Ordan-burdan 66
Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”.
Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.
Çox adam deyir ki, bu bir yaxşı sifətdir, çünki insani ehtiyatla dolanmağa vadar edir. Mənim zənnimcə, bu bir əgyali-xamdır. Qoy, hər kəs sərbəst dolansın, sərbəst dolanan adamın fikir və xəyalı da sərbəst və azad olar.
Qəzetələrimiz şikayət edirlər ki, qəzetə oxucularımız azdır. Mən bu şikayəti haqlı hesab edə bilmirəm. Çünki hər kəsi görürəm, qəzetədən bəhs edir. Hər kəslə mübahisə edirəm, qəzetələrdən mənə dəlil və sübutlar gətirir. Bəs qəzetə oxumayan adamın qəzetədən xəbərdarlığı olarmı?
Bəlkə qəzetəçilərimiz – qəzetə müştərisi azdır demək istəyirlər? Hə!.. Buna mənim bir sözüm yoxdur. Bu ola bilər. Nəinki ola bilər – həqiqətdə də belədir, iştə, görünür ki, qəzetə müştərisi azdır. Amma qəzet oxumayan əhli savad yoxdur. Bu nə təhər olan işdir?
Nə təhər olacaq?
Fərz edəlim ki, Abbasqulu bir qəzetənin müştərisidir. O surətdə Abbasqulu sakin olan məhəllədə heç bir kəsin qəzetə almağa ehtiyacı yoxdur. Çünki Abbasqulunun iltifatı sayəsində aldığı qəzetə bir məhəllənin adamlarının hamısına kifayət edər...
İştə, belə.
Qəzetələrimizin müştəriləri azdırsa da, özləri getdikcə çoxalmaqdadırlar. Əlhal, tək bir Bakı şəhəri 3 qəzetə verməkdədir. Qazan isə 5 qəzetə intişarına müvəffəq olubdur. Sair şəhərlərdə də Bakı ilə Qazandan geri durmaq istəmirlər. Qəzetələrimiz cürbəcürdür. Kişilərimizə məxsus, arvadlarımıza mənsub, uşaqlarımıza mütəəlliq qəzetələrimiz vardır. Lakin... “çoxluq” sözünə dair türkün bir “senzorsuz” məsəli vardır (“senzorsuz” sözünü mən “əz bərayi-xali nəbudəni-mərasilə” dedim; özüm yaxşı bilirəm ki, hökumətə müxalif sözlərdən səvayı ağıza gələn sözü senzor buraxar və buraxır da).
Görünür ki, bəzi qəzetələrimiz, bu zərbi-məsəli isbat etmək istəyirlər. Belə ki, o qəzetələrdən yavaş-yavaş “xuliqanlıq” iyi gəlməkdədir... “Nur” ilə “Bəyanül həqq”in acığı tutmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-66
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər.
Üçüncü Rusiya müsəlman ictimainə dairQəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir...Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular...
Məktəb məsələsi və F.A. cənabları“Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”.
Ordan-burdan 78Duma yaxınlaşırBir “inteligentin” xəyalı
Стихи других поэтов · Сатира
Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Lazımdır utanmaqSən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.