxtı qara xalqıNoxta əlində dartar misli himar, ağam vay!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Eldəniz Rübatı

Yay istiləri düşdüyünə görə Atabəyin ailəsi Eldəniz Rübatı yaylasına köçmüşdü. Mələkə yaylaqda yaşadığı zaman təyin edilən mühafizə dəstəsinin başçılığını Atabəy Məhəmməd Hüsaməddinə tapşırmışdı.Atabəy öz oğlunun həyatını və gənc qadınının namusunu ancaq Hüsaməddinə inanırdı. Çünki Qətibənin özü də Hüsaməddinin namuslu və sədaqətli bir zat olduğunu və onun Əmir İnancın nemətləri ilə böyüdüyünü Atabəyə dəfələrlə söyləyib inandırmışdı. Lakin Qətibənin özü şəxsən Hüsaməddinə inana bilmirdi, yenə də Hüsaməddinin intiqamlarından qorxurdu. Xüsusən, Qətibə yaylaqda yaşadığı zaman Hüsaməddin qəlbində bəslədiyi intiqamı asanlıqla həyata keçirə bilərdi. Buna görə də gecələrin birində Qətibə öz cariyəsi Səba xanımı Hüsaməddinin dalınca göndərib onu öz çadırına dəvət etdi. Qətibə daima bir məsələni bəhanə edərək Səba xanımı onun çadırına göndərirdi, çünki Hüsaməddin öz sirlərini ancaq Səba xanıma deyirdi. Səba xanım isə Qətibənin tapşırığına görə Hüsaməddinin bütün sevgi elanlarına müsbət cavab verir, rəsmiyyətə salınmasa belə onunla yaşayırdı. Hüsaməddinin fikrincə, Qətibənin bu macəradan xəbəri yox idi, çünki Səba xanım hər zaman onunla gecələdikdə, ona yalvarır, Qətibəyə xəbər verməməsini tapşırırdı.

8 мин
“Leyli və Məcnun”

Ölkədəki bəzi narazılıqla əlaqədar olaraq Şirvan xaqanı öz sarayının sənətkar şairi Xaqanidən də şübhələnir və onun haqqında gizli təhqiqat aparılmasına fərman verirdi.Xaqanın şairi təqib etmək təşəbbüsü bir neçə gün əvvəl Şirvandan qaçıb Gəncəyə gələnlər tərəfindən xəbər verilmişdi. Bu xəbəri Xaqaniyə yetirmək və onun təcili surətdə Şirvandan qaçmasını bildirmək üçün göndərilən qasid, Xaqaninin qayınanası Cahanbanu tərəfindən bu məzmunda bir məktub aparmışdı:

9 мин
Qətibə və Qızıl Arslan

Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.

6 мин
Üsyan

Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

11 мин

Стихи других поэтов · Сатира