Ordan-burdan 63
“Dərə xəlvət tülkü bəy”
Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-63
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!
Ordan-burdan 2“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”
Ordan-burdan 3Osmanlıda qanuni əsasi...Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.
Ordan-burdan 4Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı?Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də “olmaz” demək xoşuna gəlmədiyinə görə deyir “olar”.
Стихи других поэтов · Сатира
Ey Məmdəli, bu növi ki, İrandan ekildin,Doydun, bilirem, axır özün candan, əkİidin.
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Qiyamətmi qoparXalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Nə bilimFələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?